Nitqin psixi inkişafın başqa tərəfləri ilə əlaqəsi R.E. Levina tərəfindən irəli sürülmüş nitq pozğunluqlarının analizinin üçüncü prinsipi uşağın nitqinin psixi inkişafın başqa
tərəfləri ilə əlaqəsidir.L.S. Viqotski, A.N. Leontyeva, A.R.Lyriya və başqa alimlər göstərmişlər ki, insani davranış formaları, nitq, psixi funksiyalar və qabiliyyətlər uşağa anadangəlmə verilmir. Onlar uşaqda içtimai həyat şəraiti zamanı məqsədyönlü təlimin və tərbiyənin həlledici təsiri altında formalaşır.
Uşaqda bütün psixi proseslər - qavrayış, yaddaş, diqqət, təfəkkür, təxəyyül, məqsədyönlü davranış, birbaşa nitqin iştirakı ilə inkişşf edir (L.S. Viqotski, A.R.Lyriya, A.V. Zaporojes və başqaları).
Nitq pozğuntusu zamanı uşaqla müvafiq korreksiyaedici tədbirlər aparılmazsa onun intellektyal inkişafının tempi ləngiyə bilər. Nitq defektinin təsirindən o, ətrafdakılarla az ünsiyyətdə olur və bununla bağlı təsəvvür dairəsi xeyli məhtudlaşır, təfəkkür inkişafının tempi ləngiyir.
Nitqin psixi inkişafın başqa tərəfləri ilə əlaqəsi fərdi formada və nitqin hər bir komponenti üçün spesifik şəkildə həyata keçir. Məsələn, səs tələffüzünün düzgün inkişafı nitq aparatının hərəki- kinestetik funksiyasının, eşitmə qavrayışının və onlar arasında qarşılıqlı əlaqənin qorunub saxlanmasından və beyinin analiz- sintez fəaliyyətindən asifidir. Bu uşaqda öz tələffüzünü düzgün tələffüzlə həmişə müqayisə etmək və düzgün tələffüzə cəht göstərmək imkanını müəyyənləşdirir. Beyin fəaliyyətinin analiz- sintez çatışmazlığı zamanı uşaq özünün defekt səs tələffüzünü düzgün tələffüzlə müqayisə etmir, onda nitqinə özü - özünə nəzarət olmur.
Nitqin qavramasında və səs analizi prosesində beyinin analiz-sintez fəaliyyəti çox böyük rol oynayır. Analiz - sintez fəaliyyətinin köməkliyi ilə uşaq bəzi fonemlərin əlamətlərini ümumiləşdirməyə və onları başqalarından fərqləndirməyə başlayır.
Nitqin leksik-qramatik və məna tərəfinin inkişafında təfəkkür prosesi əhəmiyyətli yer tutur. Uşaq eşitdiyi sözləri əşyanın, fəaliyyətin mənasıyla əlaqələndirə və müqayisə edə bilirsə onda lüğət ehtiyyatı və qrammatik quruluşu mənimsəmə müvəffəqiyyətlə keçir.
Beləliklə, nitq təfəkkür prosesinin və başqa psixi proseslərin formalaşmastyla sıx qarşı'ıqlı əlaqədə inkişaf edir və s..
Nitq pozğunluqlarının analizi zamanı loqoped uşağın sağlamlığının ümumi vəziyyətinin xüsusiyyətlərini, hərəki sahəsinin
vəziyyətini, görməni, eşitməni, intellekti, temperamentinin xüsusiyyətlərini və orqanizminin quruluşunu nəzərə almalıdır.
Nitq pozğunluqlarının bir çox növləri, xüsusən nevrotip xarakterli pozulmalar, anadangəlmə uşaq əsəb xəstəlikləri (nevro- patiya) nəticəsində yaranır. Eyni zamanda uşağın yaşı, sosial və ailə mühiti, etioloji və patogenetik faktorları da nitq pozğunluqlarının analizi zamanı öyrənilməlidir.
Nitqin psixi inkişafın başqa tərəfləri ilə əlaqəsi əsasında aparılan nitq pozğunluqlarının analizi zamanı uşaqların öyrənilməsində kompleks yanaşmadan istifadə etmək lazımdır. Çünki nitq pozğunluqlarının hərtərəfli kompleks analizi müxtəlif növ nitq pozğunluqlarının defekt quruluşunu izah etməkdə, onların diaqnostikasında, elmi əsaslarla aradan qaldırılmasında və qarşısının alınmasında cox böyük əhəmiyyətə malikdir.