LayiHƏ “Qida təhlükəsizliyi haqqında” azərbaycan respublikasinin qanunu



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#40253
1   ...   20   21   22   23   24   25   26   27   ...   38
Qanun-layih--si final

 

 

6-

cı fəsil  

Qida t

əhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə  

 

        Madd

ə 25. Qida obyektlərinin  qeydiyyatı və təsdiqi 

25.1. 


Azərbaycan Respublikasının ərazisində qida və yem məhsulların ilkin istehsalı, 

emalı,  dövriyyəsi  və utilizasiyası ilə  məşğul olan  qida obyektləri  (müvafiq icra  hakimiyyəti 

orqanının  müəyyən  etdiyi  orqan  (qurum)  tərəfindən  müəyyən  edilən,  qeydiyyatı  tələb 

olunmayan  qida  obyektləri  istisna  olmaqla)  həmin  obyektlərə  cavabdeh  qida  biznesi 

subyektlərinin  müraciəti  əsasında  qeydiyyat üçün  tələb  olunan  məlumatlar  təqdim  edildiyi 

halda 


müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  orqan  (qurum)  tərəfindən  qida 

təhlükəsizliyi  sahəsində  texniki  normativ  hüquqi  aktların  tələblərinə  uyğunluğu 

qiymətləndirilmədən 10 iş günü müddətində qeydiyyata alınır. 

 

25.2. Qeydiyyat



a alınmış obyektlər, onlara cavabdeh qida biznesi subyektləri elektron 

reyestr


ə daxil edilir və həmin subyektlərə reyestrdən elektron və ya yazılı çıxarış verilir. 

 

25.3. Qida  t



əhlükəsizliyi  sahəsində  texniki  normativ  hüquqi  aktların  tələblərinə 

uyğunluğu  qiymətləndirilmədən  qeydiyyata  alınan  qida  obyektlərinin  qida  təhlükəsizliyi 

sahəsində  texniki  normativ  hüquqi  aktların tələblərinə  uyğunluğu  dövlət nəzarəti  tədbirləri 

çərçivəsində qiymətləndirilir. 

 

25.4. Az


ərbaycan  Respublikasının  ərazisində  qida  təhlükəsizliyi  baxımından 

qeydiyyat

a alınmamış qida obyeklərində (bu Qanunun 25.1-ci maddəsinin birinci cümləsində 

n

əzərdə tutulmuş qida obyektləri istisna olmaqla) qida və yem məhsullarının ilkin istehsalı, 



emalı, dövriyyəsi və utilizasiyası qadağandır.  

25.5. 


Siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  orqan  (qurum)   

tərəfindən  müəyyən  edilən  qida  və  yem  məhsullarına  aid  olan  qida  obyektləri  həmin 

obyektlərə cavabdeh qida biznesi subyektlərinin müraciəti əsasında müvafiq icra hakimiyyəti 

orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 30 iş günü müddətinə qida təhlükəsizliyi 

sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq 

olunur və ya təsdiqdən imtina edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan 

(qurum)   

tərəfindən təsdiq olunmuş qida obyektləri qeydiyyata alınır və onlara reyestrdən 

çıxarış verilir.  

25.6. 


Müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  orqan  (qurum)  tərəfindən 

müəyyən  olunan  siyahıya  əsasən  təsdiqi  nəzərdə  tutulan  qida  obyektlərinin  təsdiq 

olunmadan 

qida  və  yem  məhsullarının  ilkin  istehsalı,  emalı,  dövriyyəsi  və  utilizasiyası 

qadağandır.  

25.7. 


Təsdiqi  nəzərdə  tutulan  qida  obyektlərində  müvafiq  icra  hakimiyyəti  orqanının 

müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan qiymətləndirmələrin nəticələrinə əsasən 

uyğunsuzluqlar aşkar edildikdə, həmin obyektlər aşkar edilmiş uyğunsuzluqların xüsusiyyəti 

və  yaratdığı  riskin  səviyyəsi  nəzərə  alınmaqla  uyğunsuzluqların  müəyyən  edilmiş  müddət 

ərzində  aradan  qaldırılması  şərti  ilə  təsdiq  oluna  bilər.  Aşkar  edilmiş  uyğunsuzluqlar 



18 

 

m



üəyyən  edilmiş  müddət  ərzində  aradan  qaldırılmadıqda  həmin  obyektlərin  təsdiqi  ləğv 

olunur


. Bu obyektlərdə uyğunsuzluqların aradan qaldırılması üçün verilmiş müddət ərzində 

əlavə nəzarət tədbirləri həyata keçirilə bilər.  

25.8. M

üvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Qida 

obyektlərinin qeydiyyata alınmasına və ya təsdiq olunmasına və onlara reyestrdən çıxarış 

verilməsinə  görə  qida  biznesi  subyektlərindən  “Dövlət  rüsumu  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  məbləğdə  dövlət  rüsumu  tutulur.  Qida 

obyektlərinin  təsdiq  olunması  məqsədi  ilə  aparılan  qiymətləndirmələr  zamanı  götürülən 

məhsul nümunələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 

tabeliyində  olan  akkreditasiya  edilmiş  sınaq  laboratoriyalarında  tədqiqi  üçün  qida  biznesi 

subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 

müəyyən edilmiş xidmət haqqı tutulur.  

25.9. Q

eydiyyata alınmış qida obyektlərinin fəaliyyəti dövründə qeydiyyat mərhələsində 

verilmiş  məlumatlarda  dəyişiklik  olduqda,  habelə  qida  obyektinə  cavabdeh  qida  biznesi 

subyekti 

və obyektin fəaliyyət sahəsi dəyişdikdə, qida obyekti öz fəaliyyətini dayandırdıqda, 

həmin  obyektlərə  cavabdeh  qida  biznesi  subyektləri  bu  haqda  müvafiq  icra  hakimiyyəti 

orqanının müəyyən etdiyi orqanı (qurumu) məlumatlandırmalıdırlar.  

25.10. 


Qida  təhlükəsizliyi  sahəsində  qanunvericiliyin  tələblərinə  cavab  verməyən, 

fəaliyyətini  birdəfəlik  dayandıran  və  ya  bir  ildən  artıq  fəaliyyətsiz  qalan  qida  obyektlərinin 

təsdiqi və qeydiyyatı ləğv olunur.  

 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin