157. Burun boşluğunun ön hissəsindən limfa hansı limfa düyünlərinə axır:
A) çənəaltı
B) udlaqarxası
C) ön boyun
D) dərin boyun
E) arxa boyun
158. Aşağı tənəffüs yollarına aiddir:
A) bronxlar
B) burun
C) burunətrafı ciblər
D) qırtlaq
E) udlaq
159. Hansı epiteli burun boşluğunda ötürücü funksiyanı yerinə yetirir:
A) səyrici
B) çoxqatlı yastı
C) kubşəkilli
D) qoxu
E) keçid
160. Xəlbir sümüyünün xəlbir səfhəsindən hansı sinirin lifləri keçir:
A) qoxu
B) azan
C) üçlü sinirin 1-ci şaxəsi
D) üçlü sinirin 2-ci şaxəsi
E) üz
161. Osteometal kompleksə nə aid deyil:
A) aşağı burun balıqqulağı
B) orta burun balıqqulağının ön hissəsi
C) qırmağabənzər çıxıntı və aypara yarıq
D) xəlbir cibi
E) burun çəpərinin orta burun balıqqulağına baxan hissəsi
Dostları ilə paylaş: |