5
Madd
ə 2. Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
2.1. Qida t
əhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Az
ərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
2.2. Az
ərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Qanun
arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.
Madd
ə 3. Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun Az
ərbaycan Respublikasında ilkin istehsal və emal edilən, Azərbaycan
Respublikasının ərazisinə idxal olunmuş və Azərbaycan Respublikasının ərazisindən tranzit
keç
ən qida və yem məhsullarına, habelə qida və yem məhsullarının ilkin istehsalı, emalı,
dövriyy
əsi, utilizasiyası və məhv edilməsi proseslərinə (mərhələlərinə) şamil olunur.
3.2.
Bu Qanunun ev şəraitində və ya ilkin istehsal çərçivəsində şəxsi istehlak üçün
n
əzərdə hazırlanan qida məhsullarına şamil olunmur.
Dostları ilə paylaş: