DƏrslik baki 2008 ŞƏRTİ İŞARƏLƏr afesd ­Ərəb iqtisadi və sosial inkişaf Fondu / Arab Fund for Economic



Yüklə 2,65 Mb.
səhifə1/32
tarix05.01.2020
ölçüsü2,65 Mb.
#30057
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   32
d book huquq 23504

ƏFSƏR SADIQOV

BEYNƏLXALQ

İQTISADI

HÜQUQ

DƏRSLİK
BAKI 2008

ŞƏRTİ İŞARƏLƏR
AFESD - ­Ərəb iqtisadi və sosial inkişaf Fondu / Arab Fund for Economic

and Social Development

AIPN - Neft vasitəçilərinin beynəlxalq Assosasiyası /

İnternational Association of petrol mediatoros

API - Amerika Neft İnsitutu / Amerikan Petroleum Institut

ASEAN - Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı / Association

of South East Asian Nations

Bank CLS - Fasiləsiz hesablaşmalar Bankı / Continuos Linked Settlements

BSI - Britaniya Standartlar İnstitutu / Britsh Standarts Institute

BSEC - Qara Dəniz İqtisadi Əməkdaşlığı / Black Sea Economic

Cooperation

CIF - Qiymət, sığorta, kirayə / Cost, insuranse, and fright

COMESA - Şərqi və Cənubi Afrika ümumi bazarı / Common Market of

Eastern and Southern Afrika

CHIPS - Nyu-York Banklararası hesablaşma sisteminin klirinq Palatası /

Clering House Interbank Payments system

ECO - İqtisadi Əməkdaşlıq Təşkilatı / Economic Cooperation

Organisation

ECOSOC - qtisadi və Sosial Şura / Economic and Social Council

EUROPIA - Avropada neftin saflaşdırılması və bölüşdürülməsi İnstitutu /

European Petroleum Industru Association

ECT/ EXM - Enerji xartiyasına Müqavilə / Energy Charter Treaty

FATF - Pulların yuyulması problemləri üzrə maliyyə komisiyası /

Fiancial Action task Force on Money laundering

FAO - Ərzaq və kənd təsəruffatı təşkilatı / Food and Acriculture

Orqanisation

FOB - Göylərdə, bortda sərbəstlik / Free on board

GATT - Tariflər vəticarət üzrə Baş Saziş / General Agreements on Tarifs

and Trade

GATS - Xidmətlərlə ticarət üzrə Baş Saziş / General Agreements on

Trade and Services

IAEA - Beynəlxalq Atom Enerjisi Agetliyi / International Atomic

Energy Agency

IBA - Beynəlxalq Vəkillər Assosasiyası / International Barrister's

Association

IBRD - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı / International Bank

for Reconstruction and Development

IDA - Beynəlxalq İnkişaf Assosasiyası / International Development

Association

IEA - Beynəlxalq Enerji Agentliyi / International Energy Agency

ICSID - İnvestisiya mübahisələrinin həllinin beynəlxalq Mərkəzi /

International Center for Settlement of Investment Disputes

IFC - Beynəlxalq Maliyyə Korporasiyası / International Finance

Corparation

IMO - Beynəlxalq Dəniz Təşkilatı / International Maritime Organisation

IMF - Beynəlxalq Valyuta Fondu / International Monetary Fund

INOQATE - Avropaya dövlətlərarası neft və qaz ixracı / Interstate Oia and Gas

Transport to Europe

INCOTERMS - Ticarət terminlərinin beynəlxalq təsfir qaydaları / International

Commercial Terms

ILO - Beynəlxalq Əmək Təşkilatı / International Labour Organiastion

ISO - Beynəlxalq Standartlaşdırma Təşkilatı / International Standards

Organiastion

ISMA - Beynəlxalq fond bazaları iştirakçılarının Assosiyasiyası /

International Securities Market Association

IFAD - Kənd təsərrüfatı inkişafının beynəlxalq Fondu / International Fund for

Agrultural Development

LAFTA - Latın Amerikası Azad Ticarət Assosasiyası / Latin American Free

Trade Association

MIGA - Çoxtərəfli İnvestisiya təminatları Agentliyi / Multilateral İnvestment

Guarantee Agency

NAFTA - Şimali Amerika Azad Ticarət Zonası / North American Free Trade

Area

NEA - Nüvə Enerji Agentliyi / Nuclear Energy Agensy



OECD - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı / Organisation for Economic

