İd.VI.2. Şagirdin özünün və başqalarının təhlükəsizliyini müdafiə etmək və tənqidi vəziyyətlərin qarşısını almaq qabiliyyəti inkişaf etdirilmişdir. Nəticə göz önündədir, əgər şagird:
günəş vannası qəbul edərkən, dənizdə və ya çaylarda çimərkən, xizəklə sürüşərkən, yürüşlər və ya dağlara səfərə çıxan zaman əməl etməli olduğu təhlükəsizlik qaydalarını təsvir edə bilirsə;
yüngül bədən xəsarəti zamanı başqalarına necə ilk yardım göstərmək lazım gəldiyini təsvir edə bilirsə;
məktəbdə, küçədə və ya başqa yerlərdə qəflətən baş vermiş təhlükə və ya tənqidi vəziyyətlərə (dava, zorakılıq, yanğın və s.) necə reaksiya verməli olduğunu təsvir edə bilirsə.
İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər İd.VI.3 Şagirdin fiziki fəallıqda iştirak etmək üçün zəruri hərəki qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır ( yerdəyişmə, manipulyasiya etmə, müvazinəti saxlamaq). Nəticə göz önündədir, əgər şagird:
komanda oyunları (futbol, basketbol, voleybol və s.) üçün zəruri olan əsas texniki elementləri tətbiq edə bilirsə;
sadə akrobatik fəndləri (fırlanmaq, idman alətinə söykənməklə hoppanmaq və s.) yerinə yetirə bilirsə;
komanda oyunları zamanı məqsədə nail olmaq üçün strategiyadan istifadə edə bilirsə və müxtəlif taktiki gedişlər edə bilirsə;
müxtəlif idman inventarlarından istifadə etməklə (ip, top, dairə və s.) ritmik hərəkətləri yerinə yetirə bilirsə;
oyun zamanı müxtəlif əlçatan əşyalardan (kəndir, turnik, şalban və s.) fəal istifadə edə bilirsə;
müxtəlif məsafələrdə qaça bilirsə;
əvvəllər mənimsədiyi əsas hərəki qabiliyyət-vərdişləri fəal məşq ilə yaxşılaşdıra bilirsə;
fəal oyundan əvvəl hazırlıq məşqləri yerinə yetirə bilirsə.
İstiqamət: fəal iştirak İd.VI.4. Şagird onun sağlamlığını yaxşılaşdıra biləcək əsas fiziki fəallıqlarda iştirak edə bilər. Nəticə göz önündədir, əgər şagird:
proqramla nəzərdə tutulmuş fiziki fəallıqlarda iştirak edirsə;
fərdi məqsədlərlə əlaqədar fiziki fəallıqları müntəzəm yerinə yetirə bilirsə;
məşq və fiziki fəallıqlar zamanı təhlükəsizlik qaydalarına əməl edə bilirsə;
zamanın müəyyən intervalları ilə tədris ili müddətində öz nailiyyətlərini yoxlaya bilirsə.
İd.VI.5. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin qarşıya məqsəd qoymaq, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyat əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır.
Nəticə göz önündədir, əgər şagird:
məhdud fiziki qabiliyyətə malik həmyaşıdları ilə, başqa cinsdən, yaşlı və kiçik yaşlı tərəfdaşları ilə birlikdə fiziki fəallıqlarda həvəslə iştirak edir;
komanda oyunlarında iştirak edən zaman intizama riayət edə, öz davranışına və emosiyalarına nəzarət edə bilirsə;
ümumi idman məqsədlərinə nail olmaq üçün komanda yoldaşları ilə razılıq əsasında hərəkət edə bilirsə;
ətraf mühitin təmizlənməsində fəal iştirak edirsə, ağaclara, ev heyvanlarına qulluq göstərirsə;
idman yürüşləri zamanı zəiflərə və kiçik yaşlılara qayğı göstərirsə;
media vasitəsi ilə yeni idman xəbərlərini müntəzəm olaraq izləyirsə və bu informasiyanı başqaları ilə bölüşürsə; idman yeniliklərini fəal müzakirə və təhlil edirsə.