478. Xarici qulaq hansı anatomik törəmələrdən təşkil olunmuşdur?
A) qulaq seyvanı və xarici gulaq keçəcəyi
B) daxili qulaq keçəcəyi və təbil boşluğu
C) təbil boşluğu
D) məməvari çıxıntı
E) eşitmə sümükçükləri
479. Qulaq seyvanının hansı anatomik hissəsində qığırdaq yoxdur?
A) sırğalıq
B) qıvrım
C) qarşı qıvrım
D) traqus
E) qulaq seyvanı ləyəni
480. Xarici qulaq keçəcəyinin yuxarı divarı nə ilə həmsərhəddir?
A) orta kəllə çuxuru ilə
B) ön kəllə çuxuru ilə
C) təbil boşluğu ilə
D) gicgah-çənə oynağı ilə
E) arxa kəllə çuxuru ilə
481. Xarici qulaq keçəcəyinin arxa divarı nə ilə həmsərhəddir?
A) məməvari çıxıntı hücrələri ilə
B) orta kəllə çuxuru ilə
C) glandula parotislə
D) gicgah-çənə oynağı ilə
E) arxa kəllə çuxuru ilə
482. Xarici qulaq keçəcəyinin hansı hissəsində furunkul əmələ gəlir?
A) qığırdaq hissəsində
B) sümük hissəsində
C) həm qığırdaq, həm sümük hissədə
D) xarici qulaq keçəcəyində furunkul əmələ gəlmir
E) istmus hissəsədə
Dostları ilə paylaş: |