560. Bazal meningiti xarakterizə edən simptomları göstərin
A) meninqeal simptomlar, kəllə sinirlərinin parezi
B) üz sinirinin mərkəzi iflici, qıcolmalar
C) ətrafların parezi yaxud iflici
D) infeksion xəstəliklər simptomu
E) adiodoxokinez
561. Otogen beyin və beyincik absesləri adətən hansı mərhələdə diaqnostika olunur?
A) manifestasiya
B) başlanğıc
C) latent
D) terminal
E) başlanğıc və latent
562. Otogen abseslərin 3-cü mərhələsi necə adlanır?
A) aydın mərhələ
B) başlangıc mərhələ
C) gizli mərhələ
D) son mərhələ
E) aralıq mərhələ
563. Hansı qrup simptomlar otogen beyin abseslərinin 3-cü mərhələsi üçün xarakterdir?
A) ümumi beyin simptomları və ocaqlı simptomlar
B) infeksion xəstəliklər simptomları
C) meningeal simptomlar
D) ümumi beyin simptomları, meningeal simptomlar
E) dislokasiya simptomlar
564. Otogen beyin və beyincik abseslərinin klinikasında kəllədaxili təzyiqin qalxma səbəblərini
göstərin
A) beyin toxumasında irin ocağı, beyin ödemi
B) irinli orta otit, göz dilində durğunluq, şüurun pozulması
C) beyin strukturlarının bir-birinə münasibətdə yerdəyişməsi
D) beyin mərkəzlərinin zədələnməsi
E) labirintin hidropsu
565. Otogen beyin abseslərinin ətrafında kapsulanın yaranması nə zaman baş verir?
A) absesin yaranmasından bir neçə həftədən sonra
B) absesin yaranmasının ilk günlərində
C) abses yarananmasından 7-10 gün sonra
D) abses yaranandan 4 ay sonra
E) abses yaranandan 1 il sonra
566. Otogen meningit zamanı beyin-onurğa beyni mayesinin müayinəsinin klinik əhəmiyyəti nədir?
A) diaqnozu təsdiqləmək üçün vacibdir və müalicəvi əhəmiyyətə malikdir
B) diaqnoz qoymaq üçün köməkçi əhəmiyyəti var
C) diaqnostik əhəmiyyəti yoxdur
D) yalnız kəllədaxili təzyiqi azaltmaq üçün lazımdır
E) prosesin labirint mənşəli olmasını dəqiqləşdirmək üçün
567. Diffuz irinli meningit zamanı beyin-onurğa beyni mayesindəki xarakterik dəyişikliklər
hansılardır?
A) 1 mkl. likvorda sitoz 500-dən çoxdur
B) 1 mkl. likvorda sitoz 10-dur
C) 1 mkl. likvorda sitoz 100-ə qədərdir, limfosit
D) 1 mkl. likvorda sitoz 50-dən çox deyil
E) 1 mkl. likvorda sitoz 70-80-dir
568. Seroz meningit zamanı beyin-onurğa beyni mayesindəki xarakterik dəyişikliklər hansılardır?
A) 1 mkl. likvorda hüceyrə 100-200 olur, limfositlərin sayı artır
B) 1 mkl. likvorda sitoz 500-dən çoxdur, neytrofillərin sayı artır
C) 1 mkl. likvorda hüceyrə 10
D) likvorda sitoz olmur
E) 1 mkl. likvorda 300-400 neytrofil var
Dostları ilə paylaş: |