Madd
ə 27. Qida məhsullarının sertifikatlaşdırılması
27.1. Az
ərbaycan Respublikasının ərazisindən xarici ölkələrə ixrac edilən qida
m
əhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) t
ərəfindən idxalçı ölkələrin tələbləri də nəzərə alınmaqla sağlamlıq
sertifikatı verilir.
27.2.
İxrac olunan məhsullara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) t
ərəfindən verilən sağlamlıq sertifikatı qida məhsulunun qida təhlükəsizliyi
göst
əriciləri ilə yanaşı, heyvan mənşəli məhsullar üçün heyvan sağlamlığı göstəricilərinə
uyğunluğunu da təsdiq edir.
27.3.
Sağlamlıq sertifikatının verilməsinə görə “Dövlət rüsumu haqqında”Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Sağlamlıq
sertifikatının verilməsi məqsədi ilə götürülmüş nümunələrin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq
laboratoriyalarında tədqiqinin aparılması üçün qida biznesi subyektlərindən müvafiq icra
hakimiyy
əti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət
haqqı tutulur.
27.4.
Sağlamlıq sertifikatı kağız və elektron formada verilir. Sağlamlıq sertifikatının
qüvvədə olma müddəti üç aydır və bu müddət ərzində sertifikat verilmiş qida məhsulu ixrac
edilməlidir.
Madd
Dostları ilə paylaş: |