Liii fəsil İdman üzrə fənn proqramı


İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər



Yüklə 61,26 Kb.
səhifə2/3
tarix31.01.2017
ölçüsü61,26 Kb.
#6846
1   2   3

İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər

İd.II.2. Şagird fiziki fəallıqlarda iştirak etmək üçün zəruri hərəki qabiliyyət və vərdişlərini (yerdəyişmə - qaçmaq, alçaq hündürlükdən tullanmaq; manipulyasiya – atmaq, tutmaq, hədəfə atəş; tarazlığın saxlanması – düz xətt üzrə gəzmək, tək ayaq üstə dayanmaq) aşkara çıxarmalıdır.

Nəticə göz önündədir, əgər şagird:



  • müxtəlif hərəkətləri bir-biri ilə əvəz edirsə (qaçmaq və hoppanmaq, qaçarkən istiqaməti sürətlə dəyişmək, müəllimin işarəsi ilə müxtəlif istiqamətlərə yerdəyişmə);

  • dayandırılmış və ya yuvarlanan topa zərbə vurursa, ayağını dəyişirsə, topu başqa oyunçuya ötürürsə və qısa və ya orta məsafədən topu səbətə ata bilirsə;

  • ayağı ilə topu qısa məsafəyə ötürə bilirsə;

  • hərəkət edir və topu əli ilə apara bilirsə (basketbolçunun hərəkəti);

  • bir ayağı üstə hoppanır və müəllimin işarəsi ilə hoppanarkən ayağını dəyişirsə.

İstiqamət: fəal iştirak

İd.II.3. Şagird sağlamlığına müsbət təsir edən əsas fiziki fəallıqlarda iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • fərdi və qrup məşqlərində, rəqslərdə fəal iştirak edirsə;

  • oyun zamanı qəbul olunmuş qaydalara əməl edirsə (lazım gəldikdə, inventar gətirir və ya istifadə etdikdən sonra onu saxlayırsa, oyuna qoşulmağa hazırdır, müvafiq idman paltarı geyinir);

  • müəllimdən aldığı müvafiq tapşırıqları, göstərişləri və təlimatları yerinə yetirir.



İd.II.4. Fiziki fəallıqlarda məşğul olma əsasında şagirdin qarşısına məqsəd qoymaq, qərar qəbul etmək, insanlarla ünsiyyət kimi xüsusi qabiliyyət-vərdişlərini aşkara çıxarmaq bacarığı var.

Nəticə göz önündədir, əgər şagird:



  • idman salonunda/meydanında davranış qaydalarına əməl edirsə;

  • oyun qaydalarına əməl edirsə;

  • oyun zamanı komanda yoldaşlarının və müəllimin maraqlarını nəzərə alırsa, lazım gəldikdə, onlara kömək göstərirsə;

  • oyun zamanı başqa oyunçulara ehtiyatla yanaşırsa;

  • inventara ziyan vurmursa;

  • komanda yoldaşlarına qarşıya çıxmış problemlərin həlli yollarını (oyun zamanı funksiyaları necə bölmək, oyunçular arasında yaranan münaqişələri necə qaydaya salmaq və s.) təklif edir;

  • xüsusi ehtiyaca malik həmyaşıdlarına tolerantlıq münasibəti göstərirsə.

III Sinif

İdman

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr

Sağlamlıq və təhlükəsizlik

Hərəkət və hərəki qabiliyyət-vərdişlər

Fəal iştirak

İd.III.1. Şagird şəxsi gigiyenasına və təhlükəsizlik qaydalarına riayət edə bilər.


İd.III.2. Şagirdin fiziki hazırlıqda iştirak etmək üçün zəruri hərəki qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır (məs., yer dəyişmək – hoppanmaq, qaçmaq, təqib etmək; manipulyasiya, ayaqla zərbə; hədəfə zərbə; tarazlığı saxlamaq; bədəni müxtəlif istiqamətlərə hərəkət etdirmək, fırlanmaq).


İd.III.3. Şagird onun sağlamlığını yaxşılaşdıra biləcək əsas fiziki hazırlıqda iştirak edə bilər.
İdman.III.4. Fiziki fəallıqlarda iştirakı əsasında şagirdin qarşısına məqsəd qoymaq, qərar qəbul etmək, insanlarla ünsiyyət kimi xüsusi qabiliyyət-vərdişlərini aşkara çıxarmaq bacarığı var.
İd.III.5. Şagird fiziki fəallığı bədəninin vəziyyəti ilə əlaqələndirə bilir.



İlin sonunda nail olunacaq nəticələr və onların indikatorları

İstiqamət: sağlamlıq və təhlükəsizlik

İd.III.1. Şagird şəxsi gigiyenasına və təhlükəsizlik qaydalarına riayət edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • sağlamlığı və fiziki fəallığı qorumaq məqsədilə hansı növ qidaları seçəcəyini sadalaya bilir;

  • insan sağlamlığı üçün bədənin təmizliyinin və dişlərin sağlamlığının əhəmiyyətini təsvir edə bilir;

  • fiziki fəallıqların insan sağlamlığına müsbət təsirini təsvir edə bilir;

  • fiziki fəallıqlar zamanı özünü yüngül bədən xəsarətlərindən necə qorumağı təsvir edə bilir;

  • yol təhlükəsizliyinə əməl etməyin əsas qaydalarını təsvir edə bilir (keçidlər, işıqfor);

  • tütünün və alkoqolun insanın fiziki inkişafına mənfi təsirini təsvir edə bilir.

İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər

İd.III.2. Şagirdin fiziki hazırlıqda iştirak etmək üçün lazımi hərəki qabiliyyət və vərdişləri aşkara çıxarmaq bacarığı vardır (məs., yer dəyişmək – hoppanmaq, qaçmaq, təqib etmək; manipulyasiya, ayaqla zərbə; hədəfə zərbə; tarazlığı saxlamaq; bədəni müxtəlif istiqamətlərə hərəkət etdirmək, fırlanmaq).

Nəticə göz önündədir, əgər şagird:



  • fiziki hazırlıq zamanı müxtəlif hərəkətləri bir-birinə uyğunlaşdırır, sürəti və istiqaməti dəyişə bilirsə;

  • müxtəlif istiqamətlərə hərəkət edir, maneələrdən yan ötə bilir, rəqibin əlindən çıxa bilirsə;

  • topla birlikdə yerini dəyişə bilirsə (əli və ya ayağı ilə topu oynada bilirsə);

  • məqsədə nail olmaq üçün topla birlikdə və ya ondan kənar optimal sürət və yol seçə bilirsə;

  • topu hədəfə ata və ya yerində durmuş partnyora ötürə bilirsə;

  • topla birlikdə və ya ondan kənar aldadıcı hərəkətlər edə bilirsə;

  • yüngül topu (yaxud şarı) yerə düşməyə imkan vermirsə (başla, əllə, ayaqla, çiyinlərlə oynadırsa);

  • qısa məsafədən qaçmaqla alçaq hündürlüyə hoppana bilirsə;

  • idman alətində tarazlığını saxlaya bilirsə;

  • bədəni ilə müxtəlif istiqamətlərə hərəkət edə bilirsə (turnikdə və ya gimnastika divarında məşq zamanı)

İstiqamət: fəal iştirak

İd.III.3. Şagird onun sağlamlığını yaxşılaşdıra biləcək əsas fiziki hazırlıqda iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • fərdi və qrup məşqlərində, rəqslərdə və oyunlarda fəal iştirak edirsə;

  • məktəb və həyət oyunlarına fəal qoşulursa;

  • tətil zamanı idman sahəsində məktəbdə aldığı biliyi tətbiq edə və başqaları ilə bölüşə bilirsə.

İd.III.4. Fiziki fəallıqlarda iştirakı əsasında şagirdin qarşısına məqsəd qoymaq, qərar qəbul etmək, insanlarla ünsiyyət kimi xüsusi qabiliyyət-vərdişlərini aşkara çıxarmaq bacarığı var.

Nəticə göz önündədir, əgər şagird:



  • oyun zamanı müəyyən olunmuş qaydalara əməl edir;

  • komanda yoldaşlarının maraqlarını nəzərə alır;

  • uşaq hüquqları və vəzifələri barədə öz təsəvvürləri vardırsa;

  • həm özünün, həm də rəqib komandanın oyunçularına hörmət bəsləyir və idman inventarını qoruyursa;

  • məqsədi əks etdirir (məşqi və texnikanı öyrənmək istəyirəm, daha cəld olmaq istəyirəm və s.) və müəllimlə birlikdə məqsədə nail olmaq yolları və vasitələrini planlaşdırır.

İd.III.5. Şagird fiziki fəallığı bədəninin vəziyyəti ilə əlaqələndirə bilir.

Nəticə göz önündədir, əgər şagird:



  • Məşq edilmiş bədənin xüsusiyyətlərini təsvir edə bilirsə (gözəl bədən, güclü əzələlər, fiziki dözümlülük);

  • Məşqə qədər, məşq zamanı və məşqdən sonra özünün fiziki vəziyyətini təsvir edə bilirsə (tənəffüs, nəbz).

IV Sinif

İdman

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Sağlamlıq və təhlükəsizlik

Hərəkət və hərəki qabiliyyət və vərdişlər

Fəal iştirak

İd.IV.1. Şagird şəxsi gigiyenasınavə təhlükəsizlik qaydalarına riayət edə bilər.


İd.IV.2. Şagirdin fiziki fəallıqda iştirak etmək üçün zəruri hərəki qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır ( yer dəyişmək, qaçmaq, təqib etmək; manipulyasiya, ayaqla zərbə, tutmaq; tarazlığı saxlamaq; bədənin ağırlığını bir ayaqdan o birisinə keçirmək, yaxud bir əldən o birisinə keçirmək).

İd.IV.3. Şagird onun sağlamlığını yaxşılaşdıra biləcək əsas fiziki fəallıqlarda iştirak edə bilər.
İd.IV.4. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin məqsədi planlaşdırmaq, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyati əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır.


İlin sonunda nail olunacaq nəticələr və onların indikatorları

İstiqamət: sağlamlıq və təhlükəsizlik

İd.IV.1. Şagird şəxsi gigiyenasına və təhlükəsizlik qaydalarına riayət edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • insan üçün sağlamlığın əhəmiyyətini və sağlam həyat tərzinin üstünlüklərini təsvir edə bilirsə;

  • səmərəli boy atmağa təsir göstərən amilləri sadalaya bilirsə (pəhriz, məşq);

  • yer dəyişərkən hərəkətin təhlükəsizliyi qaydalarına əməl edə bilirsə;

  • insanın ictimai yerlərdə düzgün və təhlükəsiz istiqamətlənməsinə kömək edən qrafik şərti işarələri (piktoqramları) tanıyır və onlardan istifadə etməyi bacarırsa;

  • fəal və passiv siqaret çəkənin sağlamlığı vəziyyətinə tütünün qısa və uzun müddətli təsirini təsvir edə bilirsə;

  • insanın qərarlarına, yəni siqaret çəksin-çəkməsin barədə qərarına təsir göstərə biləcək amilləri (televiziya, reklam, ətraf mühit) sadalaya bilirsə.

İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər

İd.IV.2. Şagirdin fiziki fəallıqda iştirak etmək üçün zəruri hərəki qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır ( yer dəyişmək, qaçmaq, təqib etmək; manipulyasiya, ayaqla zərbə, tutmaq; tarazlığı saxlamaq; bədənin ağırlığını bir ayaqdan o birisinə keçirmək, yaxud bir əldən o birisinə keçirmək).

Nəticə göz önündədir, əgər şagird:



  • ritmik məşq zamanı müxtəlif növ və sürətli hərəkətləri bir-biri ilə uyğunlaşdıra bilirsə, musiqinin müşayiəti ilə ritmi dəyişə bilirsə;

  • komanda oyunları (futbol, basketbol, voleybol, əltopu, reqbi) zəruri olan əsas elementlərdən istifadə edə bilirsə;

  • qaçış zamanı müxtəlif məsafədən topu hədəfə atırsa, başqa oyunçuya ötürə bilirsə;

  • driblinq zamanı topu saxlaya, ayağı ilə başqa oyunçuya ötürə bilirsə;

  • şalbandan, gimnastika divarından və kanatdan əlləri ilə asıla, özünü darta, fırlana, əlini dəyişə, əllərini dəyişməklə yerini dəyişə bilirsə;

  • gimnastika stulunda, idman aləti üzərində gəzərkən müvazinəti saxlaya, gimnastika divarında müxtəlif növ məşqləri yerinə yetirə bilirsə;

  • alçaq hündürlükdən atılarkən atılma yerini və istiqamətini dəyişə bilirsə.

