İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər İd.VII-IX.4. Şagird idman fəallığı zamanı bütün əsas və zəruri hərəki qabiliyyət və vərdişləri aşkara çıxara bilər. Nəticə göz önündədir, əgər şagird:
fəal məşqlərlə əvvəllər yiyələnilmiş əsas hərəki qabiliyyət-vərdişləri yaxşılaşdırırsa;
komandanın tamhüquqlu üzvü kimi komanda oyunlarında iştirak edirsə;
idmanın əsas növlərinə və idman oyunlarına yiyələnmişdirsə;
məşq zamanı (aerobika, ritmika, idman rəqsi) musiqinin müşayiətindən və rəqs fəndlərindən fəal istifadə edirsə;
yarışlardan və məşqlərdən əvvəl hazırlıq məşqlərini yerinə yetirirsə;
əqli işlə inkişaf etmiş yorğunluq halında bərpa məqsədi ilə fəal istirahətə (hərəkətli oyunlar, həvəsləndirici idman oyunları və s.) üstünlük verirsə.
İstiqamət: idmanda fəal iştirak İd.VII-IX.5. Şagird onun sağlamlığını yaxşılaşdıracaq idman fəallıqlarında iştirak edə bilər. Nəticə göz önündədir, əgər şagird:
müxtəlif müddətli və çətin yürüşlərdə iştirak edirsə;
fərdi məqsədlərlə əlaqədar fiziki təlimləri müntəzəm yerinə yetirirsə;
zamanın müəyyən intervalında öz nailiyyətlərini yoxlaya bilirsə;
cari idman fəallıqları və bununla əlaqədar fiziki vəziyyət barədə yazılar aparırsa.
İd.VII-IX.6. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin qarşıya məqsəd qoymaq, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyati əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır. . Nəticə göz önündədir, əgər şagird:
məhdud fiziki imkanlı həmyaşıdları ilə, başqa cinsdən, böyük və kiçikyaşlı uşaqlarla birlikdə fiziki fəallıqlarda həvəslə iştirak edirsə;
komanda oyunlarında iştirak edərkən intizama əməl edirsə, öz davranışa və emosiyalarına nəzarət edə bilirsə, təşviqata uymursa;
qələbəni və məğlubiyyəti adekvat dərk edirsə, hisslərinin büruzə verilməsində təmkinlidirsə;
ümumi idman məqsədlərinə nail olmaq üçün komanda yoldaşları ilə razılıq əsasında hərəkət edə bilirsə;
başqalarının təklif etdikləri ideyalara səmimi yanaşır, öz fikrini deməyə çalışırsa;
qarşısına məqsəd qoyur və bu məqsədi həyata keçirməyə çalışırsa;
ətraf mühitin təmizlənməsində fəal iştirak edirsə, ağaclara qulluq edirsə, ev heyvanlarına xidmət göstərirsə;
yaşca özündən kiçiklərə ətraf mühitdə davranış qaydalarını izah edirsə (zibil atmaq, ağacları zədələmək, heyvanları öldürmək);
idman yürüşləri zamanı zəiflərə və kiçikyaşlılara qayğı göstərirsə;
idman yeniliklərini fəal müzakirə və təhlil edirsə.