715) Meqaloblastik anemiya hansı vitaminin çatmamazlığı zamanı inkişaf edir?
A) A vitamini
B) B12 vitamini
C) D vitamini
D) B1 vitamini
E) C vitamini
Ədəbiyyat: Маршалл В.Д. Клиническая биохимия, Москва 2000
716) Raxit hansı vitaminin çatmamazlığı zaman inkişaf edir?
A) B1 vitamini
B) C vitamini
C) D vitamini
D) B12 vitamini
E) A vitamini
Ədəbiyyat: Маршалл В.Д. Клиническая биохимия, Москва 2000
717) Dermatit, stomatit və konyuktivit hansı vitaminin defisiti zamanı inkişaf edir?
A) C vitamini
B) D vitamini
C) E vitamini
D) B2 vitamini
E) A vitamini
Ədəbiyyat: Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия. М.,Медицина, 1998
718) Hemorragik sindrom hansı vitaminin defisiti zamanı inkişaf edir?
A) K vitamini
B) B1 vitamini
C) E vitamini
D) B6 vitamini
E) D vitamini
Ədəbiyyat: Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия. М.,Медицина, 1998
719) Qidada askorbin turşusunun çatmamazlığı nəticəsində nə əmələ gələ bilər?
A) Xilez
B) Anemiya
C) Hər biri
D) Qanın laxtalanmasının pozulması
E) Sinqa
Ədəbiyyat: Клиническая биохимия (под редакцией В.А.Ткачука), Москва, 2004
720) Qanda B12 vitamininin miqdarının azalmasına hansı səbəb ola bilər?
A) Addison-Birmer xəstəliyi
B) Mədə-bağırsaq yolunun müxtəlif sahələrinin rezeksiyasından sonrakı vəziyyət
C) Mədə-bağırsaq yolunun parazitar xəstəlikləri
D) Meqaloblastik anemiya
E) Hər biri düzgündür
Ədəbiyyat: Клиническая биохимия (под редакцией В.А.Ткачука), Москва, 2004
721) Beri-beri xəstəliyi hansı vitaminin alimentar çatmamazlığı zamanı inkişaf edir?
A) B1 vitamini
B) B5 vitamini
C) B6 vitamini
D) A vitamini
E) D vitamini
Ədəbiyyat: Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия. М.,Медицина, 1998
Dostları ilə paylaş: |