Cooperation and Development

OGP - Neft və qaz şirkətlərinin Assosasiyası / International Association of

Oil Gas Producer

OPEC - Neft ixrac edən ölkələrin təşkilatı / Organisation of the Petroleum

Exporting Countries

PSA - Hasilatın pay bölgüsü / Production Sharing Agreements

SDR - Xüsusi çəkmə haqqı ; ehtiyat ödəmə vahidi / Special Rights Drawing

STF - Sistem dəyişiklikləri mexanizmi /

SEN - Avropa Normalaşdırma Komissiyası

SIWFT - Beynəlxalq Banklararası maliyyə telekomunikasiya cəmiyyəti /

Seciety for Worldwide İnterbank Financial Telecommunications

TRIPS - Əqli mülkiyyət hüququnun ticarət aspektləri üzrə Saziş / Agreement

on Trade Related Aspects on Intellectual Propertu Riqhts

TRIMS - İnvestisiya tədbirlərinin ticarət aspektləri üzrə Saziş / Agreements

Treade Related İnvestment Measures

UNCITRAL - Ticarət hüququ üzrə BMT Komissiyası / UN

UNEP - Ətraf mühit üzrə BMT proqramı / UN Environment Programme

UNIDO - Sənaye inkişafı üzrə BMT Təşkilatı / UN Industrial Development

Organisation

UNIDRUA - Xüsusi hüququn unifikasiyası üzrə Roma institutu

UNCTAD - Ticarət və İnkişaf üzrə BMT Konfransı / UN Conferens Trade and

Development

WB - Dünya Bankı / World Bank

WEC - Dünya enerji şurası / World Energy Concil

WHO - Dünya Səhiyyə Təşkilatı / World Health Organisation

WIPO - Dünya Əqli Mülkiyyət Təşkilatı / World Intellectual Property

Organisation

WTO - Dünya Ticarət Təşkilatı / World Trade Organisation

NİEO / YBIQ - Yeni Beynəlxal İqtisadi Qayda / New International Economic Order



GİRİŞ
Azərbaycan beynəlxalq hüquq elmində ilk dəfə olaraq təqdim edilən “Beynəlxalq iqtisadi hüquq” üzrə akademik kurs eyni zamanda xarici analoqlarına nisbətdə də müəyyən yeniliyə malikdir. Kursda tamamilə yeni- “Beynəlxalq enerji hüququ”, “Beynəlxalq vergi hüququ”, “Beynəlxalq iqtisadi mübahisələrin həlli hüququ” kimi yarımsahələr (institutlar) təqdim edilir. Beynəlxalq iqtisadi hüquqa həmin yarımsahələrin, institutların daxil edilməsi qlobal iqtisadiyyatın beynəlxalq hüquqi tənzimlənməsinin bərqərar olması, Dünya Ticarət Təşkilatında dövlətlərin daha geniş miqyasda təmsil olunması və bununla da, beynəlxalq iqtisadi hüququn daha dərindən öyrənilməsi zərurəti ilə əlaqədardır. Beynəlxalq iqtisadi hüququn müstəsna olaraq siyasi xaraqteri də ona fundamental yanaşma tərzini tələb edir.

Nəzəri planda klassik sistemləşdirmə meyarları əsas götürülsə də, müəllif tərəfindən spesifik yanaşma tərzi də irəli sürülmüşdür. Belə ki, dərslik üçün hissədə təqdim edilir.

Birinci hissədə - beynəlxalq iqtisadi hüquq üçün ümumi olan anlayış və kateqoriyalar, mənbələr və prinsiplər, beynəlxalq iqtisadi hüquq və beynəlxalq iqtisadi mübahisələrin subyektləri ifadə edilmişdir.

İkinci hissədə - beynəlxalq iqtisadi hüququn ayrı-ayrı yarımsahələri (institutları), o cümlədən beynəlxalq ticarət hüququ, beynəlxalq investisiya hüququ, beynəlxalq maliyyə hüququ, beynəlxalq enerji hüququ, beynəlxalq vergi hüququ, beynəlxalq iqtisadi inteqrasiya hüququ təsbit edilib.

Üçüncü hissədə - beynəlxalq təhlükəsizliyin təminatı baxımından beynəlxalq iqtisadi mübahisələrin həlli hüququ, başqa sözlə bu sahədə mövcud olan beynəlxalq məhkəmə, arbitraj və kvazməhkəmə (arbitraj) sturukturlarının sistemi, sturukturu öyrənilir.

Kursu daha dərindən mənimsəmək məqsədilə hər bir fəsil müəyyən bir sistemə əsaslanır. Eyni zamanda hər fəslə əlavə olaraq verilən ədəbiyyat siyahısı bu sahədə məşğul olan tələbə və mütəxəssis hazırlığında köməkçi vəsait kimi də çıxış edə bilər.




BİRİNCİ HİSSƏ
I FƏSİL. BEYNƏLXALQ İQTİSADİ

MÜBAHİSƏLƏRİN SİSTEM ELEMENTLƏRİ KİMİ

BEYNƏLXALQ İQTİSADİ HÜQUQUN

ANLAYIŞI, PREDMETİ VƏ SİSTEMİ


    1. Beynəlxalq iqtisadi-ticarət münasibətləri sferasında hüquqi tənzimetmənin bərqərar olması.

    2. Beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq iqtisadi hüquq

    3. Beynəlxalq iqtisadi hüququn konsepsiyaları

    4. Beynəlxalq xüsusi hüquq münasibətlərinin tənzimlənməsinə beynəlxalq iqtisadi hüququn təsiri

    5. Beynəlxalq iqtisadi hüququn beynəlxalq hüququn digər sahələri ilə qarşılıqlı əlaqəsi

    6. Beynəlxalq iqtisadi hüququn dövlətdaxili hüquq ilə qarşılıqlı əlaqəsi



1.1 Beynəlxalq iqtisadi-ticarət münasibətləri

sferasında hüquqi tənzimetmənin bərqərar olması
1. Beynəlxalq iqtisadi, təsərrüfat münasibətlərinin inteqrasiya və nəhayət,qloballaşma yönümündə inkişafı müvafiq olaraq normativ tənzimetmə sistemində də beynəlmiləlləşmə istiqamətində dəyişiklik zərurətini sürətləndirmişdir. Belə bir zərurəti sürətləndirən əsas problemlərdən biri beynəlxalq iqtisadi münasibətlər sistemində beynəlxalq əmək bölgüsü faktıdır.Əmək bölgüsü beynəlxalq iqtisadi münasibətlərin sistem elementlərinə, o cümlədən, hüquqi tənzimetmə mexanizminə əhəmiyyətli təsir etmişdir.

Müasir beynəlxalq münasibətlərin sistem elementlərinin formalaşması beynəlxalq ticarət münasibətlərinin tarixi inkişafı ilə bağlı olmuşdur «Üçüncü əmək bölgüsünün baş verməsilə» (K.Marks) tədricən beynəlxalq ticarət dövriyyəsini tənzim edəcək institutlarin, prinsiplərin bir sözlə beynəlxalq hüququn formalaşması ilkin mərhələ kimi qiymətləndirilməlidir. Beynəlxalq münasibətləri tənzim edən beynəlxalq hüququn formalaşmasında iqtisadi maraqların beynəlxalq aspekti qədim dünya üçün də daha xarakterik olmuşdur. Yeni ərazilərin,resursların ələ kecirilməsi uğrunda müharibələr və həmin müharibələrin sonluğunu təmin edən sülh müqavilələri,o cümlədən,hetlərin hökmdarı 3 Hattuşil ilə Misir fironu 2 Ramzes arasında e.ə.1296-cı il müqaviləsi araşdırılarkən iqtisadi maraqların beynəlxalq münasibətlər üçün həlledici əhəmiyyəti diqqəti cəlb edir.Müvafiq Müqavilədə«əmlakın»idarəciliyində beynəlxalq əməkdaşlıq prinsipi təsbit edilmişdir. Orada qeyd edilmişdir ki, «qullar üsyan qaldırarsa və Ramzes onları tabe etdirərkən hetlərin çarı yardım etməlidir». Yenə də həmin müqavilədə beynəlxalq ticarət münasibətlərinin hüquqi tənzimlənməsi üçün xüsusi əhəmiyyət daşımış pacta sunt servanda prinsipi «Misirin və hetlər ölkəsinin allahlarının qarşılıqlı şahidliyi ilə»təsbit edilmişdir.



2. Qədim Babilistan, İran, Misir, Çin, Hindistan, Laqaş, Umma və d.ölkələrin tarixi abidələrində arbitraj prosesi,diplomatiya,müqavilə hüququ da beynəlxalq ticarət məzmununda formalaşdırılmışdır. Qədim Hindistanda Manu qanunları, Babilistanda e.ə.18 əsrə təsadüf edən Hamurapi qanunları, Assuriya çarlarının əl-amaran yazişmaları, Əhəməni (İran) çarı Daranın Bisütun yazıları və s.ilkin beynəlxalq (iqtisadi)hüquq normalarının yaradılmasında mühüm rol oynamişdır. Eramızdan əvvəl 3200-ci illərə təsadüf edən Laqaş və Umma şəhər dövlətləri arasında bağlanan sazişdə mübahisələrin arbitraj qaydasinda həllinə xüsusi önəm verilmişdir ki, bu da müharibələrin qarşısınin alınması üçün əhəmiyyətli olmuşdur.

Digər sferalarda olduqu kimi humanitar hüquq normalarınıın da formalaşmasında da iqtisadi faktorlar ilkin yerdə dayanmışdır. Qədim İran,Azərbaycan ərazisində yaşayan xalqlarda belə bir hüquqi düşüncə formalaşmışdı ki,düşmənin üstunə getməmişdən öncə müharibə qaydalarını müəyyən qədər yumşalda biləcək normaları gözləmək məqsədilə əks tərəf xəbərdar edilməlidir. Müharibənin başlanılması isə «torpaqlar və sular» tələbi ilə bəyan edilirdi.

Qədim abidələrin tədqiqi belə bir nəticəyə əsas verir ki, daha ciddi ticarət əlaqələri də məhz şərq xalqlarına məxsus olub.Misir ellin dövründə qulların ticarətində rüsumların yığılması,sonradan ticarət nümayəndəliklərinin yaradılması və tədricən onların ayrı-ayrı ölkələrdə proyekseniya və ya konsulluq institutuna çevrilməsi beynəlxalq iqtisadi faktorların təsiri altında baş vermişdir.

Avropa xalqlarınd (o cümlədən Qədim Roma və Yunanistanda) da beynəlxalq ticarətin təsiri beynəlxalq hüquq institutlarının formalaşmasında mühüm rol oynamışdır. E.ə.III əsrdə Qədim Romada «xalqlar hüququ» kimi bərqərar olan «jus gentium» və yaxud «beynəlxalq hüququ» (İyerinq), beynəlxalq hüququn mahz beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi beynəlxalq iqtisadi hüququn kontekstində formalaşdığını sübut edir.



3. Beynəlxalq ticarət münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin növbəti mərhələsi xristian və islam dəyərlərinin bərqərar olduğu dövrə təsadüf edir. Etnik baxımdan müxtəlif xalqların ümumi dəyərlərlə bağlanması beynəlxalq ticarətin də sərbəst hərəkətinə xidmət edirdi. Beynəlxalq ticarət əlaqələrini tənzimlənməsində beynəlxalq hüquq institutlarının (sahələrinin) bərqərar olmasında orta əsrlər dövrü özünəməxsusluğa malikdir. Dövlət suverenliyi prinsipinin meydana gəlməsi, səfirlik, konsulluq hüququ, dəniz hüququ beynəlxalq ticarət əlaqələrini hər hansı məhdudiyyət qoyulmadan sərbəst və davamlı həllinə xidmət etmək məqsədi daşıyırdı. Beynəlxaql ticarət, xüsusən də, dünya ticarəti suverənlərin bərabərliyi şəraitində, açıq dənizlər, tranzit sərbəstliyi,gömrük rüsumlarının sadələşdirilməsi və ləğvi şəraitində inkişaf edə bilərdi.

Beynəlxalq ticarətin beynəlxalq hüquqa təsiri orta əsirlərin sonunda daha da genişlənir XIX əsrin sonlarında beynəlxalq ticarət bütövlükdə beynəlxalq hüququ yaradan yəqin fakt kimi qəbul edilirdi (Pille). Müvafiq mövqe müasir qərb (Avropa) hüquq doktrinası (D.Karro,P.Jüar) üçün daha xarakterikdir. Bu halda beynəlxaq iqtisadi hüquq beynəlxaq ümumi hüququn səviyyəsində təqdim edilir.


1.2. Beynəlxalq iqtisadi münasibətlər

beynəlxalq iqtisadi hüquq
4. Beynəlxalq iqtisadi münasibətlərin inkişafından asılı olaraq beynəlxalq iqtisadi hüquqi tənzimetmə elementləri təşəkkül tapmışdır.Beynəlxalq iqtisadi hüquqi tənzimetmənin norma və prinsipləri,institutları isə beynəlxalq iqtisadi sistemin digər elementlərinin,xüsusən də,siyasi xarakterli normaların,adət və ənənənin təsirində təzahür edir. Digər tərəfdən, beynəlxalq iqtisadi münasibətlər ayrı-ayrı dövlətlərin, müəyyən dövlətlər qrupunun təsərrüfat sistemləri arasındakı əlaqələrin məcmuundan meydana gəldiyindən onun hüquqi tənzimetmə komponenti olan beynəlxalq iqtisadi hüququn hüquqi təbiətinə təsir də kompleks xarakter daşıyır.

Beynəlxalq iqtisadi münasibətlər ayrı-ayrı yurisdiksiyaya mənsub olan şəxslər arasında və dövlətlər arasında,təzahür etdiyindən beynəlxalq iqtisadi münasibətlərin təzahür formalarına uyğun olaraq beynəlxalq iqtisadi hüquqi tənzimetmə metodu təsis edilir.

Beynəlxalq iqtisadi münasibətlərin xüsusiyyətləri həmin münasibətlərin hansı səviyyədə təzahür etməsinə əhəmiyyətli təsir etməkdədir.Belə ki, iqtisadi inteqrasiya prosesində beynəlxalq iqtisadi münasibətlər əsasən xüsusi şəxslərarası ünsiyətdə tənzimlənirsə,qapalı milli iqtisadi sistemlərdə isə beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi bilavasitə dövlətlərin iştirakı ilə baş verir.

Hər bir halda beynəlxalq iqtisadi münasibətlərin təzahür səviyyəsinə uyğun beynəlxalq iqtisadi hüquqi tənzimetmə forması meydana gəlir. Bir sözlə, beynəlxalq iqtisadi münasibətlərin sistemi beynəlxalq iqtisadi hüquqi tənzimetmə sisteminin meydana gətirir. Beynəlxalq iqtisadi münasibətlərin beynəlxalq ticarət, investisiya, təbii resurslar və s.məzmunu beynəlxalq iqtisadi hüququn blok norma və prinsiplərinin formalaşmasına səbəb olmuşdur.



5. Tarixi baxımdan da beynəlxalq iqtisadi hüququn norma və prinsipləri,institutları,sahələri beynəlxalq iqtisadi münasibətlərin formalaşmasındakı mərhələlərə uyğun baş vermişdir. II Dünya müharibəsindən sonra beynəlxalq iqtisadi təhlükəsizliyin təminatı ücün beynəlxalq ticarət, valyuta münasibətləri müvafiq maddi-hüquqi və institusion tənzimetmə modelini meydana gətirmişdir. Bir qədər sonra, 60-cı illərdə beynəlxalq iqtisadi sistemə inkişafda olan dövlətlərin daxil olması Yeni Beynəlxalq İqtisadi Qayda institutunun (inkişaf hüququnun) (70-76), həmcinin 70-ci illərin enerji böhranı enerji təhlükəsizliyi konsepsiyasını (336) gündəmə gətirir, XX əsrin 90-cı illərində beynəlxalq ticarətin sürətlə genişlənməsi,yeni sferaların qloballaşma tendensiyasına məruz qalması GATT-ın Uruqvay raundunda (1986-1994)Dünya Ticarət Təşkilatının təsis edilməsinə səbəb olur (160).

6. Müasir beynəlxalq iqtisadi əlaqələrin inkişafı dinamikası əsasən transmilli kapitalın siyasi-hüquqi kurs altında formalaşmaqdadır. Hazırda beynəlxalq iqtisadi hüquq üçün problem məsələ qloballaşma iqtisadi hüquq qaydası fonunda sosial təminat,minimum yaşayış səviyyəsi,inkişafda olan dövlətlərdə əmək haqqının aşağı olması ilə milli bazarın subsidiyalandırılması,iqtisadi inkişafla sağlam ətraf mühitdə yaşamaq hüququ,bir sözlə insan hüquqlarının təminatı həll edilməmiş qalır. Bu sahədə qəbul edilən normalar isə (məsələn, BMT Baş Məclisinin 1986-cı il İkişaf hüququ Bəyannaməsi) yalnız yumuşaq hüquq məzmununa malikdir (29,39).

Beləliklə, beynəlxalq əmək bölgüsü genişləndikcə beynəlxalq iqtisadi münasibətləri tənzim edən beynəlxalq iqtisadi hüququn spesifik normaları meydana gəlir. Beynəlxalq iqtisadi hüququn beynəlxalq iqtisadi münasibətlərdən asılı olaraq yaranan və həmin münasibətlər sisteminin hüquqi komponenti kimi çıxış edən beynəlxalq hüququn iqtisadi normalarının sistemini təşkil edir.
1.3 Beynəlxalq iqtisadi hüququn konsepsiyaları
7. Beynəlxalq iqtisadi hüququn beynəlxalq münasibətlərin hüquqi tənzimetmə sistemində yerin müəyyən etmək üçün, ilk növbədə hüququn mahiyyəti,onun normativ məzmunu müəyyən edilməlidir. Beynəlxalq hüququn ədəbiyyatında beynəlxalq hüquq beynəlxalq münasibətlərin hüquqi tənzimetmə komponenti kimi qəbul edilməklə onun geniş və dar mənaları fərqləndirilir. Geniş beynəlxalq hüquq beynəlxalq münasibətlərin bütün səviyyələrində yaranan-dövlətlərarası publik (ümumi), xüsusi şəxslərarası, xüsusi şəxslərin dövlətlərlə münasibətlərini tənzim edən norma və prinsiplərin məcmuu kimi ifadə edilir.Sözün dar mənasında isə beynəlxalq hüquq yalnız publik şəxslərin qarşılıqlı münasibətlərini tənzimləyən sistem (yarımsisitem) kimi qəbul edilir. Sonuncu variantda beynəlxalq hüquq məhz həmin münasibətlərin tənzimlənmə səviyyəsinə və münasibətlərin eynicinsliolmasına görə beynəlxalq ümumi hüquq konsepsiyası ilə üst-üstə düşür və yaxud həmin terminoloji ad ilə xüsusiləşir.

Tarixən beynəlxalq ünsiyyətin də əsasında məhz,beynəlxalq ticarət-iqtisadi münasibətlərin dayandığını nəzərə alsaq, o halda beynəlxalq hüquq üçün mövcud olan yanaşmalar beynəlxalq iqtisadi hüquq üçün daha rəngarəng formada təzahür edir. Beynəlxalq iqtisadi hüquq üçün anlayış və məzmun fərqi, ilk növbədə,müəyyən bir cəmiyyətdə (konkret olaraq, dövlətdə) formalaşan doktrinal və qanunvericilik konsepsiyalarından da asılı olur.



8. Beynəlxalq iqtisadi hüquq üçün verilən müxtəlif konseptual anlayışlar beynəlxalq iqtisadi münasibətlərdə ümumi və xüsusi şəxslərin iqtisadi iştirak səviyyəsindən, bir sözlə, subyektiv tərkibdən, həmin münasibətləri tənzim edən normaların dairəsindən asılı olaraq əsasən iki konsepsiyada formalaşdırılıb. Ənənəvi bölgüyə görə beynəlxalq iqtisadi hüquq yalnız publik hüququn şəxslərarası beynəlxalq-hüquq münasibətlərinin məcmuu kimi çıxış edirsə, digər halda, beynəlxalq iqtisadi hüquq beynəlxalq sferada yaranan istər hakimiyyət xarakterli (publik hüququn şəxslərarası), istərsə də qeyri-hakimiyyət xarakterli xüsusi (mülkitəsərüfat münasibətlərinin iştirakçılarının fəaliyyətini tənzim edən prinsip və normaların məcmuu kimi cıxış edir.

Sonuncu halda münasibətlər daha mürəkkəb formada təzahür edir.Belə ki, yaranan münasibətlərin əsasında əmlak və şəxsi qeyri-amlak münasibətlə dayandığından və müəyyən fəaliyyət sferalarına dövlət inzibati aktı ilə icazə verildiyindən hüquqi tənzimetmə subordinasion metod kordinasion metodla birlikdə cıxış edir. Bu qayda hüququn mürəkkəb və kompleks xarakter kəsb edən hüquqi təbiətdən irəli gəlir. Müvafiq məsələ beynəlxalq iqtisadi hüququn kompleks hüquqi təbiətinin müəyyən edilməsi zaman xüsusi daşıyır.

Konkret olaraq, beynəlxalq iqtisadi hüquq üzrə konsepsiyaları müvafiq münasibətlərin məzmunu,subyektlərin dairəsi və müvafiq münasibətləri tənzim edən mənbələrin sisteminə görə növbəti qaydada təsnifləndirmək olar:

9.- beynəlxalq iqtisadi hüququn ənənəvi beynəlxalq hüquq subyektivliliyi konsepsiyası (J.İ.Brounli, Q. Şvartsenberqer, P.Ban Temat, P, Pikonye,Q.İ.Tunkin):

- beynəlxalq ümumi mülki (əmlak) hüquq konsepsiyası (İ.S.Pereterski);

- beynəlxalq ticarət hüququ konsepsiyası (V.İ.Lisovski,Q.M.Velyaminov);

10 – ümumdünya təsərrüfat hüququ konsepsiyası(V.M.Koretski,Q.Erler);

- iqtisadi inkişafın beynəlxalq hüququ (V.Fridman);

- beynəlxalq iqtisadi sistemin hüququ və ya müstəqil hüquq sistemi (D.Karo,P.Juar);

- ümumdünya iqtisadi hüquq konsepsiyası (V.Fikentşer,T.Petersman,P.Reyter);

- inkişaf etməkdə olan ölkələrdə irəli sürülən beynəlxalq inkişaf hüququ (M.Bedjauni,O.Rivero, M.Bulaçi,K.Haylbronner və d.);

- beynəlxalq ticarət dövriyyəsinin (beynəlxalq ticarət) hüququ konsepsiyası (İ.V.Şapovalov,V.İ.Menjinski);

- Dünya hüququ (Q.Berman) və s.



Qeyd ounan birinci üç konsepsiya mahiyyət, məzmun,hüquq subyektivliyi və tənzimetmə sisteminə görə müəyyən mənada eynilik təşkil edirlər. Bu halda beynəlxalq ümumi hüquq üçün qəbul edilən subyektlərin dairəsi və mənbələrin sistemi eynilə beynəlxalq iqtisadi hüquq üçün də qəbul edilir. Beynəlxalq iqtisadi hüquq publik şəxslərin beynəlxalq hüquq subyektivliyi ilə əlaqədar qarşılıqlı fəaliyyətini tənzim edən norma və prinsiplərin məcmuu kimi qəbul edilməklə beynəlxalq ümumi hüququn sahəsi qismində təqdim edilir.

11. Sonuncu (10) konsepsiyalara görə beynəlxalq iqtisadi hüququn sisteminə yalnız dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq ümumi hüquq normaları deyil, həmçinin «ümumi beynəlxalq xüsusi hüquq» (P.Laliv), beynəlxalq sfera üçün qəbul edilən dövletdaxili qanunvericilik və müvafiq münasibətlərin iştirakçısı olan xüsusi şəxslərin sazişləri ilə formalaşdırılan normalar (transmilli hüquq, beynəlxalq konttrak hüququ) daxil edilir. Qeyd olunan sistemdə transmilli hüquq bəzən lex mercotoria ilə eyni məzmunda daha rəngarəng kontekstdə ifadə edilir.Xarici iqtisadi failiyyəti tənzim edən həm milli , həm də beynəlxalq tənzimetmə mexanizmilərinin məcmuu olaraq transmilli (K.Şimitxoff), bəzən də«qeyri-milli», dövlətdənkənar hüquq (F.Fuşar) kimi qiymətləndirilir. Lex mercatoria-nın tarixən beynəlxalq ticarət (kommersiya) münasibətlərində beynəlxalq xüsusi hüququn qeyri-müəyyən kollizion hüquqi tənzimetməsini istisna etmək üçün də yaradıldığını nəzərə alsaq, o halda lex mercatoria digər normariv sistemlərdən özünün təyinatı ilə fərqləndirilməlidir. Eyni zamanda müvafiq normativ sistemlər həm xüsusi şəxslərarası kommersiya xarakterli münasibətləri tənzim edən normaları,həm də dövlətlə xüsusi şəxslərin, transmilli korporasiyaların kommersiya məqsədli (inzibati – mülki hüquq təbiətli) dioqanal və yaxud da dövlət kontraktlarını əhatə edir.

12. Dövlət kontaktları ilə əlaqədar beynəlxalq hüquq ədəbiyyatında daha yeni məzmunlu konsepsiya kimi «kvazi eynəlxalq hüquq» (Çenq) konsepsiyası,transmilli hüquq diqqəti cəlb edir. «Transmilli hüquq» a (F.Cessup,E.Langen) görə diaqonal kontraktlarda dövlət ticarət edən şəxs (de jure gestionis) qismində iştirak etdiyindən özünün immunitetindən imtina etməlidir. Bu qayda xüsusi münasibətlərdə tərəflərin bərabərliyi prinsipindən meydana gəlir. «Kvazibeynəlxalq hüquq» konsepsiyasına əsasən transmilli korporasiyaların dövlətlə bağladığı sazişə kvazibeynəlxalq müqavilə statusu verilir (52).

13. Beynəlxalq iqtisadi hüququn sistem elementləri kimi müvafiq yarımsistemlərdən beynəlxalq xüsusi hüququn ailə,nigah,vərəsəlik münasibətləri istisna olmaqla terminoloji fərqi nisbi xarakter daşıyır və məzmun baxımından həm lex mercotoriada,həm də beynəlxalq xüsusi hüququda şəxslərin kommersiya maraqlarının hüquqi tənzimlənməsi ön planda dayanır.Bu halda beynəlxalq iqtisadi hüququn ümumi hüquq normaları həmin münasibətlərin çərçivə prinsiplərini müəyyən edir.


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin