695) pO2 göstəricisi nəyi əks etdirir?
A) Hemoqlobinin oksigenlə doyması
B) Oksiqenin qanda ümümi miqdarını
C) Həll olmuş oksigenin fraksiyasını
D) Hər biri düzgündür
E) Hemoqlobinlə birləşmiş oksigeni
Ədəbiyyat: Комаров Ф.И., Коровкин Б.Ф., Меньшиков В.В. Биохимические исследования в клинике, Москва, 2001
696) HbOsat göstəricisi nəyi xarakterizə edir?
A) Hemoqlobinin oksiqenlə doyma dərəcəsini
B) Hematokriti
C) Hər biri düzgündür
D) Qanda oksihemoqlobinin qatılığını
E) Qanda oksigen gərginliyini
Ədəbiyyat: Данилова Л.А. Анализы крови и мочи. С-П, 1999
697) Aşağıdakilardan hansıları hormon ola bilər?
A) Peptidlər
B) Qlikoproteidlər
C) Hər biri ola bilər
D) Zülallar
E) Steroidlər
Ədəbiyyat: Камышников В.С. Справочник по клинико-биохимической лабораторной диагностике, Минск, 2000
698) Hipotalamus hormonları bir başa nəyə təsir edirlər?
A) Mədəaltı vəzə
B) Qalxanvarı vəzə
C) Cinsi vəzilərə
D) Böyrəküstü vəzilərə
E) Hipofizə
Ədəbiyyat: Цыганенко Ф.Я., Шуков В.И., Мясоедов В.И. и соавт. Клиническая биохимия, Москва 2000
699) Yerli təsirə hansı hormon malikdir?
A) Aldosteron
B) Qlükaqon
C) Qastrin
D) Vazopressin
E) Insulin
Ədəbiyyat: Клиническая биохимия (под редакцией В.А.Ткачука), Москва, 2004
700) Adrenalin nəyi sürətləndirir?
A) Arterial təziyiqin azalmasını
B) Bronxospazmı
C) Ürək əzələsinin yığılmasını
D) Qlükoneogenezi
E) Lipoqenezi
Ədəbiyyat: Маршалл В.Д. Клиническая биохимия, Москва 2000
701) Parathormon nəyə təsir edir?
A) Qara ciyərə
B) Sümüklərə və böyrəklərə
C) Ürəyə
D) Böyrəküstü vəzilərə
E) Mədəaltı vəzə
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
Dostları ilə paylaş: |