264) Meqablastik sıra hüceyrələri eritroblastik sıra hüceyrələrindən nə ilə fərqlənirlər? A) Bütün sadalanan əlamətlərlə
B) Nüvənin radial xətlərinin oımaması
C) Böyük ölçülərlə
D) Sitoplazmanın erkən hemoqlobinizasiyası ilə
E) Bol sitoplazma ilə
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
265) Periferik qanda bazofillərin miqdarının mütləq çoxalması nəyə xarakterikdir? A) Xroniki miyeloproliferativ xəstəliklər üçün
B) Estrogenlərlə müalicə üçün
C) Allergik vəziyyətlər üçün
D) Kəskin leykozlar üçün
E) Bütün sadalananlar düzdür
Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999 266) Mütləq neytrofilyoza nə xarakterikdir? A) Aplastik anemiyalar
B) Sitostatiklərlə müalicə
C) Bütün sadalananlar düzdür
D) Sepsis
E) Xroniki bakterial infeksiyalar
267) Nisbi limfositoz nə zaman müşahidə olunur? A) Xroniki miyeloleykoz
B) Kortikosteroidlər
C) Toksoplazmoz zamanı
D) İkincili immun çatışmamazlığı
E) Bədxassəli yenitörəmələr
268) Hemoqrammada: hemoqlobin-100 q/l; eritrositlər 3,4•1012 /l; leykositlər-36•109 /l; blast hüceyrələri-42%; miyelositlər-5%; metamiyelositlər-1%; çöpnüvəli-2%; seqmentnüvəli-20%; limfositlər-12%; monositlər-8%. Bu hemoqramma xroniki miyeloleykozun hansı mərhələsinə aiddir? A) Heç biri
B) Blast krizi
C) Kəskin leykoz
D) Yayılmış
E) İlkin
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
269) Hemoqrammada: hemoqlobin -110q/l; eritrositlər -3,7•1012 /l; leykositlər-220•109/l; miyeloblastlar-4%; promiyelositlər -2%; miyelositlər-22%; metamiyelositlər-7%; çöpnüvəli-16%; seqmentnüvəli-35%; eozinofillər-5%; bazofillər-2%; limfositlər 4%; monositlər-3%; eritroblastlar-2/100 leykositə. Bu hemoqramma xroniki miyeloleykozun hansı mərhələsnə aiddir? A) Heç biri
B) İlkin
C) Blast krizi
D) Kəskinləşmə
E) Yayılmış
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
270) Hemoqrammada: Hb-120q/l; ; eritrositlər -3,7•1012 /l; leykositlər-40•109/l; miyeloblastlar-2%; miyelositlər-15%; metamiyelositlər-4%; çöpnüvəli-17%; seqmentnüvəli-11%; eozinofillər-7%; bazofillər-36%; limfositlər-6%; monositlər-2%. Bu hemoqramma xroniki miyeloleykozun hansı mərhələsinə xasdır? A) Yayılmış
B) Heç biri
C) Blast krizi
D) İlkin
E) Kəskinləşmiş
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005 271) Blastların əmələ gəlməsi ilə şərtlənən leykositoz, nəzərə çarpan normoxrom anemiya, periferik qanda trombositopeniya və çox miqdarlı blastlarda (60%) hiper hüceyrəli sümük iliyi nə üçün xarakterikdir? A) Miyelom xəstəlik üçün
B) Kəskin leykoz üçün
C) Limfoqranulematoza
D) Xroniki limfoleykoz üçün
E) Xroniki miyeloleykoz üçün
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005