Laboratoriya işi ixtisası üzrə yeni nümunəvi test sualları 11. 02. 2013 – cü il tarixində əlavə olunub


) Kardiomiositin tərkibinə hansı izoferment daha çox miqdardadır?



Yüklə 221,5 Kb.
səhifə3/3
tarix16.02.2017
ölçüsü221,5 Kb.
#8568
1   2   3

139) Kardiomiositin tərkibinə hansı izoferment daha çox miqdardadır?
A) LDH-2

B) LDH-4


C) LDH-3

D) LDH-1


E) LDH-5
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.165
140) Fermentlərin aktivliyinin təyinində analitik səhvlərin mənbəyi nə ola bilər?
A) Bütün sadalananlar

B) İstifadə müddəti bitmiş reaktivin istifadəsi

C) İnkubasion qarışığın pH dəyişməsi

D) İnkubasiya zamanı temperaturun qeyri-stabilliyi

E) Fermenti doyuzdurmayan substratın konsentrasiyası
Ədəbiyyat: Ədəbiyyat: Т.Т.Березов. Руководство к лабораторным занятиям по биохимии, 1976
141) Döş sümüyünin arxasında və ya qarnında kəskin ağrı tutmasından şikayət edən xəstədə lipaza və amilazanın aktivliyinin nisbi yüksəlməsi qeyd olunur.Lipaza> Amilaza>> АЛТ> АСТ>> КК. Daha çox ehtimal olunan diaqnozu göstərin:
A) Böyrək sancısı

B) Kəskin plevrit

C) Kəskin pankreatit

D) Kəskin virus hepatiti

E) Miokardın infarktı
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников. Клинические лабораторные тесты от А до Я и их диагностические профили,2009
142) Sümüyün sürətli rezorbsiyası zamanı hansı fermentin zərdab aktivliyinin artması özünü daha çox biruzə verir?
A) Qamma-qlutamiltranspeptidaza

B) Katalaza

C) Laktatdehidrogenaza

D) Aminotransferaza

E) Tartratrezistent turş fosfataza
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
143) Miokard infarktı zamanı hansı fermentin zərdab aktivliyi daha çox yüksəlir?
A) Xolinesteraza

B) Qələvi fosfataza

C) Laktatdehidrogenaza-5

D) Kreatinkinaza

E) α-amilaza
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.181
144) Kəskin virus hepatitinin sarılıqönü dövründə hansı fermentin zədab aktivliyi artır?
A) Sorbitdegidrogenaza

B) Qələvi fosfataza

C) ALT

D) α-amilaza



E) AST
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
145) Obturasion sarılıq üçün zərdabda hansı fermentin aktivliyinin artması daha çox diaqnostik-müalicəvi effektə malikdir?
A) Kreotininkinazanın izofermentləri

B) γ-qlutamintransferaza

C) Xolinesteraza

D) Aminotransferaza

E) LDQ izofermentləri
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.168
146) Xolestazın markerləri hansılardır?
A) Histidaza, urokinaza

B) Bütün sadalanan fermentlər

C) İzoferment LDQ və kreatinkinaza

D) 5-Nukleotidaza, qələvi fosfataza

E) Aminotransferaza
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.165
147) Pankreatitlər zamanı zərdabda hansı fermentin miqdarı yüksəlir?
A) Qələvi fosfataza

B) Lipaza

C) Qlutamatdehidrohenaza

D) QQTP (qamma-qlutamiltranspeptidaza)

E) Urokinaza
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
148) Fermentlərin aktivliyinin təyini zamanı hansı metodiki prinsipdən istifadə edilmir?
A) Kinetik əyri platoya çıxdıqdan sonra ölçünün aparılması

B) Başlanğıc sürətə qədər ölçmə

C) İkinöqtəli ölçmə

D) Kinetik ölçmə

E) Son nöqtədən ölçmə
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.161
149) Mədəaltı vəzin xəstəlikləri zamanı zərdabda hansı fermentin təyininin diaqnostik əhəmiyyəti daha böyükdür?
A) β-amilaza

B) Histidaza

C) Ümumi α-amilaza

D) Tripsin

E) Pankreatik α-amilaza
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.172
150) Hansı hallarda qan zərdabında qlutamatdehidrohenaza aktivləşir?
A) Hepatitin ağır formasında

B) Biliar sirrozda

C) Bütün sadalanan patologiyalarda

D) Qaraciyər komasında

E) Qaraciyərin mərkəzi pay nekrozunda
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников. Клинические лабораторные тесты от А до Я и их диагностические профили,2009
151) Makroamilazanın səviyyəsinin artması aşağıdakılardan hansı səbəb ola bilər?
A) Hamısı düzdür

B) Sümüklü pankreatit

C) Tireotoksikoz

D) Miokardın infarktı

E) Mədəaltı vəzin nekrozu
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников. Клинические лабораторные тесты от А до Я и их диагностические профили,2009
152) Hüceyrələrin zədələnmə fermentinin indikatoruna hansı aid deyil?
A) Qələvi fosfataza

B) Turş fosfataza

C) AST

D) Xolinesteraza



E) LDG
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.169
153) LDG-4 və LDG-5 izofermentləri daha çox harada yerləşir?
A) Ürəkdə

B) Qara ciyərdə

C) Skelet əzələlərində

D) Leykositlərdə

E) Böyrəklərdə
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.165
154) Karbohidratların parçalanmasında hansı ferment iştrak etmir?
A) Alfa-amilaza

B) Laktaza

C) Maltaza

D) Ximotripsin

E) Qamma-amilaza
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
155) Aşağıdakılardan hansı hiperqlikemiya zamanı qlükozanın ifrazında iştrak edir?
A) Bütün cavablar düzdür

B) Ağız suyu

C) Dəri

D) Öd


E) Böyrəklər
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
156) Hansı hormonun hiperqlikemik təsiri var?
A) Qlükokkortikoidlər

B) Androgenlər

C) Estrogenlər

D) İnsulin

E) Paratireoid hormonlar
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
157) Hansı xəstəlik zamanı hiperqlikemiya və qlükozuriya müşahidə edilir?
A) Tireotoksikoz zamanı

B) Akromeqaliya

C) İtsenko-Kuşinq sindromu

D) Bütün sadalanan xəstəliklər

E) Feoxromositoma zamanı
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
158) Xolesterinin bioloji rolu nədir?
A) Vitaminlərin, steroid hormonların sintezi üçün əsasdır

B) Lipotrop funksiya daşıyır

C) Turşu-qələvi müvazinətinin saxlanmasında iştrak edir

D) İg-nin sələfidir

E) Bütün sadalananlar düzdür
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.148
159) Orqanizmin su-elektrolit mübadiləsini tənzim edən hormona hansı aiddir?
A) Bütün sadalananlar

B) Natriumuretik faktor(NUF)

C) Heç biri düz deyil

D) Vazopressin

E) Aldosteron
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.448
160) “Ac qarına” ödemlərin yaranmasının səbəbi nədir?
A) Zülal aclığı

B) Orqanizmdə Na ləngiməsi

C) Bütün sadalananlar düzdür

D) Hiperhidratasiya

E) Zərdabda aldosteronun artması
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.165
161) Hiperkaliyemiyanın kliniki əlamətləri necə təzahür edir?
A) Ətrafların paresteziyaları ilə

B) Həzm traktının funksional pozulmaları ilə

C) İfliclərlə

D) Miokardın funksional pozulmaları ilə (EKQ-da dəyişiliklər)

E) Bütün sadalananlar düzdür
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
162) Hiperkalsemiya nə zaman rast gəlinir?
A) Qalxanabənzərətraf vəzilərin adenoması zamanı

B) Ürək qlikozidlərinin yeridilməsi zamanı

C) Nefroz zamanı

D) D vitaminin hipovitaminozu zamanı

E) Raxit zamanı
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
163) Qurğuşunla ağır zəhərlənmə zamanı hansı əlavə müayinələrin aparılması lazımdır?
A) Bütün sadalananlar düzdür

B) Sidikdə koproporfirinin təyini

C) Eritrositlərdə protoporfirinin təyini

D) Eritrositlərdə bazofil danənliyin təyini

E) Sidikdə delta-aminolevulin turşusunun təyini
Ədəbiyyat: Лушников Е.К. Клиническая токсикология. – М: Медицина . 1990 – 365 с
164) İnsan orqanizmində dəmir hansı formalarda olur?
A) Mioqlobinin dəmiri şəkilində

B) Hemoqlobin dəmiri şəkilində

C) Bütün sadalanan formalarda

D) Ferritin şəkilində

E) Hemosiderin şəkilində
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
165) Dəmirdefisitli anemiyanın diaqnostikası nəyə əsaslanır?
A) Qan plazmasında dəmirin təyininə

B) Zərdabda ferritinin konsentrasiyasının təyininə

C) Eritrositlərin hipoxromiyasının təyininə

D) Bütün sadalananlar düzdür

E) Həll olunan transferin reseptorlarının təyininə
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
166) Aşağıdakılardan hansı mütləq və nisbi dəmir defisitinin diferensial diaqnostikası üçün əhəmiyyət kəsb edir?
A) Transferrinin dəmirlə doyma dərəcəsi

B) Ferritinin miqdarı

C) Qan zərdabının dəmiri

D) Ümumi dəmirbirləşdirmə qabliyyəti

E) Bütün sadalananlar düzdür
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.232
167) PO2 nəyin göstəricisidir?
A) Qanda oksigenin ümumi miqdarının

B) Bütün sadalananlar düzdür

C) Hemoqlobinlə birləşən oksigenin

D) Hemoqlobinin oksigenlə doymasının

E) Həll olunmuş oksigen fraksiyasının
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.224
168) Karbohidratlar mübadiləsini hansı hormon tənzim edir?
A) Qlükokortikoidlər

B) Bütün sadalananlar düzdür

C) Katexolaminlər

D) Somatotrop hormonlar

E) Adrenokortikotrop hormonlar
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
169) Prolaktin üçün aşağıdakılardan hansı doğrudur?
A) Peroral kontraseptivlər zərdabda miqdarını azaldır

B) Birdəfəlik müayinə diaqnostik informasiya verir

C) Hipoproduksiyası (hipofunksiyası) sonsuzluğun səbəbi ola bilər

D) Hipofizin ön payının hormonudur

E) Hamiləlikdə zərdabda konsentrasiyası artır
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников. Клинические лабораторные тесты от А до Я и их диагностические профили,2009
170) Tireotrop hormonların miqdarı nə zaman artır?
A) Qalxanabənzər vəzin hormonları ilə müalıcə

B) Birincili hipotireoz

C) Hipofizin travması

D) Hipofizin şişləri zamanı hipotalamo-hipofizar çatışmazlığı

E) Müalicə edilmiyən tireotoksikoz
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.413
171) Sərbəst bilirubin hepatositlərdə hansı prossesə məruz qalır?
A) Sulfat turşusu ilə birləşməyə

B) Dekarboksilləşməyə

C) Bütün sadalanan dəyişikliklərə

D) Qlükuron turşusu ilə birləşməyə

E) Dezaminləşməyə
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников. Клинические лабораторные тесты от А до Я и их диагностические профили,2009
172) Kəskin virus hepatitinin sarılığlı forması necə təzahür edir?
A) Bilirubinemiya ilə

B) Laktatdehidrogenazanın aktivliyinin artması ilə (LDG)

C) Urobilinuriya ilə

D) Alaninaminotransferazanın aktivliyinin artması ilə (ALT)

E) Bütün sadalananlarla
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
173) Miokard infarktı üçün hansı doğrudur?
A) Böyrəklərdə filtrasiya olduğuna görə mioqlobin qandan tez yox olur

B) Hamısı doğrudur

C) Mioqlobinin həm qanda,həm də sidikdə təyini diaqnostik əhəmiyyət kəsb edir

D) Zərdabda mioqlobinin artması miokard infarktının ən erkən markeridir

E) Nekroz zonasının genişlənməsinə qarşı aparılan müalicənin səmərəliliyinə nəzarət etmək üçün zərdabda mioqlobinin təyini əhəmiyyət kəsb edir
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.185
174) İltihabın kəskin fazası zülalına hansı aiddir?
A) Anqiotenzin

B) Protein C

C) Kollagen

D) Fibrinogen

E) Mioqlobin
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.261
175) Hemostaz sisteminə nə daxildir?
A) Antikoaqulyantlar

B) Fibrinoliz faktorları

C) Trombositlər

D) Bütün sadalananlar düzdür

E) Plazma faktorları
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.249
176) Hansı patoloji vəziyyət daha çox hipokoaqulyasiya ilə gedir?
A) Obliterasiya edici endarteriit

B) Ateroskleroz

C) Villebrand xəstəliyi

D) Bəd xassəli yenitörəməmlər

E) Tromboflebit
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.253
177) Fraksiyalaşdırılmış heparinlə müalicə zamanı aşağıdakılardan hansı nəzarətdə saxlanmalıdır?
A) Qanın laxtalanma vaxtı

B) Trombin müddəti

C) АHTV (aktivləşmiş hissəvi tromboplastin müddəti)

D) Protrombin müddəti

E) Xa faktorunun qalıq aktivliyi
Ədəbiyyat: Ədəbiyyat: В.Г.Колб, В.С.Камышников. Клиническая биохимия,1982
178) İstifadə koaqulopatiyası (коагулопатия потребления) hansı xəstəlik zamanı meydana çıxır?
A) Qlansman xəstəliyi

B) Hemofiliya

C) Villebrand xəstəliyi

D) DDL (Damardaxili laxtalanma) sindromu

E) Hageman xəstəliyi
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.165
179) Protein C təyininin diaqnostik əhəmiyyəti nədir?
A) Heparinoterapiyaya nəzarət edilməsi

B) Tropmboz riskinin aşkar edilməsi

C) Fibrinolizin qiymətləndirilməsi

D) Bütün sadalananlar düzdür

E) Qeyri düz antikoaqulyantların dozasının artırılması və ya azadılması şərtlərinin müəyyənləşdirilməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.267
180) Antifosfolipid sindrom necə təzahür edir?
A) Təkrari trombozlarla

B) Qurdeşənəyi antikoaqulyantların olması ilə

C) Fosfolipidlərə qarşı əkscisimlərin əmələ gəlməsi ilə

D) Bütün sadalananlarla

E) Hamiləliyin başa çatmaması ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.330
181) Trombofiliya nədir?
A) Qanın özlülüyünün artması

B) Antikoaqulyantların potensialının azalması

C) Hamısı düzdür

D) Trombositlərin aqqreqasiyasının artması

E) Trombogenezə meyililik
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.22
182) Eritropoetinin artıq miqdarda əmələ gəlməsı nəticəsidə yaranan eritrositoz hansı üçün səciyyəvidir?
A) Bütün hamısı düzdür

B) Hiperhidratasiya

C) Polisitemiya

D) İsenko-Kuşinq sindromu və xəstəliyi

E) Qaraciyər çatışmazlığı zamanı anemiya
Ədəbiyyat: Ədəbiyyat: Е.А. Кост. Справочник по клиническим лабораторным методам исследований,1975
183) Hansı xəstəlik periferik qanda retikulositlərin miqdarının artması ilə müşayət edilmir?
A) Hemolitik anemiya

B) Şüa xəstəliyi zamanı anemiya

C) Posthemorragik anemiya

D) Müalicə fonunda meqaloblast anemiya

E) Bütün sadalananlar düzdür
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.37
184) Aşağıdakılardan hansı üçün periferik qanda normal leykoformula ilə yanaşı blast hüceyrələrin tapılması səciyyəvidir?
A) Qan köçürmədən sonrakı vəziyyəti

B) Bütün sadalananlar düzdür

C) Qaraciyər və böyrək xəstəlikləri

D) Kəskin leykoz

E) Meqaloblast anemiya
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.35
185) Hematoloji analizatorun qeydə aldığı RDW göstəricisi nəyi əks etdirir?
A) Eritrositlərin radiusunu

B) Qanda leykositlərin miqdarını

C) Eritrositlərin heterogenliyi

D) Eritrositlərin miqdarı

E) Eritrositlərin Hb-lə doyma dərəcəsini
Ədəbiyyat: Ədəbiyyat: В.С.Камышников. Клинические лабораторные тесты от А до Я и их диагностические профили,2009
186) Leyko-eritroblastik indeks nədir?
A) Hamısı düzdür

B) Leykositlərin yetkin formalarının eritroid sırasının bütün hüceyrələrinə olan nisbəti

C) Eritrositlərin periferik qanda olan leykositlərə olan nisbəti

D) Sümük iliyi leykositlərinin bütün növlərinin bütün eritroid sırası hüceyrələrinə olan nisbəti

E) Qeyri yetkin leykositlərin eritroid sırasının bütün hüceyrələrinə olan nisbəti
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.25
187) Nisbi leykositoza nə zaman rast gəlinir?
A) Toksoplazmozda

B) Kortikosteroidlərin qəbulu

C) İkincili immunodefisitdə

D) Bədxassəli törəmələrdə

E) Xroniki mieloleykozda
Ədəbiyyat: Ədəbiyyat: Е.А. Кост. Справочник по клиническим лабораторным методам исследований,1975
188) Kəskin leykozun formasının təyin etmək üçün hansı müayinənin diaqnostik əhəmiyyəti böyükdür?
A) Sitokimyəvi üsul

B) Periferik qanın yaxması

C) Bütün sadalananlar düzdür

D) Sümük iliyinin bioptatı

E) Qalça sümüyünün tripanobiopsiyası
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.43
189) Xroniki monositar leykoz zamanı qanda hansı dəyişiliklər baş verir?
A) Leykositoz

B) Yetkin və qeyriyetkin qranulositlərin miqdarı eyni olmalıdır

C) Bütün sadalananlar düzdür

D) Mütləq monositar

E) Mieloblastlara doğru meyillilik
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.43
190) Kəskin T-limfoblast leykoz zamanı blastlara hansı sitokimyəvi reaksiyalar xasdır?
A) Bütün sadalananlar reaksiyalar

B) Qələvi fosfatazaya reaksiya

C) Turş fosfatazaya reaksiya

D) Qranulyar ŞYT-reaksiya (şif-yod turşulu reaksiya)

E) Turş qeyrispesifik esterazaya reaksiya
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.43
191) B12 vitamini çatışmazlığında anemiya üçün hansı xarakterikdir?
A) Trombositoz

B) Bütün sadalananlar düzdür

C) Anizoxromiya

D) Nisbi limfositozla leykopeniya

E) Sola meyilli neytrofil leykositoz
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.40
192) Bəlğəmdə aşağıdakılardan hansının tapılması bronxial astma üçün səciyyəvidir?
A) Kurşman spiralları

B) Bronxların epiteliyası

C) Şarko-Leyden kristalları

D) Bütün sadalananlar

E) Eozinofillərin tapılması
Ədəbiyyat: Ədəbiyyat: Е.А. Кост. Справочник по клиническим лабораторным методам исследований,1975
193) Aspergillez zamanı bəlğəmdə tapılan göbələklərin xüsusiyyəti nədir?
A) Fırça şəkilində konidial spordaşıma

B) Psevdomitseli

C) Divarlı mitseli

D) Nazik divarsız mitseli

E) Bütün sadalananlar düzdür
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.115
194) Ağ ciyərin absesi zamanı bəlğəmdə nə tapılır?
A) Ditrix tıxacları

B) Elastik liflər

C) Kurşman spiralları

D) Eozinofillər

E) Bütün sadalananlar düzdür
Ədəbiyyat: Ədəbiyyat: Е.А. Кост. Справочник по клиническим лабораторным методам исследований,1975
195) Üç-stəkan sınağında hər üç stəkanda qanın olması qanaxmanın hansı mənbədən olmasını göstərir?
A) Adları çekilən hissələrin istənilən birindən

B) Sidikçıxarıcı yolların yuxarı şöbələrindən və böyrəklərdən

C) Sidik kisəsindən

D) Cinsi üzvlərdən

E) Sidikçıxarıcı yolların aşağı şöbələrindən
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.77
196) Sidiyin nisbi sıxlığı nəyin göstəricisidir?
A) Heç biri düz deyil

B) Filtrasiya funksiyasının

C) Sadalanan bütün funksiyaların

D) Qatılaşdırıcı funksiyasının

E) Böyrəklərin sekretor funksiyasının
Ədəbiyyat: Ədəbiyyat: Е.А. Кост. Справочник по клиническим лабораторным методам исследований,1975
197) Daha çox yumaqcıqların zədələnməsi ilə səciyyələnən böyrək xəstəlikləri zamanı nə qeyd olunur?
A) Bütün sadalanan funksiyaların pozulması

B) Böyrəklərin qatılaşdırıcı funksiyasının pozulması

C) Reabsorbsiyanın pozulması

D) Filtrasiyanın azalması

E) Sekresiyanın pozulması
Ədəbiyyat: Ədəbiyyat: Е.А. Кост. Справочник по клиническим лабораторным методам исследований,1975
198) Böyrək epitelində piyəçevrilmiş hüceyrələrin olması nəyi göstərir?
A) Bütün sadalanan xəstəliklər

B) Amiloidoz

C) Pielonefrit

D) Lipoid nefrozu

E) Kəskin nefrit
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.69
199) Sidiyin reaksiyası nə zaman qələviləşir?
A) Böyrəkdaşı xəstəliyi zamanı

B) Amiloidoz zamanı

C) Pielonefrit zamanı

D) Sistit zamanı

E) Kəskin qlomerulonefrit
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.69
200) Prerenal proteinuriyanın laborator göstəriciləri hansıdır?
A) Bütün sadalananlar düzdür

B) Mioqlobinuriya

C) Hemoqlobinuriya

D) Paraproteinuriya

E) Albuminuriya
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.69
201) Piuriyanın olması hansı xəstəlik üçün səciyyəvidir?
A) Nefrotik sindrom

B) Xroniki böyrək çatışmazlığı

C) Piyelonefrit

D) Kəskin böyrək çatışmazlığı

E) Xroniki nefrit
Ədəbiyyat: Ədəbiyyat: Е.А. Кост. Справочник по клиническим лабораторным методам исследований,1975
202) Aşağıdakılardan hansının olması vərəm meningiti diaqnozunu təsdiq edir?
A) Qlobulinlərin artması

B) 1 mkl-də 200 hüceyrədən çox olmayan pleositozun olması

C) Bütün sadalananlar düzdür

D) Likvoroqrammada limfositlərin üstünlük təşkil etməsi

E) Fibrinoz təbəqədə vərəm mikrobakteriyasının tapılması
Ədəbiyyat: Ədəbiyyat: Е.А. Кост. Справочник по клиническим лабораторным методам исследований,1975
203) Hüceyrələrin polimorfizminə hansı morfoloji əlamətlər aiddir?
A) Hüceyrələrin ölçülərinin müxtəlifliyi

B) Bütün sadalananlar

C) Heç biri düz deyil

D) Hüceyrə formalarının müxtəlifliyi

E) Ayrı-ayrı hüceyrələrin yetkinlik dərəcəsinin müxtəlifliyi
Ədəbiyyat: Ədəbiyyat: Е.А. Кост. Справочник по клиническим лабораторным методам исследований,1975
204) Ağciyərin xırdahüceyrəli xərçənginə hansı xasdır?
A) Hüceyrələrin cərgə ilə düzülməsi

B) Kiçik polimorf hüceyrələr

C) Hüceyrədə fasetkaların (gözcüklər) olması

D) Cüzi zədələnməyə meyilli olması

E) Hamısı
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.41
205) Mədədə hansı daha çox rast gəlinir?
A) Yastıhüceyrəli xərçəng

B) Vəzili-yastıhüceyrəli xərçəng

C) Hər biri eyni tezlikdə

D) Differensiasiya olunmamış xərçəng

E) Adenokarsinoma
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.41
206) Uşaqlıq boynunun hansı patoloji prosessləri fon xəstəliyinə aiddir?
A) Endoservikoz

B) Sadə leykoplakiya

C) Bütün sadalanan xəstəliklər

D) Ektropion

E) Yastıhüceyrəli metaplaziya
Ədəbiyyat: Ədəbiyyat: Г.И.Назаренко,А.А.Кишкун.Клиническая оценка результатов лабораторных исследований.Москва, «Медицина» 2002,стр.44
207) Limfaqranulomatoz zamanı limfatik düyünün punktatında hansı hüceyrələrin tapılması diaqnostik əhəmiyyət daşıyır?
A) Berezovski-Şternberq hüceyrələri

B) Epiteloid hüceyrələri

C) Eozinofillər

D) Limfoid hüceyrələri



E) Piroqov-Lanqhans hüceyrələri
Ədəbiyyat: Ədəbiyyat: Е.А. Кост. Справочник по клиническим лабораторным методам исследований,1975
Yüklə 221,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin