İlin sonunda nail olunacaq nəticələr və onların indikatorları
İstiqamət: sağlamlıq və təhlükəsizlik
İd.VI.1. Şagird sağlamlığı cəmiyyətdə uğurlu həyatın ön şərtlərindən biri kimi müəyyənləşdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
müntəzəm fiziki fəallıqlara qoşulmuşdursa;
-
narkotik maddələrin istifadəsinin insan sağlamlığına necə təsir göstərdiyini dərk edir və ya izah edə bilirsə;
-
kütləvi informasiya vasitələrinin, ictimaiyyətin və ailənin insanın seçiminə, sağlam həyat qaydalarına əməl etməsinə necə təsir göstərdiyini izah edə bilirsə.
İd.VI.2. Şagirdin özünün və başqalarının təhlükəsizliyini müdafiə etmək və tənqidi vəziyyətlərin qarşısını almaq qabiliyyəti inkişaf etdirilmişdir.
Nəticə göz önündədir, əgər şagird:
-
günəş vannası qəbul edərkən, dənizdə və ya çaylarda çimərkən, xizəklə sürüşərkən, yürüşlər və ya dağlara səfərə çıxan zaman əməl etməli olduğu təhlükəsizlik qaydalarını təsvir edə bilirsə;
-
yüngül bədən xəsarəti zamanı başqalarına necə ilk yardım göstərmək lazım gəldiyini təsvir edə bilirsə;
-
məktəbdə, küçədə və ya başqa yerlərdə qəflətən baş vermiş təhlükə və ya tənqidi vəziyyətlərə (dava, zorakılıq, yanğın və s.) necə reaksiya verməli olduğunu təsvir edə bilirsə.
İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər
İd.VI.3 Şagirdin fiziki fəallıqda iştirak etmək üçün zəruri hərəki qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır ( yerdəyişmə, manipulyasiya etmə, müvazinəti saxlamaq).
Nəticə göz önündədir, əgər şagird:
-
komanda oyunları (futbol, basketbol, voleybol və s.) üçün zəruri olan əsas texniki elementləri tətbiq edə bilirsə;
-
sadə akrobatik fəndləri (fırlanmaq, idman alətinə söykənməklə hoppanmaq və s.) yerinə yetirə bilirsə;
-
komanda oyunları zamanı məqsədə nail olmaq üçün strategiyadan istifadə edə bilirsə və müxtəlif taktiki gedişlər edə bilirsə;
-
müxtəlif idman inventarlarından istifadə etməklə (ip, top, dairə və s.) ritmik hərəkətləri yerinə yetirə bilirsə;
-
oyun zamanı müxtəlif əlçatan əşyalardan (kəndir, turnik, şalban və s.) fəal istifadə edə bilirsə;
-
müxtəlif məsafələrdə qaça bilirsə;
-
əvvəllər mənimsədiyi əsas hərəki qabiliyyət-vərdişləri fəal məşq ilə yaxşılaşdıra bilirsə;
-
fəal oyundan əvvəl hazırlıq məşqləri yerinə yetirə bilirsə.
İstiqamət: fəal iştirak
İd.VI.4. Şagird onun sağlamlığını yaxşılaşdıra biləcək əsas fiziki fəallıqlarda iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
proqramla nəzərdə tutulmuş fiziki fəallıqlarda iştirak edirsə;
-
müxtəlif ranqlı yarışlarda iştirak edirsə;
-
idman yürüşlərində iştirak edirsə;
-
fərdi məqsədlərlə əlaqədar fiziki fəallıqları müntəzəm yerinə yetirə bilirsə;
-
məşq və fiziki fəallıqlar zamanı təhlükəsizlik qaydalarına əməl edə bilirsə;
-
zamanın müəyyən intervalları ilə tədris ili müddətində öz nailiyyətlərini yoxlaya bilirsə.
İd.VI.5. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin qarşıya məqsəd qoymaq, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyat əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır.
Nəticə göz önündədir, əgər şagird:
-
məhdud fiziki qabiliyyətə malik həmyaşıdları ilə, başqa cinsdən, yaşlı və kiçik yaşlı tərəfdaşları ilə birlikdə fiziki fəallıqlarda həvəslə iştirak edir;
-
komanda oyunlarında iştirak edən zaman intizama riayət edə, öz davranışına və emosiyalarına nəzarət edə bilirsə;
-
ümumi idman məqsədlərinə nail olmaq üçün komanda yoldaşları ilə razılıq əsasında hərəkət edə bilirsə;
-
ətraf mühitin təmizlənməsində fəal iştirak edirsə, ağaclara, ev heyvanlarına qulluq göstərirsə;
-
idman yürüşləri zamanı zəiflərə və kiçik yaşlılara qayğı göstərirsə;
-
media vasitəsi ilə yeni idman xəbərlərini müntəzəm olaraq izləyirsə və bu informasiyanı başqaları ilə bölüşürsə; idman yeniliklərini fəal müzakirə və təhlil edirsə.
LV Fəsil.
Baza pilləsində fənn kompetensiyaları
VII-IX Siniflər
İdman
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr
Sağlamlıq və təhlükəsizlik
|
Hərəkət və hərəki qabiliyyət və vərdişlər
|
Fəal iştirak
|
İd.VII-IX.1. Şagird fiziki və psixi sağlamlığın və cəmiyyətdə müvəffəqiyyət qazanmağın əhəmiyyətli şərtlərindən biri kimi sağlam həyat qaydasını mənimsəyə bilər.
İd.VII-IX.2. Şagirdin fiziki fəallığı özünün fizioloji və psixoloji inkişafı ilə əlaqələndirmək bacarığı vardır.
İd.VII-IX.3. Şagird təhlükəsizliyə əməl etməyin zəruriliyini və mürəkkəb vəziyyətlərdən çıxmaq imkanlarına yiyələnməyi dərk edə bilir.
|
İd.VII-IX.4. Şagird idman fəallığı zamanı bütün əsas və zəruri hərəki qabiliyyət-vərdişləri aşkara çıxara bilər.
|
İd.VII-IX.5. Şagird onun sağlamlığını yaxşılaşdıracaq idman fəallıqlarında iştirak edə bilər.
İd.VII-IX.6. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin qarşıya məqsəd qoymaq, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyati əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır.
|
İlin sonunda nail olunacaq nəticələr və onların indikatorları
İstiqamət: sağlamlıq və təhlükəsizlik
İd.VII-IX.1. Şagird fiziki və psixi sağlamlığın və cəmiyyətdə müvəffəqiyyət qazanmağın əhəmiyyətli şərtlərindən biri kimi sağlam həyat qaydasını mənimsəyə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
idman formasını saxlamaq məqsədilə müntəzəm fiziki fəallıqlara qoşulmuşdursa;
-
qidanın miqdarının və keyfiyyətinin sağlamlığa və ümumi fiziki vəziyyətə təsirini, tarazlaşdırılmış qidanın mahiyyətini (kalorilərin çoxluğu və qıtlığını) dərk edirsə;
-
artıq çəkinin və həkimin nəzarəti olmadan keçirilmiş pəhrizin (arıqlamaq pəhrizini) mümkün təhlükəliliyini qeyd edə bilirsə;
-
psixoaktiv maddələrin – narkotik vasitələrin, alkoqolun, psixotropik dərmanların və tütündən istifadə etməyin insanın fiziki və psixi sağlamlığına, onun sosial statusuna necə təsir göstərdiyini dərk edirsə.
İd.VII-IX.2. Şagirdin fiziki fəallığı özünün fizioloji və psixoloji inkişafı ilə əlaqələndirmək bacarığı vardır.
Nəticə göz önündədir, əgər şagird:
-
fiziki fəallığın və sağlam həyat qaydasının bədənin (dayaq-hərəkət sistemi) və daxili orqanların (ürək-damar, nəfəs yolları, qida borusu, ayırıcı sistem) normal fəaliyyət göstərməsinə təsirini dərk edə bilirsə;
-
insanların psixikasına sağlamlıq üçün zərərli maddələrin təsiri haqqında (süstlük, aqressiya, depressiya, diqqətin yayılması, yaddaş qabiliyyətinin azalması və s.) mülahizə yürüdə bilirsə;
-
bədən quruluşundakı dəyişiklikləri fiziki fəallıqla və sağlam həyat qaydası ilə əlaqələndirə bilirsə;
-
idman yarışmalarının yeniyetmənin psixi-fizioloji statusunun formalaşmasına təsirini və bunların əlaqəsini dərk edə bilirsə.
İd.VII-IX.3. Şagird təhlükəsizliyə əməl etməyin zəruriliyini və mürəkkəb vəziyyətlərdən çıxmaq imkanlarına yiyələnməyi dərk edə bilir.
Nəticə göz önündədir, əgər şagird:
-
müxtəlif potensial təhlükə yarada biləcək yerlərdə və vəziyyətlərdə gözlənilən təhlükəni təhlil edə bilirsə;
-
məktəbdə, küçədə və ya başqa yerlərdə qəflətən yaranmış təhlükə və kritik vəziyyətlərdə (zorakılıq, yanğın, avtomobil qəzası və s.) adekvat yanaşa bilirsə və müvafiq xidmətlərə (polis, təcili yardım, yanğından müdafiə) müraciət edə bilirsə;
-
onun üçün arzuolunmayan təklifləri rədd edirsə, öz mövqeyini əsaslandırır və müdafiə edə bilirsə;
-
yürüş zamanı həm özünün, həm də komanda yoldaşlarının təhlükəsizliyinə riayət edirsə və təhlükəsizliyə əməl etməyin gündəlik qəbul olunmuş qaydalarından istifadə edirsə;
-
travmatizm təhlükəsi olan vəziyyətlərdən və yerlərdən (dağ, qaya, buzlaq, çay və s.) çəkinirsə;
-
meşədə istiqamətlənmə metodlarından (kompasdan istifadə etməklə, azimutu və tərəfləri müəyyənləşdirmək) istifadə edirsə, müvəqqəti sığınacaq tapa və ya qura və yararlı qida tapa bilirsə;
-
müvafiq növ vasitələrdən istifadə etməklə başqasına ilk təcili tibb yardımı göstərə bilirsə.
İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər
İd.VII-IX.4. Şagird idman fəallığı zamanı bütün əsas və zəruri hərəki qabiliyyət və vərdişləri aşkara çıxara bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
fəal məşqlərlə əvvəllər yiyələnilmiş əsas hərəki qabiliyyət-vərdişləri yaxşılaşdırırsa;
-
komandanın tamhüquqlu üzvü kimi komanda oyunlarında iştirak edirsə;
-
idmanın əsas növlərinə və idman oyunlarına yiyələnmişdirsə;
-
məşq zamanı (aerobika, ritmika, idman rəqsi) musiqinin müşayiətindən və rəqs fəndlərindən fəal istifadə edirsə;
-
yarışlardan və məşqlərdən əvvəl hazırlıq məşqlərini yerinə yetirirsə;
-
əqli işlə inkişaf etmiş yorğunluq halında bərpa məqsədi ilə fəal istirahətə (hərəkətli oyunlar, həvəsləndirici idman oyunları və s.) üstünlük verirsə.
İstiqamət: idmanda fəal iştirak
İd.VII-IX.5. Şagird onun sağlamlığını yaxşılaşdıracaq idman fəallıqlarında iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
proqramla nəzərdə tutulmuş idman növlərində iştirak edirsə;
-
müxtəlif növ idman yarışlarında iştirak edirsə;
-
müxtəlif müddətli və çətin yürüşlərdə iştirak edirsə;
-
fərdi məqsədlərlə əlaqədar fiziki təlimləri müntəzəm yerinə yetirirsə;
-
zamanın müəyyən intervalında öz nailiyyətlərini yoxlaya bilirsə;
-
cari idman fəallıqları və bununla əlaqədar fiziki vəziyyət barədə yazılar aparırsa.
İd.VII-IX.6. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin qarşıya məqsəd qoymaq, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyati əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır.
.
Nəticə göz önündədir, əgər şagird:
-
məhdud fiziki imkanlı həmyaşıdları ilə, başqa cinsdən, böyük və kiçikyaşlı uşaqlarla birlikdə fiziki fəallıqlarda həvəslə iştirak edirsə;
-
komanda oyunlarında iştirak edərkən intizama əməl edirsə, öz davranışa və emosiyalarına nəzarət edə bilirsə, təşviqata uymursa;
-
qələbəni və məğlubiyyəti adekvat dərk edirsə, hisslərinin büruzə verilməsində təmkinlidirsə;
-
ümumi idman məqsədlərinə nail olmaq üçün komanda yoldaşları ilə razılıq əsasında hərəkət edə bilirsə;
-
başqalarının təklif etdikləri ideyalara səmimi yanaşır, öz fikrini deməyə çalışırsa;
-
qarşısına məqsəd qoyur və bu məqsədi həyata keçirməyə çalışırsa;
-
ətraf mühitin təmizlənməsində fəal iştirak edirsə, ağaclara qulluq edirsə, ev heyvanlarına xidmət göstərirsə;
-
yaşca özündən kiçiklərə ətraf mühitdə davranış qaydalarını izah edirsə (zibil atmaq, ağacları zədələmək, heyvanları öldürmək);
-
idman yürüşləri zamanı zəiflərə və kiçikyaşlılara qayğı göstərirsə;
-
idman yeniliklərini fəal müzakirə və təhlil edirsə.
LVI Fəsil.
Orta pillədə fənn kompetensiyaları
X-XII Siniflər
İdman
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr
Sağlamlıq və təhlükəsizlik
|
Hərəkət və hərəki qabiliyyət və vərdişlər
|
Fəal iştirak
|
İd.X-XII.1. Şagird idman və sağlam həyat qaydasının zəruriliyini fiziki və mənəvi sağlamlığın və bununla əlaqədar cəmiyyətə uğurlu inteqrasiyanın zəruri şərti kimi dərk edə bilər.
İd.X-XII.2. Şagird ictimaiyyətə inteqrasiya ilə bağlı qarşıya çıxan gözlənilən təhlükəni tamamilə dərk edə bilər.
|
İd.X-XII.3. Şagird özünün seçdiyi idman növünə münasibətdə maraq göstərə bilər.
İd.X-XII.4. Şagird idman fəallığı zamanı bütün əsas və zəruri hərəkəti qabiliyyət-vərdişləri aşkara çıxara bilər.
|
İd.VX-XII.5. Şagird ictimai həyatın bütün sahələrinin fəallıqlarında iştirak edə bilər.
|
İlin sonunda nail olunacaq nəticələr və onların indikatorları
İstiqamət: sağlamlıq və təhlükəsizlik
İd.X-XII.1. Şagird idman və sağlam həyat qaydasının zəruriliyini fiziki və mənəvi sağlamlığın və bununla əlaqədar cəmiyyətə uğurlu inteqrasiyanın zəruri şərti kimi dərk edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
asudə vaxtının böyük hissəsini bədəninin fiziki inkişafına sərf edirsə;
-
qlobal problem kimi cinsi əlaqə yolu ilə keçən infeksiyalar barədə, onların yayılması, mürəkkəbləşməsi, prevensiya yolları barədə informasiyası vardırsa; AİV/immun çatışmazlığı və bununla əlaqədar sosial (stiqma-diskriminasiya) aspektləri haqqında informasiyası vardırsa.
İd.X-XII.2. Şagird ictimaiyyətə inteqrasiya ilə bağlı qarşıya çıxa biləcək gözlənilən təhlükəni tamamilə dərk edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
narkotiklər, toksik maddələr və alkoqol qəbul etməklə və qanuna zidd hərəkətlərlə seçilən adamlarla əlaqədən maksimal şəkildə kənar gəzməyə çalışır;
-
münaqişəli vəziyyətlərdən (dalaşmaq, məsələni seçmək, məhəllə və dostlar arasında münaqişələr) kənar gəzməyə çalışırsa;
-
arzuolunmaz nəticələri (zöhrəvi xəstəliklər, immun çatışmazlığı, arzu edilməyən hamiləlik) başdan eləmək məqsədilə cinsi əlaqələrdən kənar olmağa çalışırsa.
İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər
İd.X-XII.3. Şagird özünün seçmiş olduğu idman növünə maraq göstərə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
idmanın hər hansı bir növünə xüsusi maraq göstərirsə;
-
peşəkar məşqçilərin köməyi və müntəzəm məşqlər ilə seçdiyi idman növünə yiyələnir və müəyyən nailiyyət əldə edirsə;
-
idman yarışlarında iştirak edirsə.
İd.X-XII.4. Şagird idman fəallığı zamanı bütün əsas və zəruri hərəki qabiliyyət və vərdişləri aşkara çıxara bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
fəal məşqlərlə əvvəllər sahib olduğu əsas hərəki qabiliyyət-vərdişləri yaxşılaşdırırsa;
-
komandanın tamhüquqlu üzvü kimi komanda oyunlarında iştirak edirsə;
-
idmanın əsas növlərinə və idman oyunlarına yiyələnmişdirsə;
-
üsulla üzməyi, xizəklə sürüşməyi, velosiped sürməyi bacarırsa;
-
məşq zamanı (aerobika, ritmika, idman rəqsi) musiqinin müşayiətindən və rəqs üslubundan fəal istifadə edirsə;
-
fəal oyundan əvvəl hazırlıq təlimatlarını yerinə yetirirsə;
-
əldə olunmuş hərəki qabiliyyət və vərdişlər bazasında, yarışlar zamanı qarşıya çıxmış mürəkkəb vəziyyətlərə müvafiq olaraq yeni hərəkətləri (idman ekstrapolyasiyası) yerinə yetirməyi bacarırsa.
İstiqamət: idmanda fəal iştirak
İd.VX-XII.5. Şagird ictimai həyatın bütün sahələrinin fəallıqlarında iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
müxtəlif ictimai (ətraf mühiti mühafizə, uşaq hüquqlarının müdafiəsi, qocalara qayğı) birliyə qoşulmuşdursa;
-
məktəb və ya məhəllə, cəmiyyət üçün faydalı idman tədbirlərinin təşkili– keçirilməsi təşəbbüsünə qoşulursa;
-
başqaları tərəfindən təklif olunmuş ideyalara anlayışla yanaşırsa, öz fikrini bildirməyə çalışırsa;
-
yaşca kiçiklərə idman fəallığının əhəmiyyətini izah edirsə və onları idman yarışlarında iştirak etməyə çağırırsa;
-
lazım gəldikdə idman tədbirlərinin təşkilində-keçirilməsində müəllimə yaxından kömək göstərirsə;
-
məhdud fiziki imkana malik həmyaşıdları ilə, başqa cinsdən, milliyyətdən, dini mənsubiyyətdən olan, böyük və kiçikyaşlı tərəfdaşları ilə birlikdə fiziki fəallıqlarda həvəslə iştirak edirsə.
Dostları ilə paylaş: |