Bətndaxili hipoksiya (oksigen çatışmazlığı), doğuş asfik- siyası, travma, neyroinfeksiya və ya həyatının ilk aylarında kəllə - beyin travması keçirən uşaq olan ailələrdə.
Beləliklə, nitq pozğuntusuna səbəb olan etioloji faktorlar * çox mürəkkəb və polimorfdur. Nitq pozğunluqlarının etiologiyasının
analizi nitq mexanizminin zədələnməsi və disfunksiyası ilə bağlı -i . “birinci” nitq pozğuntusunu “ikincidən”, uşaqlarda müşahidə olunan intellekt pozğuntusundan və ya sensor defektdən, müxtəlif mərkəzi sinir sistemi xəstəliklərindən ayırmağa köməklik edir.
& Nitq pozğunluqlarının analizinin prinsipləri. Nitq pozğunluqlarının analizinin məqsədi defektin quruluşunu aydınlaşdırmaq və uşaq yaşlarında nitq patologiyasının tədqiqatı istiqamətinin və məzmunun elmi əsaslarını verməkdir. Nitq pozğunluqlarının analizinin prinsipləri onların təsnifatının əsasını, qarşısının alınması, aradan qaldırılması və korreksiyası yollarının və metodlarının elmi əsaslarla işlənib hazırlanmasını təşkil edir.
ilk tədqiqatçılardan biri olan R. E. Levina, pedaqoji elm kimi, ioqopedik üsullara adekvat olaraq nitq pozğunluqlarının analizinin prinsiplərini çox qısa və dürüst ifadə etmişdir. O, uşaqlarda nitq patologiyasının pedaqoji tədqiqinin istiqamətini və məzmununun analizini üç prinsiplə vermişdir:
inkişaf prinsipi;
sistemli yanaşma prinsipi;
uşağın psixi inkişafının başqa tərəfləriylə nitqin qarşılıqlı əlaqəsi prinsipi;
Bu prinsiplər loqopediya elminin metodlarının əsasını təşkil edir. Nitq pozğunluqlarının analizi zamanı bunlar əsas və aparıcı prinsiplər hesab edilir.
İnkişaf prinsipi inkişaf prinsipində defektin yaranma prosesinin analizi tələb edilir. Nitq pozğuntusunu göstərən statik təsvirdən əvvəl onun inkişafdan qabaq olan hansı dəyişikliyin məhsulu olması izah edilməlidir. L.S.Vİqodskinin qeyd etdiyi kimi, bu və ya digər əyintinin genezisinə düzgün rəy vermək üçün dəyişikliyin əmələ gəlfriəsini, onun yaranmasını, onlar arasındakı səbəb - nəticə asılılığını fərqləndirmək lazımdır.
Genetik səbəb - nəticə analizini həyata keçirmək üçün onun., inkişafının hər bir mərhələsində funksiyalarının mükəmməl formalaşması üçün şəraitin müxtəlifliyini təsəvvürə gətirmək çox əhəmiyyətlidir. Hər bir formalaşmış psixi funksianın (yaşlılarda) düzgün keçməsini təmin edən və onun törəməsini hazırlayan, onun normal inkişafını təmin edən şərait eyni deyil. Uşaqlarda əksər hallarda, xüsusən pozğunluq bir neçə istiqamətdə biruzə verdikdə, ilk defektin birbaşa nəticəsi ilə yanaşı onun vaxtı uzadılmış fəsadları da böyük rol oynayır. Nitq inkişafındakı pozulmalar bu ümumi qanunauyğunluğa tabe olur. Məsələn, nitq aparatının bəzi zədələnmələrinin birbaşa nəticəsi nitq orqanının hərəkət məhdudluğudur, Artikulyasiya çətinliyi (ağırlığı)müxtəlif dərəcəli tələffüz çatışmazlığı yaradır və eyni zamanda nitq aydın səslənmir.Səslərin düzgün artikulyasiyası həm tələffüzü təmin edir,həm də nitqin başqa funksyalarına xidmət edir.Səslərin çətin tələffüzü nitq səslərinin qavranmadım artikulyasiya nümunələrindən məhrum edir.Səslərin aydın mənimsənilməsi eşidilənləri təkrar etməkdən çox asılıdır. Səslərin aydın mənimsənilməməsi sözün səs tərkibinin qavranmasırıda geriliyə səbəb olur və bu da oz növbəsində yazı pozğuntusuyla nəticələnir.
Başqa bir tələffüz çətinliyi aktiv nitqin məhdudluğuyla nəticələnir.Səslərin mənimsənilməsinin aydın olmaması və bununla bağlı söz ehtiyatının məhtudluğu həm aktiv həm də passiv nitqin inkişafdan qalmasına səbəb olur.
inkişaf qanunuyla aparılan anomal görüntünün analizi sadə əlaqənin yox, qanunauyğun əlaqənin olmasını görməyə imkan verir. Birinci defekt ilkin, ikinci isə birinci defektin əsasında əmələ gəlir. Çox vaxt iknci defektin əsasında üçüncü əyinti də əmələ gəlir və.s.
Beləliklə inkişaf nöqteyi-nəzərindən nitq pozğunluqlarının analizi aparıcı defekti və onunla bağlı ikinci əyintini aydınlaşdırmağa imkan verir.