146. Göz yaşı-burun kanalı hara açılır:
A) aşağı burun keçəcəyinə
B) orta burun keçəcəyinə
C) yuxarı burun keçəcəyinə
D) ümumi burun keçəcəyinə
E) sfeno-etmoidal sahəyə
147. Orta burun keçəcəyinə nə açılır:
A) xəlbir labirintinin ön və orta hüceyrələri , alın və əng cibləri
B) göz yaşı-burun kanalı
C) bütün burun ətrafı ciblər
D) xəlbir labirintinin arxa hüceyrələri
E) əsas cib
148. Yuxarı burun keçəcəyinə nə açılır:
A) arxa xəlbir hüceyrələri , əsas cib
B) alın cibi
C) xəlbir labirintinin bütün hüceyrələri
D) göz yaşı-burun kanalı
E) əng cibi
149. Kisselbax sahəsi burun boşluğunda harada yerləşir:
A) burun çəpərinin ön-aşağı hissəsində
B) burun çəpərinin yuxarı hissəsində
C) orta burun balıqqulağının selikli qişasında
D) aşağı burun balıqqulağının selikli qişasında
E) burun boşluğunun dibində
Dostları ilə paylaş: |