Madd
ə 7. Qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərin şəffaflığı
7.1. Qida t
əhlükəsizliyi sahəsində normayaratma fəaliyyətinin subyekti normativ
hüquqi aktların layihələri hazırlanarkən “İctimai iştirakçılıq haqqında” Azərbaycan
Respub
likasının Qanununa uyğun olaraq ictimai iştirakçılığı təmin edir.
7.2.
İnsanların həyat və sağlamlığına mümkün təhlükənin qabaqcadan qarşısının
alınması ilə bağlı təcili hallar istisna olmaqla, qida təhlükəsizliyi sahəsində normayaratma
f
əaliyyətinin subyekti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası
Qanununun 11.2-
ci maddəsinə uyğun olaraq, qida təhlükəsizliyi sahəsində normativ hüquqi
aktların layihələrini “Lisenziyalar və icazələr” portalında yerləşdirmək üçün müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada təqdim edir. Qida
t
əhlükəsizliyi sahəsində normativ hüquqi aktların layihələrinin “Lisenziyalar və icazələr”
portalında yerləşdirilməsi və onlara dair təkliflərə baxılması “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü və 11.4-cü maddələrinə uyğun
olaraq həyata keçirilir.
7.3. Qida v
ə yem məhsullarının insan həyatına və sağlamlığına və heyvan
sağlamlığına təhlükə törətməsi şübhəsi yaranarsa müvafiq icra hakimiyyəti orqanının
mü
əyyən etdiyi orqan (qurum) risklərin dərəcəsindən asılı olaraq risklərin qarşısının
alınması, azaldılması və aradan qaldırılması məqsədi ilə həyata keçirilən tədbirlər barədə
ictimaiyy
ətə və digər maraqlı tərəflərə məlumat verməlidir.
Dostları ilə paylaş: |