483. Nə üçün qulaq qıfını xarici qulaq keçəcəyinə salanda öskürək əmələ
gəlir?
A) azan sinirin qıcıqlanması nəticəsində
B) üçlü sinirin qıcıqlanması nəticəsində
C) simpatik sinirin refleksi nəticəsində
D) dil-udlaq sinirin refleksi sayəsində
E) təbil telinin qıcıqlanması sayəsində
484. Bunlardan hansı orta qulaq törəmələrinə daxil deyil?
A) xarici qulaq keçəcəyi
B) eşitmə borusu
C) təbil boşluğu
D) mağara
E) məməvari çıxıntı
485. Otoskopiya zamanı təbil pərdəsinin tanınma nöqtələrinə hansı aid
deyil?
A) qıvrım
B) işıq konusu
C) çəkicin dəstəyi
D) çəkicin kiçik çıxıntısı
E) ön və arxa büküşlər
486. Təbil pərdəsinin gərginləşmiş hissəsi sallanmış hissədən nə ilə
fərqlənir?
A) fibroz qatın olması ilə
B) selikli qatının olmaması ilə
C) epidermis qatının olması ilə
D) selikli qişa qatının olması ilə
E) ancaq fibroz qatdan təşkil olunması ilə
Dostları ilə paylaş: |