463. Aşağıdakılardan hansı uşaqlarda eşitmə patologiyasının risk faktoru deyil?
A) Sefalosporinlərin tətbiqi
B) Aminoqlikozidlərin tətbiqi
C) Qohum nigahlar
D) Doğuş travması
E) Doğularkən asfiksiya
464. Eşitmənin ali mərkəzi harada yerləşir?
A) Gicgah payında
B) Dört təpəli cisimdə
C) Körpu – beyincik üçbucağında
D) 4-cü mədəciyin dibində
E) Zeytunlarda
465. Səsi qəbul edən aparatın bir tərəfli patalogiyasında Veber sınağı zamanı səs hara lateralizasiya
olunur?
A) sağlam qulağa
B) xəstə qulağa
C) hər iki qulağa
D) təpə nahiyəsinə
E) ənsə nahiyəsinə
466. Eşitmənin protezləşdirilməsi nə deməkdir?
A) eşitmə aparatından istifadə etməklə eşitmənin , səslərin qəbulunun yaxşılaşdırılması
B) timpanoplastika etməklə eşitmənin yaxşılaşdırılması
C) üzənginin hərəkətini bərpa etməklə eşitmənin yaxşılaşdırılması
D) konservativ müalicə ilə eşitmənin bərpası
E) təbil boşluğunun şuntlanması
Dostları ilə paylaş: |