Reseptor
İnsan
geni
Struktur
Aqonistl
ər
Antoqonistl
ər
Terapevtik
h
ədəf
5HT
2A
13q14
–
q21
GPCR
bufotenin,
ergonovine,
lisuride,
LSD, mescaline,
myristicin,
psilocin,
psilocybin,
yohimbine
aripiprazole, clozapine,
cyproheptadine, eplivanserin,
etoperidone, iloperidone,
ketanserin, methysergide,
mirtazapine, nefazodone,
olanzapine, quetiapine,
risperidone, ritanserin,
trazodone, ziprasidone
Depressiya
Narahatlıq
Şizofreniya
D
ərketmə
Qidalanma
Yuxu pozulması
5-HT
2A
-
nın strukturunda və funksiyasında anormallıq şizofreniya,
depressiy
a/narahatlıq və narkotik asılılığı da daxil olmaqla, bir sıra xəstəliklərlə
əlaqələndirilir. Bundan əlavə, bir çox halüsinogen dərmanlar 5-HT
2A
üçün
aqonist kimi f
əaliyyət göstərərək psixoaktiv effektlər verir. Farmakoloji
t
ədqiqatlar göstərir ki, 5-HT
2A
-n
ın yüksək yaxınlıqlı antoqonistləri atipik
antipsixotikl
ərdir, çünki onlar şizofreniyanın müsbət və mənfi əlamətlərini
azaltmaq üçün effektiv t
əsir göstərirlər [87].
5-HT
2A
reseptorunun aktivl
əşdirilməsi ACTH, kortikosteron, oksitosin, renin və
prolaktin
sekresiyasının stimullaşdırılmasına gətirib çıxarır. 5-HT
2A
reseptorunun
inhibirl
əşməsi isə davranışa təsir göstərir. Şizofreniyanın müalicəsində müxtəlif
reseptora
bağlanma yaxınlığı olan 5-HT
2A
antaqonistl
əri (risperidon, ritanserin,
serokel, olanzapin v
ə s.) istifadə olunur [40].
37
1.5.2. 5-HT
2A
reseptor geninin polimorfizmi v
ə xəstəliklər arasında əlaqə
5HT
2A
reseptorunu kodlaşdıran 5-HT2A geni, 13q14-q21 lokalizasiyada
yerl
əşir və siçovul, siçan, insanlarda 471 amin turşu ardıcıllığını kodlaşdırır. Bu
gen 2 intronla ayr
ılmış 3 ekzondan ibarət olub, ölçüsü 20 kb-dən çoxdur. 5-
HT2A geni bir çox polimorfizml
ərə malikdir. İnsan 5-HT2A reseptor geninin
kodlaşdırma bölgəsində ən azı yeddi tək nukleotid polimorfizmi aşkar
ol
unmuşdur. Bu polimorfizmlərdən beşi (T25N, I197V, S421F, A447V və H452Y)
amin turşu ardıcıllığında dəyişikliklərə gətirib çıxarır. Yeddi tək nukleotid
polimorfizminin qalan ikisi (T102C v
ə C516T) isə 5-HT
2A
reseptorunun amin
turşu ardıcıllığını dəyişdirmir [12].
5-HT2A-
nı əhatə edən çoxsaylı tədqiqat işinin mərkəzində yer alan bir
polimorfizm, kodon 102-d
ə (T/C, rs6313) tək nukleotid polimorfizmdir (SNP). Bu
polimorfizmd
ə, 5-HT2A-nın kodon 102-də timin (T) və ya sitozin (C) əsası ola
bil
ər. 5-HT2A kodon 102 polimorfizmi, 5-HT
2A
reseptor pro
teininin amin turşu
ardıcıllığının dəyişdirilməsinə gətirib çıxarmır, belə ki, hər iki allel 34-cü
mövqed
ə serin amin turşusunu kodlaşdırır [79]. Eyni zamanda pomotor
sah
əsinin 1438-ci mövqeyində, 5-HT2A-nın 102 T/C polimorfizmi ilə güclü əlaqə
qeyri-b
ərabərliyinə malik olan, G-A dəyişikliyi də qeydə alınmışdır (A-1438G
(rs6311)) [35].
Son ill
ərdə çoxsaylı molekulyar genetik tədqiqatlar serotonin sisteminə
yön
əldilmişdir və bu sistemin intihar davranışının, aqressiyanın patogenezində
rol oynamas
ı irəli sürülmüşdür. Biopsi tədqiqatları, qismən müvafiq genlərin
ekspressiyasına təsir edən funksional polimorfizmlər səbəbi ilə, kontrol
iştirakçılar ilə müqayisədə intihar qurbanlarının beynində daha az serotonin
transporter
bağlanma sahələrinin olmasını və serotonin 2A (5-HT
2A
)
reseptorlarının daha çox ekspressiyasının olmasını bildirmişdir [71].
38
Lin v
ə əməkdaşları, Böyük Britaniya və Yapon populyasiyasını əhatə edən
t
ədqiqat işlərində, 13q14-q21 lokalizasiyası və şizofreniya arasında əlaqə
olmasını təklif etdilər [56]. Bundan sonra, 5HT reseptor geninə malik olan
xromosomun bu hiss
əsi bir neçə tədqiqatçının diqqət mərkəzinə çevrildi və bu
lokusun, serotonergik sistemin müxt
əlif neyroendokrin funksiyaları, habelə
depressiya, naraha
tlıq və yorğunluğu tənzimləməsini təmin etməsi təklif olundu.
Sonrakı cəhdlər çoxsaylı neyropsixiatrik xəstəliklərin patogenezində eyni gen
lokusundan (5-HT2A) olan iki t
ək nukleotid polimorfizmlərinin (rs6311 və rs6313)
mümkün
əlaqəsinə dair məlumatlar vermişdir. Promotor hissəsində SNP-nin
(rs6311), genin promotor f
əaliyyətinə təsir göstərdiyi müəyyən edilmişdir.
Promotor f
əaliyyətinin çatışmazlığının (rs6311-də) bir neçə populyasiya
arasında şizofreniya da daxil olmaqla, neyropsixiatrik xəstəliklərə səbəb olmağı
t
əklif edilmişdir. Lakin, nəşr olunan bir çox tədqiqatlara baxmayaraq, indiyədək
əldə edilən nəticələr müxtəlif olmuşdur. Ruslar, Tatarlar və Başqırdları əhatə
ed
ən analiz, rus əhalisində rs6311-dəki genotip tezlikləri ilə şizofreniyada
arasında əhəmiyyətli əlaqənin mövcud olmasını qeyd etdi, lakin Tatarlar və
Başqırdlarda SNP ilə şizofreniya arasında əhəmiyyətli bir əlaqə
göst
ərilməmişdir. Rs6313-ü əhatə edən bir tədqiqatda, Şərqi Asiya və Avropa
əhalisi arasında əhəmiyyətli allelik heterogenliyin olduğu aşkar edilmişdir. Belə
ki, Çin, Yapon, Sinqapur v
ə Koreya populyasiyaları da daxil olmaqla, Şərqi
Asiya
əhalisində, T alelinin yayılması ilə əlaqədar olaraq SNP (rs6313) və
şizofreniya arasında əlaqə olduğu qeyd olunur. Ancaq bəzi digər tədqiqatlarda,
C v
ə ya T allelinin (rs6313) ekspressiyası və xəstəlik arasında heç bir əlaqə
tapılmamışdır [75].
Şizofreniyada serotonin reseptorlarının rolu, bəzi antipsixotik dərmanların
serotonin reseptorlarına təsir etməsi və bəzi serotoninə bənzər molekulların
(m
əsələn, D lysergic aciddiethylamide (LSD)) qabarıq psixogenetik təsirlərə
sahib olmasına görə önə sürülmüşdür. T102C polimorfizmini psixiatrik
39
diaqnozlar v
ə əlaqəli şəxsiyyət fenotipləri ilə əlaqələndirən bəzi sübutlar
mövcuddur. Bir meta-analizd
ə T102C polimorfizminin C alleli və şizofreniya
arasında əlaqə olduğu göstərilmişdir. Serotonin dopaminergik neyronları
modulyasiya etdiyin
ə görə, serotonin reseptor geninin polimorfizminin
şizofreniya xəstələrində klinik xüsusiyyətlər və spesifik idrak funksiyaları ilə
əlaqələndirilməsi mümkündür [82]. Baxmayaraq ki, rs6313 və rs6314-ün bioloji
mexanizmi aydınlaşdırılmamışdır, tədqiqatlar hər iki polimorfizmin şizofreniya
riski üçün namiz
əd olduğunu göstərməkdədir [18].
Qeyd etm
ək lazımdır ki, bir sıra tədqiqatlarda rs6313 ilə şizofreniya
arasında əlaqənin olması qeyd edilmiş [6,50], bəzilərində isə əlaqə
tapılmamışdır [7,86]. Daha zəif idrak funksiyasının rs6313-nin T-alleli ilə əlaqəli
olduğu təsbit edilmişdir [79]. Ancaq başqa bir araşdırmada daha zəif vizual
diqq
ətin C-alleli ilə əlaqəli olduğunu təsbit edilmişdir [82]. Bu fərqli nəticələr, iki
araşdırma arasındakı əhəmiyyətli etnik fərqliliklər nəticəsində ola bilər.
Araşdırmalarda 5-HT
2A
polimorfizml
ərinin, şizofreniyada xüsusilə də, icra
funksiyası, yaddaş və diqqət funksiyasına təsiri araşdırılmışdır. Üçok və
əməkdaşları, şizofreniya xəstəsi olan 82 nəfərdə TT və CC homoziqot qruplarla
müqayis
ədə, TC genotipinin davamlı diqqət və dalğınlıq ilə bağlı daha aşağı
performans il
ə əlaqədar olduğunu bildirmişdir [79]. T102C CC genotipinin
şizofreniyada yüksək tezlikdə olması bildirilir və buna görə də sıx maraq
doğurur. Bununla belə, 5-HT
2A
-
nın diqqət prosesləri üzrə spesifik rolu aydın
şəkildə müəyyən edilməmişdir və daha aydın izah tələb edir [82].
C-allel formas
ının həm sağlam kontrol nümunələrində, həm də şizofreniya
x
əstələrində 5-HT2A-nın T allelindən daha az funksional olduğunu göstərən bəzi
sübutlar var v
ə şizofreniya xəstələrində bu fərq daha da qabarıqdır [19].
DNT metill
əşməsinin şizofreniyada əhəmiyyətli epigenetik mexanizm
ol
duğu düşünülür, çünki 5-HT2A DNT metilləşməsinə ətraf mühit təsirləri ilkin
nevroloji n
əticələrlə əlaqələndirilir. 5-HT2A üçün, DNT metilləşməsinin
40
əksəriyyəti promotor və I ekzon daxilində baş verir, lakin genin digər
bölg
ələrində də çox az DNT metilləşməsi fəaliyyəti vardır. 5-HT2A CpG sahələri,
şizofreniya xəstələrinin prefrontal korteksində hipermetilləşmiş (promotor
bölg
ənin -1438-ci mövqeyində, rs6311-ə yaxın) və ya hipometilləşdirilmişdir (I
ekzonun 102-ci mövqeyind
ə, rs6313-ə yaxın), bu da potensial olaraq,
şizofreniya xəstələrində zəif 5-HT2A ekspressiyasına səbəb olur. İntihar meyli
olan
əsas psixoz xəstələrində periferik leykositlərdə rs6313-də DNT
metill
əşməsinin artması bildirilmişdir. DNT metilləşməsinin 5-HT2A mRNT
ekspr
essiyasını dəyişdirməsinin aydın olmasına baxmayaraq, 5-HT2A
polimorfizm
inin mRNT ekspressiyasına da təsir göstərdiyi və bəlkə də CpG
saytlar
ının tanınmasını dəyişdirməsi bildirilmişdir [18]. Bir araşdırmada promotor
DNT metill
əşməsinin təsirləri nəzərə alınmayaraq, 5-HT2A rs6314-ün mRNT
ekspressiya d
əyişiklikləri ilə əlaqəli olduğu təsbit edilmişdir [13].
Şizofreniya üçün dərman müalicəsi, əsasən, proksimal molekulyar
h
ədəfləri dopamin (DA) və serotoninin G zülalla əlaqəli reseptorları olan tipik və
atipik antipsixotik d
ərmanlardan ibarətdir. Tipik antipsixotik dərmanlar (məsələn,
xlorpromazin, haloperidol v
ə flufenazin) güclü DA D2 reseptor blokadasını
nümayiş etdirir və şizofreniyanın pozitiv simptomlarını effektiv şəkildə müalicə
ed
ərkən, atipik antipsixotik dərmanlar (məsələn, klozapin, olanzapin, ketiapin,
(serotonin resep
torları, xüsusilə 5-HT2A üçün yüksək uyğunluğa malikdir)) isə
şizofreniyanın müsbət və mənfi əlamətlərini effektiv şəkildə müalicə edir. Kliniki
t
ədqiqatlar göstərir ki, atipik antipsixotik dərmanları qəbul edən şizofreniklərin
d
ərmanlara qarşı reaksiyalarında geniş dəyişkənlik nümayiş olunur. Əslində,
şizofreniklərin 30-60%-i və müalicəyə davamlı olan əsas depressiyalı şəxslərin
10-65%-i atipik antipsixotikl
ərlə müalicədən sonra yaxşılaşmır; digərləri isə
h
əyati təhlükəli ola biləcək yan təsirlər yaşayır [20].
5-HT
2A
-
nın quipazin və 3-triflüorometilfenilpiperazin də daxil olmaqla,
reseptor aqonistl
ərinin bağlanması yolu ilə prefrontal idraka təsir göstərdiyi
41
mü
əyyən edilmişdir [32]. Prefrontal idrak funksiyasındakı çatışmazlıqlar
(m
əsələn, icraçı rollar və işçi yaddaş) şizofreniyanın əsas xüsusiyyətidir.
Farmakoloji v
ə ekspressiya tədqiqatlarına əsaslanaraq, nəticələr susdurulmuş 5-
HT2A mRNA ekspressiyasının, reseptor sıxlığının və ya fəaliyyətinin
azal
masının şizofreniya ilə əlaqəli olduğunu göstərir [18].
Maple v
ə başqaları stresə bağlı 5-HT2A ekspressiyasının adaptasiya
f
unksiyası olduğunu və şizofreniya xəstələrində pozulduğunu irəli sürmüşdür.
Sağlam fərdlərdə 5-HT2A-nın artan ekspressiyasına işarə edən sübutların
əksəriyyəti ilə yanaşı, 5-HT2A-nın induksiya olunmuş ekspressiyasının faydalı
olmasına baxmayaraq, antipsixotiklərin 5-HT2A-nın fəaliyyətinə maneə
tör
ətməsi paradoksaldır [58]. Bu paradoks halüsinogenlərin (məsələn, lysergic
acid diethylamide) 5-HT2A-
nın aqonisti, atipik antipsixotiklərin isə antaqonistlər
olması ilə daha da vurğulanır.
İnsan 5-HT2A genindəki polimorfizmlər dəyişən yaddaş prosesləri ilə
əlaqələndirilir.
M
əsələn,
reseptordakı
His452-
nin
tirozin
qalığı
ilə
d
əyişdirilməsinə səbəb olan 5-HT2A gen polimorfizmi, yetkinlər arasında
ya
ddaşın bərpasında əhəmiyyətli pozulma ilə əlaqələndirilir. Şizofreniklər və
sağlam kontrol arasında, 5-HT2A gen polimorfizmlərinin homoziqot CC (T102C)
v
ə GG (A-1438G) və ya T-allelin (rs6314) daşıyıcıları, əhəmiyyətli dərəcədə
p
ozulmuş qısa müddətli verbal yaddaş nümayiş etdirirlər [87].
5-HT-
nin yaddaşla əlaqəsi məməlilər arasında ümumiləşdirilir: belə ki,
triptofan beyin 5-HT s
əviyyələrini artırır və gəmiricilərdə, yaşlılarda, alzeimer
x
əstələrində və şizofreniyada yaddaşı artırır. Bundan əlavə, kəskin və ya xroniki
triptofan tük
ənməsindən sonra beyin 5-HT konsentrasiyalarının azalması ilə,
siçanlarda qorxu yaddaşının, siçovullarda obyekt yaddaşının və insanlarda nəqli
yaddaşın pozulması göstərilmişdir [87].
42
EKSPERİMENTAL HİSSƏ
II FƏSİL. TƏDQİQATIN MATERİAL VƏ METODLARI
2.1. T
ədqiqat obyektinin xarakteristikası
Serotonin sisteminin 5-HTT v
ə 5-HT2A genlərinin polimorfizminin
yoxlanılması məqsədilə aparılan işlərdə tədqiqat materialı kimi, ilk olaraq, Bakı
şəhəri 2 saylı Kliniki Psixiatriya Xəstəxanasından razılıq əsasında alınmış qan
nümun
ələrindən ayrılmış xromosom DNT-si istifadə olunmuşdur. 2 saylı Kliniki
Psixiatriya X
əstəxanasından əksəriyyəti şizofreniya paranoid forma olmaqla,
obsessiv-kompulsiv x
əstəlik, sui-qəsd cəhdləri, dissosiv–konversiv pozuntu, baş
beyin x
əstəliyi və s. kimi psixoloji xəstəlikləri olan 30 nəfərdən qan nümunələri
toplanmışdır.
T
ədqiqatda kontrol nümunələr olaraq, AMEA Molekulyar Biologiya və
Biotexnologiyalar
İnstitutunun müxtəlif elm sahələri ilə məşğul olan 24 nəfər
əməkdaşından qan nümunələri götürülmüşdür.
Eyni zamanda, 5-HTT v
ə 5-HT2A genlərinin polimorfizminin müxtəlif
idman sah
ələrində fəaliyyət göstərən idmançılarda paylanmasının tədqiq
edilm
əsi də həyata keçirilmişdir. Bu məqsədlə, Azərbaycan Dövlət Bədən
T
ərbiyəsi və İdman Akademiyasından əksəriyyəti futbolçular olmaqla, ağır
atletika, sambo, karate kimi müxt
əlif idman sahələrində fəaliyyət göstərən, 28
n
əfər gənc idmançıdan razılıq əsasında qan nümunələri toplanmışdır.
Qeyd etm
ək lazımdır ki, qan nümunələrinin toplanması beynəlxalq bioetika
qanunlarına əsasən təcrübəli tibb bacıları tərəfindən steril şəraitdə aparılmış, bu
normalara müvafiq olaraq donorların anonimliyi qorunmuş və nümunələr yalnız
t
ədqiqat məqsədləri üçün istifadə olunmuşdur.
43
2.2. Qan nümun
ələrindən nüvə DNT-nin ayrılması
Qan nümun
ələrindən DNT-nin ayrılması məqsədilə Rusiya Federasiyası
“Izogen” laboratoriyasının istehsal etdiyi “Diatom
TM
DNA Prep 200” reaktiv dəsti
istifad
ə olunmuşdur. Müvafiq qaydada işarələnmiş qan nümunələrindən
xromosom DNT-sinin ayr
ılması üçün proses istehsalçının təlimatı əsasında
aşağıdakı mərhələlər üzrə həyata keçirilmişdir:
1)
İlk mərhələdə lizis prosesinin həyata keçirilməsi üçün əvvəlcədən
nomr
ələnmiş sınaq şüşələrinə 800 mkl Lizis Buferi tökülmüş və uyğun
şəkildə hər bir sınaq şüşəsinin üzərinə qan nümunələrindən 200 mkl
əlavə edilmişdir. Sınaq şüşələri 5-10 dəfə çevirməklə qarışdırılaraq
termostata yerl
əşdirilmişdir.
2)
Qarışıq termostatda 65ºC temperaturda 5-7 dəq müddətində
saxlanılmışdır. Qeyd etmək lazımdır ki, lizis prosesinin tam olaraq
getm
əsi üçün, sınaq şüşələri termostatda olarkən bir müddət sonra hər
bir sınaq şüşəsi çevirməklə qarışdırılıb, yenidən termostata
yerl
əşdirilmişdir.
3) Termostatdan sonra h
ər sınaq şüşəsindəki qarışığın üzərinə 40 mkl
NukleosS sorbentinin homogen suspenziy
ası əlavə edilmişdir.
Suspenziya
əlavə edilməmişdən qabaq tam homogen vəziyyətə
g
ətirilənə qədər intensiv şəkildə qarışdırılmışdır.
4) Sorbent
əlavə olundurdan sonra sınaq şüşələri rotatora yerləşdirilərək
20-30 dövr/d
əq sürətlə 10 dəq müddətində qarışdırılmışdır. Bundan
sonra sınaq şüşələri 5000 dövr/dəq sürətlə 10 san ərzində
sentrifuqalaşdırılmışdır.
5) Nümun
ələrin sentrifuqalaşdırılmasından sonra, sınaq şüşələrinin
dibind
ə yaranan çöküntüyə toxunmadan supernatant ehtiyatla su
şırnağı nasosu vasitəsi ilə kənarlaşdırılmışdır.
44
6)
Sınaq şüşələrində qalan çöküntünün üzərinə 400 mkl Lizis Buferi əlavə
edil
ərək
vorteksd
ə
homogen
v
əziyyət
əldə
edil
ənə
q
ədər
qarışdırılmışdır. Daha sonra hər bir sınaq şüşəsinin üzərinə 1 ml işçi
Duz buferi
əlavə edilmiş və vorteksdə qarışdırılmışdır. Vorteks
edildikd
ən sonra qarışıq 10 san ərzində 5000 dövr/dəq sürətlə
se
ntrifuqalaşdırılmışdır. Eyni qayda ilə (bənd 5) supernatant
k
ənarlaşdırılmışdır.
7) Yenid
ən sınaq şüşələrində qalan çöküntünün üzərinə 1 ml işçi Duz
Buferi
əlavə edilərək qarışıq vorteksdə homogenləşdirilmiş, daha sonra
10 san
ərzində 5000 dövr/dəq sürətlə sentrifuqalaşdırılmış və
supernatant k
ənarlaşdırılmışdır.
8) (7
) saylı bənd təkrar edilmişdir.
9) N
əhayət, Yuma proseslərindən sonra alınan çöküntü 65
o
C-d
ə 3-4 dəq
ərzində termostatda qurudulmuş və üzərinə 200 mkl ExtraGene E əlavə
edilmişdir. Daha sonra qarışıq vorteksdə homogen vəziyyətə gətirilərək
ardınca termostatda 65ºC-də 4-5 dəq ərzində saxlanılmışdır.
10) Q
arışıq vorteksdə bir daha qarışdırılaraq, sonda 1 dəq 10000
dövr/d
əq sürətlə sentrifuqalaşdırılmışdır.
11) Bundan sonra çöküntüy
ə toxunmamaq şərti ilə supernatantlar
ehtiyatla götürül
ərək əvvəlcədən nömrələnmiş təmiz sınaq şüşələrinə
keçirilm
işdir. Sonda ayrılmış DNT-lər isə –20ºC-də saxlanılmışdır.
2.3. DNT-nin t
əmizlik dərəcəsinin və qatılığının spektrofotometrik yolla
t
əyini
Qan nümun
ələrindən ekstraksiya edilmiş DNT nümunələrinin qatılığı və
t
əmizlik dərəcəsi spektrofotometriya metodu ilə yoxlanılmışdır. Bunun üçün
Epoch Microplate Spectr
ophotometr cihazında, Gen5 proqramının köməyi ilə
45
260 v
ə 280 nm dalğa uzunluqlarında DNT nümunələrinin optik sıxlıqları ölçülür.
Düzgün ekstraksiya olunmuş və PZR üçün yararlı olan DNT nümunələri üçün
optimal t
əmizlik dərəcəsi 1,8≤ [D260/D280] ≥2 təşkil edir.
Ekstraksiya edilmi
ş DNT-nin qatılığı 260 nm dalğa uzunluğunda ölçülmüş
optik sıxlığa əsasən təyin edilir. Həm DNT, həm də RNT 260 nm dalğa
uzunluqlu işığı udur. Bunun üçün "NanoDrop" spektrofotometrin qabında birinci
xanaya kontrol kimi 2
μl ExtraGene E məhlulu, digər xanalara isə 2 μl
ekstrak
siya edilmiş DNT nümunələri əlavə olunur və optik sıxlıqları ölçülür.
Spektrofotometrd
ə 280 nm dalğa uzunluğunda da ölçmə aparılır ki, bu nöqtə
zülallar üçün pik nöqt
ədir. Zülallar, fenol, duzlar və digər çirkləndiricilər düzgün
qiym
ətlərə təsir edib, xəta yaradır. Eyni zamanda 320 nm dalğa uzunluğunda da
ölçülm
ə baş verə bilər, çünki nuklein turşuları və zülallar bu dalğa uzunluqlu işığı
udmur.
DNT-nin m
əhluldakı qatılığı aşağıdakı düstur əsasında hesablanılır:
Dostları ilə paylaş: |