İd.X-XII.2. Şagird ictimaiyyətə inteqrasiya ilə bağlı qarşıya çıxa biləcək gözlənilən təhlükəni tamamilə dərk edə bilər. Nəticə göz önündədir, əgər şagird:
narkotiklər, toksik maddələr və alkoqol qəbul etməklə və qanuna zidd hərəkətlərlə seçilən adamlarla əlaqədən maksimal şəkildə kənar gəzməyə çalışır;
münaqişəli vəziyyətlərdən (dalaşmaq, məsələni seçmək, məhəllə və dostlar arasında münaqişələr) kənar gəzməyə çalışırsa;
arzuolunmaz nəticələri (zöhrəvi xəstəliklər, immun çatışmazlığı, arzu edilməyən hamiləlik) başdan eləmək məqsədilə cinsi əlaqələrdən kənar olmağa çalışırsa.
İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər İd.X-XII.3. Şagird özünün seçmiş olduğu idman növünə maraq göstərə bilər. Nəticə göz önündədir, əgər şagird:
idmanın hər hansı bir növünə xüsusi maraq göstərirsə;
peşəkar məşqçilərin köməyi və müntəzəm məşqlər ilə seçdiyi idman növünə yiyələnir və müəyyən nailiyyət əldə edirsə;
idman yarışlarında iştirak edirsə.
İd.X-XII.4. Şagird idman fəallığı zamanı bütün əsas və zəruri hərəki qabiliyyət və vərdişləri aşkara çıxara bilər. Nəticə göz önündədir, əgər şagird:
fəal məşqlərlə əvvəllər sahib olduğu əsas hərəki qabiliyyət-vərdişləri yaxşılaşdırırsa;
komandanın tamhüquqlu üzvü kimi komanda oyunlarında iştirak edirsə;
idmanın əsas növlərinə və idman oyunlarına yiyələnmişdirsə;
məşq zamanı (aerobika, ritmika, idman rəqsi) musiqinin müşayiətindən və rəqs üslubundan fəal istifadə edirsə;
fəal oyundan əvvəl hazırlıq təlimatlarını yerinə yetirirsə;
əldə olunmuş hərəki qabiliyyət və vərdişlər bazasında, yarışlar zamanı qarşıya çıxmış mürəkkəb vəziyyətlərə müvafiq olaraq yeni hərəkətləri (idman ekstrapolyasiyası) yerinə yetirməyi bacarırsa.