Lor. Mpf V kurs. Az sektor. Hansı əlamətlər adenotomiya əməliyyatına göstərişdir


Aşağıda sadalananlardan hansı otogen kəllədaxili ağırlaşmalara aid



Yüklə 84,52 Kb.
səhifə124/139
tarix02.01.2022
ölçüsü84,52 Kb.
#1189
1   ...   120   121   122   123   124   125   126   127   ...   139
535. Aşağıda sadalananlardan hansı otogen kəllədaxili ağırlaşmalara aid

deyil?

A) subaraxnoidal qansızma

B) ekstradural abses

C) subdural abses

D) baş beyin absesi

E) meninqit



536. Sərt beyin qişasının otogen mənşəli iltihabı necə adlanır?

A) paximeninqit

B) araxnoidit

C) meninqit

D) leptomeninqit

E) subdural abses



537. Subdural abses zamanı irin harada toplanır?

A) sərt və hörümçəktorunabənzər qişaların arasına

B) kəllə sümükləri ilə sərt beyin qişasının arasına

C) yumşaq beyin qişasının altına

D) sərt beyin qişası qatları arasına

E) beyin toxumasına



538. Otogen kəllədaxili ağırlaşmalar zamanı infeksiya kəllə boşluğuna bu yolların hansısı ilə yayılmır?

A) eşitmə borusu ilə

B) kontakt yol

C) perinevral yol

D) perivaskulyar yol

E) labirintogen yol



539. Labirintit zamanı kəllədaxili ağırlaşma əsasən harada müşahidə

olunur?

A) arxa kəllə çuxurunda

B) orta kəllə çuxurunda

C) ön kəllə çuxurunda

D) ön və orta kəllə çuxurlarında

E) kəllə əsasında



540. Orta otitin hansı formasında kəllədaxili ağırlaşmaların yaranma ehtimalı daha yüksəkdir?

A) xroniki irinli epitimpanit

B) xroniki irinli mezotimpanit

C) xroniki irinli hipotimpanit

D) eksudativ otit

E) seroz otit



541. Kəskin irinli orta otitdən sonra inkişaf edən ekstradural abses əsasən harada yerləşir?

A) arxa kəllə çuxurunda

B) orta kəllə çuxurunda

C) ön kəllə çuxurunda

D) ön və orta kəllə çuxurlarında

E) kəllə əsasında



542. Xroniki irinli orta otitdən sonra inkişaf edən ekstradural abses əsasən harada yerləşir?

A) orta kəllə çuxurunda

B) arxa kəllə çuxurunda

C) ön kəllə çuxurunda

D) ön və arxa kəllə çuxurlarında

E) kəllə əsasında




Yüklə 84,52 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin