LayiHƏ “Qida təhlükəsizliyi haqqında” azərbaycan respublikasinin qanunu



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə1/38
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#40253
  1   2   3   4   5   6   7   8   9   ...   38
Qanun-layih--si final



 

LAYİHƏ 



 

 

“Qida təhlükəsizliyi haqqında” 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Bu  Qanun  Az



ərbaycan  Respublikası  Konstitusiyasının  94-cü  maddəsinin  I  hissəsinin  

11-ci,  20-ci  v

ə  26-cı  bəndlərinə  uyğun  olaraq,  Azərbaycan  Respublikasının  ərazisində 

insanların  həyatının  və  sağlamlığının,  heyvanların  sağlamlığının,  istehlakçıların  qanuni 

m

ənafelərinin  müdafiəsi  və  ətraf  mühitin  mühafizəsi  üçün  qida  və  yem  məhsullarının 



t

əhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.  

 

 

1-ci  f



əsil  

Ümumi müdd

əalar 

 

Madd

ə 1. Əsas anlayışlar 

1.1. Bu Qanunda istifad

ə edilən əsas anlayışlar aşağıdakılardır: 

1.1.1.  qida m

əhsulları - insanların qidalanması üçün nəzərdə tutulan emal olunmamış, 

yarımemal olunmuş və ya tam emal olunmuş məhsullar, o cümlədən xüsusi təyinatlı qida 

m

əhsulları, qida əlavələri, biloji aktiv qida maddələri, qida xammalı,  içkilər (spirtli və spirtsiz), 



içm

əli su (qablaşdırılmış), saqqız və qida məhsullarının ilkin istehsalı və emalı zamanı qida 

m

əhsullarına əlavə edilən su və digər maddələr. Bu anlayışa yem məhsulları, insan istehlakı 



üçün n

əzərdə tutulmamış diri heyvanlar, məhsulun yığımına qədər bitkilər, dərman vasitələri, 

ətriyyat-kosmetik  vasitələr,  tütün  və  tütün  məhsulları,  narkotik  və  psixotrop  maddələr  və 

çirkl


əndirici maddələr daxil deyil; 

1.1.2. 


qida  xammalı  -  qida  məhsullarının  emalı  üçün  istifadə  olunan  bitki,  heyvan, 

mikrobioloji, mineral, süni v

ə biotexnoloji mənşəli maddələr və su; 

1.1.3.  heyvan m

ənşəli qida məhsulu – insanların qidalanması üçün yararlı olan ət, balıq 

v

ə  balıq  kürüsü,  molyuska,  xərçəngkimilər  və  digər  suda  yaşayan  onurğasızlar  (dəniz 



m

əhsulları), yumurta, bal, süd və emal yolu ilə onlardan alınan məhsullar;  

1.1.4.  bitki m

ənşəli qida məhsulu – insanların qidalanması üçün yararlı olan göbələk, 

meyv

ə,  tərəvəz, digər bitki mənşəli məhsullar və emal yolu ilə onlardan alınan məhsullar; 



1.1.5. 

qarışıq  tərkibli  qida  məhsulu  -  insan  istehlakı  üçün  nəzərdə  tutulmuş  və 

t

ərkibində heyvan və bitki mənşəli məhsulların olduğu qida məhsulu; 



1.1.6.  z

ənginləşdirilən (fortifikasiya olunan) qida məhsulları -məhsulların qida dəyərinin 

yüks

əldilməsi və nutriyent (vitamin, mineral, zülal) çatışmazlığı xəstəliklərinin profilaktikası 



m

əqsədi ilə məhsullara müəyyən xüsusiyyətlərin verilməsi üçün onlarda əvvəldən olmayan 

v

ə ya kifayət qədər olmayan, yaxud emal prosesində (mərhələsində) itirilmiş bir və ya daha 



artıq zəruri inqrediyentin və digər maddələrin əlavə olunduğu qida məhsulları;  

1.1.7.  yeni  növ  qida    m

əhsulları    -  Azərbaycan  Respublikasının  ərazisində  insan 

istehlakı üçün əvvəllər istifadə olunmamış, emal prosesi nəticəsində yeni və ya dəyişdirilmiş 

molekulyar  struktura malik olan qida m

əhsulları;  

1.1.8.  qida 

əlavələri - qida məhsuluna hər hansı bir texnoloji (o cümlədən, orqanoleptik) 

m

əqsədlə   əlavə olunan, qida dəyərinin olub-olmamasından asılı olmayaraq, adətən qida 



şəklində və ya qida məhsullarının səciyyəvi tərkib hissəsi kimi istehlak olunmayan, birbaşa 

v

ə  həmçinin  dolayı  yolla  qida  məhsullarının  tərkib  hissəsi  ola  biləcək  və  ya  onun 




 

xüsusiyy



ətlərinə  (rənginə,  dadına  və  s.)  təsir  edə  biləcək  hər  hansı  maddə.  Bu  anlayışa 

çirkl


əndirici maddələr və ya qida məhsullarının qida dəyərini saxlamaq və ya artırmaq üçün 

əlavə olunan maddələr (vitaminlər, mikroelementlər, amin turşuları) daxil deyildir; 

1.1.9.  bioloji  aktiv  qida  madd

ələri  -  qida  rasionunu  zənginləşdirmək  məqsədi  ilə

 

n

əzərdə  tutulmuş,  qidalandırıcı  və  fizioloji  təsirə  malik  olan  nutriyent  və  digər  bioaktiv 



madd

ələrdən  hazırlanmış,  gündəlik  qəbuletmə  dozası  müəyyənləşdirilmiş  (kapsul,  tablet, 

ampul

, damcı və digər analoji formada), bir və ya bir neçə  qidalandırıcı maddə; 



1.1.10. inqrediyent  -  qida  m

əhsullarının  hazırlanmasında istifadə  olunan  yaxud  hazır 

m

əhsulun  tərkibində ilkin  və  ya  dəyişilmiş  formada  mövcud  olan  maddələr,  heyvan,  bitki, 



mikrobioloji, mineral m

ənşəli məhsullar, o cümlədən qida əlavələri;  

1.1.11. qida  m

əhsulları ilə təmasda olan material və məmulatlar - qida məhsullarının 

ilkin 

istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərində istifadə edilən, 



qida  m

əhsulu  ilə  birbaşa  və  dolayı  təmasda  olan  material  və  məmulatlar,  o  cümlədən 

texnoloji avadanlıq, cihaz və qurğular, tara və qablaşdırma materialları. Bu anlayışa içməli 

suyun n


əqli üçün istifadə olunan avadanlıqlar daxil deyil; 

1.1.12. ilkin  istehsal  -  m

əhsulun  yığılması,  südün  sağılması,  həmçinin  heyvanların 

k

əsiminə  qədər  heyvan  mənşəli  məhsulların  əldə  edilməsi  də  daxil  olmaqla  ilkin  istehsal 



m

əhsullarının  istehsalı,  becərilməsi,  çeşidlənməsi,  habelə  çöl  heyvanlarının,  balıqların  və 

d

əniz məhsullarının ovlanması və yabanı məhsulların yığılması; 



1.1.13. ilkin  istehsal  m

əhsulları  -  ilkin  istehsaldan,  o  cümlədən  torpaqdan  və    diri 

heyvandan  alınan  məhsullar,  o  cümlədən  balıq  və  balıq  kürüsü,  dəniz  məhsulları,  bal, 

ovlanmış çöl heyvanları və yığılmış yabanı məhsullar; 

1.1.14. qida  m

əhsullarının  istehsalı  (emalı)  (bundan  sonra  -  emalı)  -  ilkin  istehsal 

məhsulundan istilik, qurutma, bişirmə, marinadetmə, ekstraksiya, sıxlaşdırma və ya onların 

kombinasiyasından  ibarət  hər  hansı  proses  vasitəsilə  qida  məhsullarının  hazırlanması, 

b

ununla  bağlı  çəkilib  bükülmə,  qablaşdırma,  markalanma,  etiketlənmə,  habelə  qida 



m

əhsullarının istehsaldaxili saxlanma və daşınma prosesləri; 

1.1.15. qida  m

əhsullarının  dövriyyəsi  -  qida  məhsullarının  saxlanması,  daşınması, 

idxalı və ixracı, satınalınması, satışı və ya tədarükü, o cümlədən qida məhsullarının ictimai 

iaşə,  topdan  və  pərakəndə  ticarət  obyektləri  tərəfindən  satışı,  ictimai  iaşə  və  xidmət 

obyektl

ərində istifadəsi; 

1.1.16. qida m

əhsullarının utilizasiyası – qida təhlükəsizliyi sahəsində qanunvericiliyin 

t

ələblərinə  cavab  verməyən  qida  məhsullarının  nəzərdə  tutulmuş  təyinatından  başqa  bir 



t

əyinat üçün istifadə etmək məqsədilə texnoloji emalı, yaxud digər məqsədlərlə istifadəsi; 

1.1.17. qida  m

əhsullarının  məhv  edilməsi  -  istifadəyə  yarasız  və  təhlükəli  qida 

m

əhsullarının  hər  hansı  formada  istifadəsini  mümkünsüz  edən  və  insan  həyatı  və 



sağlamlığına,  heyvan  sağlamlığına  və  ətraf  mühitə  zərərli  təsirini  istisna  edən  vəziyyətə 

g

ətirilməsi; 



1.1.18. qida m

əhsulunun bazara yerləşdirilməsi - qida məhsulunun kommersiya və ya 

qeyri- kommersiya m

əqsədləri ilə satışı, satış məqsədi ilə saxlanması və paylanması

;

 

1.1.19. qida z



ənciri - qida məhsullarının ilkin istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və 

m

əhv edilməsi mərhələlərinin məcmusu; 



1.1.20. qida  biznesi 

–  qida  və  yem  məhsullarının  ilkin  istehsalı,  emalı,  dövriyyəsi  və 

utilizasiyası ilə bağlı həyata keçirilən sahibkarlıq  fəaliyyəti; 

1.1.21. qida  biznesi  subyektl

əri  – qida   biznesi ilə  məşğul  olan  və  qida  təhlükəsizliyi 

sah


əsində qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə cavabdeh şəxs, o cümlədən fiziki 

v

ə ya hüquqi şəxs, bələdiyyə, dövlət təşkilatları və qurumları; 




 

1.1.22. qida biznesi obyektl



əri (bundan sonra - qida obyektləri) - qida biznesinin həyata 

keçirildiyi m

əkan, sahə, bina, nəqliyyat vasitəsi və digər daşınar vasitələr; 

1.1.23. qida  m

əhsullarının  izlənilməsi  -  qida  məhsullarının  ilkin  istehsalı,  emalı, 

dövriyy


əsi  və  utilizasiyası  mərhələlərində  qida    məhsulunun,  qida  məhsulları  əldə  edilən 

heyvanların yaxud qida məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrin hərəkətinin 

izl

ənməsi;  



1.1.24. qida t

əhlükəsizliyi - qida məhsullarının qida təhlükəsizliyi göstəricilərinə riayət 

edilm

əklə,  ilkin  istehsalı,  emalı,  dövriyyəsi  və  utilizasiyası  mərhələlərində,  habelə  qida 



m

əhsullarının istehlakı (qəbulu) zamanı insanların, o cümlədən gələcək nəsillərin həyat və 

sağlamlığına zərər vurulması ilə bağlı təhlükənin olmaması;  

1.1.25. qida  t

əhlükəsizliyi  göstəriciləri  -  gigiyenik  normativlər,  qalıqların  və 

çirkl


əndiricilərin yolverilən maksimum miqdarı, gündəlik qəbul hədləri və digər parametrlər 

d

ə daxil olmaqla, insan həyatının və sağlamlığının qorunmasını təmin edən, elmi cəhətdən 



əsaslandırılmış və normalaşdırılmış göstəricilər; 

1.1.26. minimum  keyfiyy

ət  göstəriciləri  -  qida  məhsullarının  insanların  istifadəsinə 

yararlı olmasına zəmanət verən orqanaleptik, fiziki, kimyəvi və digər xüsusiyyətləri; 

1.1.27. 

qabaqcıl  fəaliyyət  kodeksi  -  qida  təhlükəsizliyi  sahəsində  texniki  normativ 

hüquqi  aktların  tələblərinin  daha  yaxşı  yerinə  yetirilməsi,  qida  və  yem  məhsullarının 

t

əhlükəsizliyinin  və  keyfiyyətinin  təmin  edilməsi  məqsədi  ilə  hazırlanan  və  qida  biznesi 



subyektl

əri  tərəfindən  tətbiq  edilən  təcrübələr,  o  cümlədən  qabaqcıl  gigiyena  təcrübələri, 

qabaqcıl istehsal təcrübələri və qabaqcıl kənd təsərrüfatı təcrübələri; 

1.1.28. qida  m

əhsullarının  partiyası  -  eyni  ilkin  istehsal  və  emal  dövrü  ərzində  eyni 

yerd


ə ilkin istehsal və emal olunan, eyni şərtlərlə texnoloji proses nəticəsində əldə edilən 

identifikasiya olunmuş məhsulların bir qrupu və ya dəsti;   

1.1.29. çirkl

əndirici  maddə  -  qida  məhsullarının  təhlükəsizliyinə  və  ya  yararlığına 

t

əhlükə  yarada  bilən,  qida  məhsullarının  ilkin  istehsalı,  emalı  və  dövriyyəsi  zamanı  qida 



m

əhsullarının tərkibinə məqsədli şəkildə daxil edilməyən və ya ətraf mühitdən keçən maddə 

v

ə kənar cisim;  



1.1.30. 

qalıqlar  -  baytarlıq  preparatlarının,  aqrokimyəvi  maddələrin,  bitki  mühafizə 

vasit

ələrinin və çirkləndirici maddələrin qida məhsullarındakı qalıqları; 



1.1.31. 

yararlılıq müddəti - saxlanma şərtlərinə əməl edilməklə, qida məhsullarının qida 

t

əhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla tətbiq edilən təhlükəsizlik tələblərinə 



uyğunluğunun tam saxlanılması müddəti; 

1.1.32. risk  -  qida  v

ə  yem  məhsulunun  insan  həyatına  və  sağlamlığına  və  heyvan 

sağlamlığına  mənfi  təsir  ehtimalı  və  həmin  təsirin  qida  məhsullarında  yer  alan  təhlükəli 

amill

ərindən yaranan ağırlıq dərəcəsi;  



1.1.33. riskl

ərin təhlili – insanların həyat və sağlamlığının və heyvanların sağlamlığının 

qorunmasını təmin etmək məqsədi ilə riskin qiymətləndirilməsi, riskin idarə edilməsi və risk 

haqqında məlumatlandırma kimi bir-biri ilə qarşılıqlı əlaqədə olan fəaliyyətləri əhatə  edən 

proses; 

1.1.34. riskin qiym

ətləndirilməsi - təhlükənin müəyyən edilməsi, təhlükənin xarakterizə 

edilm


əsi, təhlükənin yayılma ehtimalının qiymətləndirilməsi və riskin kateqoriyasının (aşağı, 

orta v


ə yüksək) müəyyən edilməsi kimi 4 mərhələdən ibarət proses;  

1.1.35. riskin idar

ə edilməsi – riskin qiymətləndirilməsi nəticələri əsasında və maraqlı 

t

ərəflərlə məsləhətləşməklə riskin qarşısının alınması, azaldılması (məhdudlaşdırılması) və 



aradan qaldırılması üzrə tədbirlərin müəyyən olunması və həyata keçirilməsi; 


 

1.1.36. 



risk haqqında məlumatlandırma- riskin təhlili çərçivəsində mövcud və potensial 

t

əhlükələr və risklər barədə qida biznesi subyektləri, istehlakçılar, dövlət orqanları, habelə 



dig

ər maraqlı tərəflər arasında məlumatların mübadiləsi; 

1.1.37. 

saxtalaşdırılmış  qida  məhsulları  -  bilərəkdən  dəyişdirilmiş,  istehlakçıları 

aldatmaqla  bar

əsində  saxta  və  (və  ya)  yalan  (düzgün  olmayan)  məlumat  verilən  qida 

m

əhsulları;   



1.1.38. kritik  n

əzarət  nöqtəsi  -  qida  məhsullarının  ilkin  istehsalı  və  emalı  zamanı 

yaranan  t

əhlükə  amillərinin  əvvəlcədən  qarşının  alınması,  məqbul  səviyyəyə  qədər 

azaldılması (məhdudlaşdırılması) və ya aradan qaldırılması üçün nəzarət tədbirlərinin tətbiq 

edil


ə biləcəyi ilkin istehsal və ya emal mərhələsi;  

1.1.39. t

əhlükə  - qida və yem məhsullarında insan həyatı və sağlamlığına və heyvan 

sağlamlığına  mənfi  təsir  göstərmək  gücündə  olan  bioloji,  kimyəvi  və  fiziki  maddələrin 

mövcudluğu;   

1.1.40. T

əhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) -qida təhlükəsizliyinin 

idar


ə  edilməsi  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  təhlükə  amillərinin  müəyyən  edilməsi, 

qiym


ətləndirilməsi və onlara nəzarət olunması sistemi;   

1.1.41. marka  -  qida  m

əhsullarının  üzərinə,  sənədlərə,  yaddaş  vərəqələrinə  (içlik 

v

ərəqlərə),  etiketlərə,  kontr  -  etiketlərə,  yuxarı  etiketlərə,  yarlıklara,  yapışdırılan  vərəqlərə 



(stikerl

ərə),  istehlak  tarasına  (qablara)  vurulan,  istehlakçı  üçün  məhsul  və  istehsalçı 

bar

əsində informasiya daşıyan mətn, nişan (əmtəə və digər), şərti işarələr və rəsmlər; 



1.1.42. etiket  -  qida  m

əhsuluna  aid  olan  və  onu  müşayiət  edən  tara,  sənəd,  nişan, 

halqa, yaxud qapaqda yerl

əşən söz, əmtəə nişanı, coğrafi göstərici, şəkil və ya rəmz;  

1.1.43. 

qablaşdırma - qida məhsullarına əmtəə görünüşü verən, məhsulun tam və ya 

qism

ən  örtülməsini  təmin  edən,  məhsulun  tərkibini  açılmamış  və  tamlığı  pozulmamış 



v

əziyyətdə qoruyan vasitə,

 

daşınma məqsədilə istifadə olunan tara;  



1.1.44. yem m

əhsulları - heyvanların qidalanmasında istifadə olunan emal olunmamış, 

yarımemal olunmuş və tam emal olunmuş məhsullar, maddəllər və yem əlavələri; 

1.1.45. yem 

əlavələri  –  yem  məhsuluna  və  suya  məqsədli  şəkildə  əlavə  olunan, 

heyvanların rasionunda çatışmayan qida maddələrinin, mineralların və vitaminlərin mənbəyi 

kimi istifad

ə olunan üzvi, mineral və (və ya) sintetik mənşəli maddələr; 

1.1.46. 

genetik  modifikasiya  olunmuş  orqanizmlər  -  müasir  biotexnoloji  və  ya  gen 

müh

əndisliyi üsulları ilə yaradılan, ənənəvi seleksiyada alınması mümkün olmayan, genetik 



materialın yeni kombinasiyasına malik və bu kombinasiyanı irsən ötürmək qabiliyyətinə qadir 

olan canlı orqanizmlər (bitki, heyvan və mikroorqanizmlər); 

1.1.47. mineral su - i

nsan orqanizimin

ə müalicəvi təsirə malik 

yeraltı yataqlardan hasil 

edil

ən və ya təbii yolla süxurlardan çıxan mineral komponentlərlə zəngin olan təbii su; 



1.1.48. qida m

əhsulunu geri çağırma - qida məhsulunun istehlakçılardan götürülməsi, 

habel

ə bazarlardan və digər satış obyektlərindən çıxarılması üçün həyata keçirilən tədbir; 



1.1.49. 

qida  məhsulunu  yığışdırılması  –  müvafiq icra  hakimiyyəti  orqanının  müəyyən 

etdiyi orqan (qurum) tərəfindən təhlükəli qida məhsulunun dövriyyədən çıxarılması; 

1.1.50. qida  t

əhlükəsizliyi  sahəsində  xarici  səlahiyyətli  orqan  (bundan  sonra  - 

s

əlahiyyətli  orqan)  -  Azərbaycan  Respublikasının  ərazisinə  qida  və  yem  məhsulları  idxal 



olunduğu  və  ya  Azərbaycan  Respublikasının  ərazisindən  qida  və  yem  məhsulunun  ixrac 

olunduğu ölkənin qida təhlükəsizliyinə məsul səlahiyyətli qurum. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin