Madd
ə 12. Xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin
t
əhlükəsizliyinə dair tələblər
12.1. Xüsusi t
əyinatlı qida məhsullarına aşağıdakılar aiddir:
12.1.1.
uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər
uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları;
12.1.2. günd
əlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin
azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən pəhriz qida
m
əhsulları;
12.1.3. insan orqanizmind
ə zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların
qarşısının alınması məqsədi ilə xüsusi qida rasionlarında istifadə olunan müalicəvi-profilaktik
qida m
əhsulları.
12.2. Xüsusi t
əyinatlı qida məhsulları:
12.2.1. qida t
əhlükəsizliyinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab
verm
əli və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
qeydiyyata alındıqdan sonra dövriyyəyə buraxılmalıdır;
12.2.2.
müvafiq alıcı (istehlakçı) qruplarının fizioloji tələbatlarını təmin etməlidir;
12.2.3. t
ərkibindəki vitaminlərin və mineralların miqdarı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hədlər çərçivəsində
olmalıdır.
12.3. Xüsusi t
əyinatlı qida məhsullarının təhlükəsizliyinə dair tələblər qida
t
əhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.
12.4. Qida biznesi subyektl
əri bioloji aktiv qida maddələrinin emalı zamanı yalnız
müvafiq icra hakimiyy
əti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş vitaminlərdən və minerallardan istifadə edə bilər.
12.5. Bioloji aktiv qida madd
ələrinin emalına və dövriyyəsinə həmin maddələrin
müvafiq icra hakimiyy
əti orqanı tərəfindən bu Qanunu 26.1-ci maddəsinə əsasən dövlət
qeydiyyatı aparıldıqdan sonra icazə verilir.
12.6. Bioloji aktiv qida madd
ələrinin emalı və dövriyyəsinə dair tələblər qida
t
əhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.
Dostları ilə paylaş: |