Loqopediya elmi haqqında anlayış. Loqopediya, onun mövzusu, vəzifəsi və əhəmiyyəti


Loqopedik işin əsas pedaqoji prinsipləri



Yüklə 110,15 Kb.
səhifə2/7
tarix14.12.2022
ölçüsü110,15 Kb.
#74588
1   2   3   4   5   6   7
mövzu 1 (1)

Loqopedik işin əsas pedaqoji prinsipləri
Loqopediya xüsusi pedaqoji elmlərlə bir sırada dayanır (surdopedaqogika, oliqofrenopedaqogika, tiflopedaqogika, hərəki pozğuntusu olan uşaqların təlimi və tərbiyəsi), onlarla eyni metodoloji əsasa və xüsusi məqsədə xidmət edir: uşaqlarda defektin maksimum aradan qaldırılması (nitq pozğunluqlarının) və
onların əmək fəaliyyətinə hazırlanması. Loqopedik təsirin əsas prinsiplərini aydınlaşdırmağın mürəkkəbliyi onunla bağlıdır ki, müxtəlif yaş dövründə insanların loqopedik köməkliyə ehtiyacı clur (məktəbəqədər, məktəb, yaşlı dövr), nitq pozğunluqları və onların yaranma səbəbləri çox müxtəlif olur, insanın ümumi inkişafına və təliminə, nitqin kommunikativ funksiyasının, xarakterinin formalaş­masına, əmək və içtimai həyatda iştirakına nitq pozğunluqları müxtəlif cür təsir edir.
Loqopediya pedoqoji elm kimi öz təcrübəsində ümumpedo- qoji prinsiplərə əsaslanır. Nitq pozğunluqlarının vacib problemlərini və onların korreksiyasını həll etnək məqsədiylə loqopediya dialek­tik-materialist metodologiyaya əsaslanan prinsip və metodlardan istifadə edir.
Bu baxımdan loqopediya aşağıdakı əsas prinsiplərə əsaslanır:
sistemlilik, komplekslik, inkişaf prinsipi, nitq pozğuntusunun uşağın psixi inkişafının başqa tərəfləri ilə qarşılıqlı əlaqəsi, araşdırma, fəal yanaşma, ontogenik prinsip, etiopatogenetik orinsip (etiologiyanın və mexanizmin qeydiyyatı prinsipi), nitq defektinin quruluşunun və pozulmanın simptomatikasının qeydiy­yatı, dolayı yol prinsipi, ümumdidaktik və başqa prinsiplər.
Nitq pozğunluqlarının öyrənilməsi və korreksiyası zamanı didaktik prinsiplər əsas yer tutur.'
Pedaqoqikanın didaktik prinsipləri aşağıdakılardır:

  1. Aparılan işlərin tərbiyəedici xarakterliliyi.

  2. Uşaqların şəxsiyyətinin hərtərəfli inkişafi.

  3. Uşaqların şüurluluğu və fəallığı.

  4. Yaş xüsusiyyətinin nəzərə alınması və materialın sadəliyi,

münasibliyi.

  1. Kollektiv iş şəraitində fərdi yanaşma.

  2. Yaradılmış bilik və bacarığın davamlılığı.

  3. Təlimdə əyanilik.

  4. Təlimdə elmilik və sistemlilik.

  5. Təlim prosesində müəllimin həlledici rolu.

Loqopediyanın xüsusi vəzifəsindən, bu və ya digər tərkibdə məşğul olanların spesifik xüsujiyyətlərlncən asılı olaraq göstəribi! prinsiplər loqopedin işinə istiqamət verir, dəyişdirir.
Loqopediyanın elmi metodları
i Loqopediyanın bir elm kimi metodlarını şərti olaraq bir neçə qrupa bölmək olar.
Birinci qrup - təşkilati metodlar: müqayisəli, longityudinal (dinamikanın tədqiq edilməsi), komplekslik.
İkinci qrup - emprik metodlar: müşahidə, eksperiment (laborator, təbii təşkil edilmiş və ya psixoloji eksperiment), psixo- diaqnostik (test, standartlaşdırma, anket, söhbət, müsahibə), anamnestik məlumatların toplanması və analizi.
Üçüncü qrup - toplanmış məlumatların kəmiyyət və keyfiyyətinin analizi (riyazi-statestik), elektron hesablama maşının­dan istifadə etməklə məlumatlara düzəliş vermək.
Dördüncü qrup - interpretasion metodlar: öyrənilən hadi­sələr arasında əlaqənin nəzəri araşdırılması üsulları (bütöv bir hadisəylə ayrı-ayrı parametrlərin arasında, funksiya ilə şəxsiyyət arasında, hissəylə bütöv arasında əlaqə). Müayinə zamanı texniki vasitələrdən geniş istifadə etmək. Bu da müayinənin obyektivliyini, bütövlükdə nitq fəaliyyətinin ■ dinamikasını və onun ayrı-ayrı komponentlərini öyrənməyə imkan veri

Nitq pozğunluqlarının etiologiyası və təsnifatı


Nitq pozğunluqlarının etiologiyası
Etiologiya termini yunan sözüdür, səbəb haqqında elmdir, (etio-səbəb, loqos-elm,təlim deməkdir), Səbəb haqqında elm kimi etioloqiyanın inkişafı tibbi və təbii elmlərin bir sıra ümumi elmi tə­rəqqisi ilə sıx əlaqədədir.
Nitq pozğunluğlarının etiologiyası problemi xəstəliklərin yaranma səbəblərinin ümumi öyrənilməsiyiə paralel özünün tarixi inkişaf yolunu keçmişdir.
Mələ qədim dövrlərdə yunan filosofu və həkimi Hippokrat (460-377b.e.ə.) bir sıra pozğunluqların (xüsusən kəkələmənin) beyin zədələnməsi nəticəsində yaranma səbəblərini göstərmişdir. Başqa yunan filosofu Aristotel (B.e.ə. 384-322) nitqyaranma prosesini periferik nitq aparatının anatomik quruluşu ilə əlaqə­ləndirmiş və nitq pozğuntusunun yaranma səbəbini sonuncunun pozulmasıyla müəyyən etmişdir. Beləliklə, antik alimlərinin tədqiqatlarında nitq pozğunluqlarının səbəbləri iki istiqamətdə izah olunur.
Bunlardan birincisi Hippokrata əsaslanır və nitq pozğun­luqlarının yaranmasında aparıcı rol baş beyinin zədələnməsi ilə bağlıdır.
İkincisi öz mənbəyini Aristoteldən - periferik nitq aparatının pozulmasından ğötürür. Bu iki nöqteyi - nəzər nitq pozğunluq­larının səbəblərinin öyrənilməsinin növbəti mərhələsinə qədər qüvvədə qalmışdır.
XX - əsrin 20 - ci illərindən nitq pozğunluqlarının etiologi- yası daha intensiv tədqiq edilməyə başlanılmışdır. Bu illərdə tədqiqatçılar yaranma səbəblərindən asılı olaraq nitq pozğunluqla­rını təsnif etməyə ilk cəhtlər göstərmişlər. Məsələn, S.M. Dobroqa- yev (1922) nitq pozğunluqlarının səbəbləri kimi “ali sinir fəaliyyətinin xəstəliyini”, anatomik nitq aparatında potoloji dəyişikliyi, uşaqlıq dövründə tərbiyədə çatışmazlığı və ümumi “orqanizmin nevropatik vəziyyəti” ni göstərmişdir.
M.E. Xvatsev ilk dəfə olaraq nitq pozğunluqlarının bütün səbəblərini daxili (endogen) və xarici (ekzogen) səbəblərə ayırmış və xüsusi olaraq onların sıx qarşılıqlı əlaqəsini göstərmişdir. O, eyni zamanda mövcud səbəbləri orqanik (anatomik - fizioloji), funksional (psixogen), sosial - psixoloji və psixonevroloji səbəblərə ayırmışdır.
Organik səbəblərə bətndaxili dövrdə, doğuş zamanı və ya doğuşdan sonra beynin inkişafdan qalması və zədələnməsi, periferik nitq orqanlarının müxtəlif cür orqanik pozqunluqları aiddir. Onun tərəfindən bunlar orqanik mərkəzi və orqanik periferik səbəb­lərə (eşitmə orqanlarının zədələnməsi, damağın parçalanması və artikuJyasiya aparatının başqa morfoloji dəyişkənliyi) ayrılmışdır.
M.E.Xvatsev funksional səbəbləri İ.P.Pavlovun mərkəzi sinir sistemlərinin oyanma və tormozlanma prosesinin qarşılıqlı nisbətinin pozulması təliminə əsaslanaraq izah etmişdir. O,orqanik və funksional, mərkəzi və periferik səbəblərin biri-birinə qarşılıqlı təsirini də qeyd etmişdir.
Psixonevroloji səbəblərə o, əqli geriliyi, yaddaş, diqqət poz- ğuntusunu və başqa psixi funksiyaların pozulmasını aid etmişdir.
M.E.Xvatsev sosial - psixoloji səbəblərə ətraf mühitin nitqə müxtəlif cür mənfi, arzu olunmaz təsirlərini aid edir. Buna kar valideynlərin tərbiyə etdiyi eşidən uşağın nitqinin inkişafdan qal­masını, uzun müddət xəstə olan və qospitalizə edilən uşağın nit­qinin inkişafdan qalmasını, ailədə uzun müddət psixotravmsiik

şəraitdə uşaqda kəkəcliyin yaranmasını və s. misal göstərmək olar.
Uşaqlarda məktəbəqədər yaş dövründə nitq tez təsirlənən funksional sistemdir və mənfi təsirlərə tez məruz qalır. Nitq defektlərinin bəzi növlərini göstərmək olar ki, yamsılama yoluyla yaranır. Məsələn, I, r səslərinin defekt tələffüzü, nitqin tempinin potoloji sürətlənməsi və s.. Nitq funksiyası inkişafının kritik dövrlərində əyintilərə daha tez məruz qalır və 1-2, 3 və 6-7 yaşda nitqin pozulması üçün şərait yaradır.
Uşaq nitqinin patologiyasının əsas səbəblərini qısaca xarakterizə edək:

  1. Müxtəlif bətndaxili natologiya dölün inkişafının pozulmasına səbəb olur. 4-həftəliyindən 4-aylığına qədərki dövrdə dölün inkişafının pozulması zamanı daha ağır nitq defekti yaranır. Hamiləlik zamanı toksikoz, viruslu və endokrin xəstəliklər, travma, rezus - faktora əsasən qan uyğunsuzluğu və s. xəstəliklər nitq patologiyasının yaranmasına səbəb olur.

  2. Doğuş zamanı doğuş travması və asfiksiya (tənəffüz pozulması nəticəsində beynin oksigenlə təchizatının çatışmazlığı) nəticəsində beynə qan sızma.

  3. Uşağın ilk yaş dövrlərində müxtəlif xəstəliklər keçirməsi.

Təsir vaxtından və beyin zədəsinin lokallığından asılı olaraq müxtəlif tipli nitq defektləri yaranır. Xüsusən infeksion - viruslu xəstəliklər, meningo-ensefalit və erkən mədə- bağırsaq pozğuntusu nitq inkişafı üçün çox təhlükəlidir.

  1. Beyin silkələnməsi ilə müşayiət edilən kəllə travması.

  2. İrsi faktorlar.

Bu halda nitq pozğuntusu sinir sisteminin ümumi pozulmasının ancaq bir hissəsini təşkil edir, intellektual və hərəki çatışmazlıqla birləşir.

  1. Əlverişsiz sosial-məişət şəraiti mikrososial'pedaqoji baxım­sızlığa, vegetativ disfunksıyaya, emosional-iradi sahənin pozulmasına, nitq inkişafının defisitliyinə səbəb olur.

Yuxarıda göstərilən hər bir səbəb və onların birləşməsi
nitqin müxtəlif tərəflərinin pozulmasına səbəb ola bilər.
Pozğuntunun yaranma səbəbinin analizi zamanı nitq defektinin
sağlam analizatorlar və funksiyalarla əlaqəsini nəzərə almaq lazımdır ki, korreksiyaedici təlim zamanı ondan konpensasiya mənbəyi kimi istifadə edilsin.
Nitq inkişafındakı müxtəlif növ anomallığın erkən diaqnosti­kası çox əhəmiyyətlidir. Əgər nitq defekti uşaq məktəbə daxil olarkən və ya aşağı siniflərdə oxuyarkən aşkar edilirsə, onu konpensasiya etmək çətin olur və uşağın müvəffəqiyyətinə mənfi təsir göstərir. Əgərsə əyinti, uşaqda kiçik və ya məktəbəqədər yaşda*aşkar edilirsə, erkən tibbi və pedaqoji korreksiya onun məktəbdə mükəmməl təhsil almaq imkanını əhəmiyyətli dərəcədə artıra bilər.
İnkişafında əyintilər olan uşaqların erkən aşkar edilməsi ilk növbədə aşağıdakı ailələrdə aparılır:

  1. Bu və ya digər defektlə uşaq olan ailələrdə.

  2. Valideynlərdən birində və ya hər ikisində əqli gerilik, şizof- reniya xəstəliyi, eşitmə pozğuntusu olan ailələrdə.

  3. Hamiləlik dövründə kəskin infeksion xəstəlik, ağır toksikoz keçirmiş ana olan ailələrdə.


  4. Yüklə 110,15 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin