Madd
ə 30. Qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətini həyata
keçir
ən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dair
t
ələblər
30.1.Qida t
əhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) dövlət nəzarətini həyata keçirərkən aşağıdakılara
əməl etməlidir:
30.1.1. dövl
ət nəzarətinin qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməli;
30.1.2. dövl
ət nəzarətinin həyata keçirilməsi zamanı şəffaflıq, səmərəlilik, bitərəflilik,
maraq
ların toqquşması hallarının yolverilməzliyi, qida obyektlərinin fəaliyyətinə tələb olunan
h
ədd çərçivəsində müdaxilə prinsiplərini tətbiq etməli;
30.1.3. dövl
ət nəzarətinin həyata keçirərkən qida biznesi subyektlərinin fəaliyyətinə
yersiz müdaxil
ələrə yol verməməli, nəzarət tədbirləri çərçivəsində aşkarlanmış pozuntuların
aradan qaldırılmasında qida biznesi subyektlərinə dəstək göstərməli və məcburi tələblərin
pozulmasının qarşısının alınması ilə bağlı profilaktik tədbirlər həyata keçirməli;
30.1.4. öz sah
əsində müvafiq səriştəsi olan əməkdaşlara malik olmalı, onların bilik və
bac
arıqlarının artırılması üçün müntəzəm təlimlər təşkil etməli;
30.1.5. d
əqiq sınaq və analizlər aparmağa imkan verən laboratoriyalara, avadanlıqlara
v
ə nəzarət üçün tələb olunan digər vasitələrə malik olmalı və ya belə vasitələrin əlçatan
olmasını təmin etməli;
30.1.6.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
yoxlamaların aparılması, nəticələrinin yazılı və elektron formada rəsmiləşdirilməsi,
arxivl
əşdirilməsi və müxtəlif məqsədlər üzrə istifadəsi üçün müvafiq sistemə və prosedurlara
malik olmalı;
30.1.7.
yoxladığı obyektlərdən topladığı məlumatların məxfiliyini təmin etməli və
yoxlama n
əticələrinin ictimaiyyətə açıqlanması zamanı yalnız məxfi olmayan məlumatlardan
istifad
ə etməlidir.
Dostları ilə paylaş: |