İstiqamət: fəal iştirak

İd.IV.3. Şagird onun sağlamlığını yaxşılaşdıra biləcək əsas fiziki fəallıqlarda iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • proqramla nəzərdə tutulmuş fiziki fəallıqlarda iştirak edə bilirsə;

  • müəllimlə birlikdə onun məqsədləri və ya sağlamlığı və bədəninin vəziyyəti ilə əlaqədar zəruri fiziki məşqləri planlaşdıra və müntəzəm yerinə yetirə bilirsə.



İd.IV.4. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin məqsədi planlaşdırmaq, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyati əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır.

Nəticə göz önündədir, əgər şagird:



  • fiziki fəallığı planlaşdırır, məqsədi müəyyənləşdirir və hərəkət planını tərtib edə bilirsə (müəyyənləşdirir ki, məqsədə çatmaqda ona kim kömək göstərə bilər, məqsədə çatıb-çatmadığını necə bilməlidir);

  • oyun qaydalarına və etiketə riayət edirsə; həm qələbəni, həm də məğlubiyyəti ləyaqətlə qarşılaya bilirsə;

  • başqa oyunçulara hörmətlə yanaşa bilirsə (nəzakətlə söhbət edir, başqasının fikrinə diqqət yetirir, mübahisə zamanı diqqətlidir);

  • məhdud fiziki imkanlı həmyaşıdları ilə, başqa cinsdən, böyük və kiçik yaşlı tərəfdaşlarla birlikdə fiziki fəallıqlarda həvəslə iştirak edir;

  • onun üçün arzu olunmayan təkliflərə nəzakətlə rədd cavabı verirsə; öz mövqeyini təsdiq etmək üçün dəlillər gətirə bilirsə;

V Sinif

İdman

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Sağlamlıq və təhlükəsizlik

Hərəkət və hərəki qabiliyyət və vərdişlər

Fəal iştirak

İd.V.1. Şagird sağlamlığı cəmiyyətdə uğurla yaşamağın ön şərti kimi müəyyənləşdirə bilər.


İd.V.2. Şagirdin fiziki fəallıqda iştirak etmək üçün zəruri hərəki qabiliyyət-vərdişləri aşkara çıxarmaq qabiliyyəti vardır ( yer dəyişmək, manipulyasiya, müvazinəti qoruyub-saxlamaq).


İd.V.3. Şagird onun sağlamlığını yaxşılaşdıra biləcək əsas fiziki fəallıqlarda iştirak edə bilər.
İd.V.4. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin məqsəd, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyati əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır.


İlin sonunda nail olunacaq nəticələr və onların indikatorları

İstiqamət: sağlamlıq və təhlükəsizlik

İd.V.1. Şagird sağlamlığı cəmiyyətdə uğurla yaşamağın ön şərti kimi müəyyənləşdirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • izah edə bilirsə ki, nə üçün onun rifahı sağlamlıqdan asılıdır və zəif sağlamlıq nəyə görə pis nəticələrə gətirib-çıxarır (zəif bədən, təhsildə gerilik, aşağı idman göstəriciləri);

  • kalorinin nə olduğunu, onun funksiyası və təyinatını izah edə bilirsə;

  • ailə üzvləri, dostlar və ümumiyyətlə, insanlar arasında sağlam münasibətləri şərtləndirən amilləri (inam, vicdanlılıq, qayğıkeşlik) tanıyır;

  • alkoqolun orqanizmə qısa və uzun müddətli təsirini təsvir edə bilir;

  • alkoqol qəbul etmək və ya tütün çəkmək təklif olunarkən insanın təsirdən necə yaxa qurtaracağını (imtina etmək, oradan uzaqlaşmaq) təsvir edə bilirsə.

İstiqamət: hərəkət və hərəki qabiliyyət və vərdişlər

İd.V.2. Şagirdin fiziki fəallıqlarda iştirak etmək üçün zəruri hərəki qabiliyyət və vərdişləri aşkara çıxarmaq bacarığı vardır ( yer dəyişmək, manipulyasiya, müvazinəti qoruyub-saxlamaq).

Nəticə göz önündədir, əgər şagird:



  • müxtəlif növ və sürətli hərəkətləri (qaçış, hoppanmaq, atılmaq, dar dayaq üzərində müvazinəti saxlamaq, müxtəlif ölçülü, formalı və ağırlıqlı əşyaları tutmaq, hədəfə atmaq, məsafəni müəyyənləşdirmək) bir-biri ilə uyğunlaşdırmaq;

  • müxtəlif komanda oyunlarının (futbol, basketbol, voleybol, əltopu, reqbi) əsas fəndlərini, qaydalarını, səsli siqnallarını tətbiq edə bilirsə;

  • musiqinin müşayiəti ilə ritmik və rəqs hərəkətlərini yerinə yetirə bilirsə;

  • yer dəyişərkən komanda yoldaşından ötürülmüş topu tuta və dəqiq ötürə bilirsə.

İstiqamət: fəal iştirak

İd.V.3. Şagird onun sağlamlığını yaxşılaşdıra biləcək əsas fiziki fəallıqlarda iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • proqramla nəzərdə tutulmuş fiziki fəallıqlarda iştirak edirsə;

  • fərdi məqsədlərlə əlaqədar fiziki məşqləri müntəzəm yerinə yetirə bilirsə;

  • məşq və fiziki fəallıqlar zamanı təhlükəsizlik qaydalarına əməl edə bilirsə;

  • zamanın müəyyən intervalları ilə tədris ili müddətində öz nailiyyətlərini yoxlaya bilirsə.

İd.V.4. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin qarşısına məqsəd qoymaq, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyati əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır.

Nəticə göz önündədir, əgər şagird:



  • komanda oyunlarında iştirak edən zaman öz funksiyasını yerinə yetirə və məsuliyyət daşıya bilirsə;

  • komandada lider olmağa, bununla yanaşı oyunda iştirakçıların maraqlarını nəzərə almağa çalışa bilirsə;

  • başqalarının irəli sürdüyü təşəbbüslərlə münasibətdə diqqətlilik göstərə bilirsə və bu barədə öz fikrini söyləyə bilirsə;

  • məhdud fiziki qabiliyyətə malik həmyaşıdları ilə, başqa cinsdən, yaşlı və kiçik yaşlı partnyorlarla birlikdə fiziki fəallıqlarda həvəslə iştirak edirsə;

kiçikyaşlı uşaqlarla münasibətdə onların problemlərinə maraq göstərirsə, onlara oyunun texnikasını öyrədirsə;

  • həyətdə və ya ondan kənarda bitkilərə zərər verməyə, zibil atmağa, heyvanlara münasibətdə qəddarlıq göstərməyə və başqa bu cür hərəkətlərə öz etirazını bildirirsə.

VI Sinif

İdman

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Sağlamlıq və təhlükəsizlik

Hərəkət və hərəki qabiliyyət-vərdişlər

Fəal iştirak

İd.VI.1. Şagird sağlamlığı cəmiyyətdə uğurlu həyatın ön şərtlərindən biri kimi müəyyənləşdirə bilər.
İd.VI.2. Şagirdin özünün və başqalarının təhlükəsizliyini müdafiə etmək və tənqidi vəziyyətlərin qarşısını almaq qabiliyyəti inkişaf etdirilmişdir.



İd.VI.3. Şagirdin fiziki fəallıqda iştirak etmək üçün zəruri hərəki qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır ( yerdəyişmə, manipulyasiya etmə, müvazinəti saxlamaq).


İd.VI.4. Şagird onun sağlamlığını yaxşılaşdıra biləcək əsas fiziki fəallıqlarda iştirak edə bilər.

İd.VI.5. Fiziki fəallıqlarda iştirak etmək əsasında şagirdin qarşıya məqsəd qoymaq, qərar qəbul etmək, məqsədyönlü hərəkət, problemləri həll etmək, insanlarla əlaqə kimi həyat əhəmiyyətli qabiliyyət-vərdişləri aşkara çıxarmaq bacarığı vardır.

Yüklə 61,26 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin