Laboratoriya işi 2
WINDOWS 7 ƏMƏLIYYAT SISTEMI
Qrafiki interfeys obyektləri: Windows sistemində tətbiq olunan texnologiya əsasında ardıcıl açılan pəncərələr təşkil edilir. Pəncərə- ekranın monitorunda haşiyələnmiş düzbucaqlı olub, burada proqram, sənəd, məlumat təsvir edilir. Bütün obyektlər pəncərələrdə açılır. Pəncərələrin bir neçə növü mövcuddur ki, onların görünüşü təsvir olunan informasiyadan asılıdır. Windows 7 əməliyyat sistemində dialoq pəncərələri çox geniş tətbiq edilir. Dialoq pəncərəsi idarəetmə məqsədilə istifadə edilən tipik obyektlərin toplusundan ibarətdir.Bunlara aşağıdakıları aid etmək olar:
Gizlədilmiş pəncərələr, əmrlər düymələri,siyahılar sahəsi, mətn sahələri,baxış keçirmək pəncərələri. Dialoq pəncərəsində yalnız idarəetmə parametrləri əks olunur. Sistemin əksər sazlama işləri bilavasitə dialoq pəncərələrinin köməyilə aparılır. (şəkil 1.) Şəkil 1
Sorğu sisteminin pəncərəsində əməliyyat sisteminin və eləcə də icra olunan hər hansı proqramın işi ilə bağlı olan köməkçi məlumatlar, habelə sorğu sisteminin idatəetmə elementləri əks olunur. (şəkil 2.)
Şəkil 2
Windows 7 əməliyyat sistemində hər bir proqram , hər hansı sənəd, eləcə də istənilən bir qovluq açılarkən displey ekranınıda standart quruluşa malik pəncərə əks olunur. (şəkil 3).
Dostları ilə paylaş: |