180. Əng cibinin selikli qişasını hansı epiteli örtür:
A) çoxsıralı səyrici silindirik
B) kubşəkilli
C) çoxqatlı yastı
D) təkqatlı yastı
E) təkqatlı silindirik
181. Əng cibində selik hara hərəkət edir:
A) əng cibinin təbii dəliyinə doğru
B) cibin dibindən
C) cibin dibinə doğru
D) cibin təbii dəliyindən
E) öndən arxaya
182. Hansı burunətrafı cib olmur:
A) gicgah cibi
B) alın
C) xəlbir
D) əsas
E) əng
183. Ən çox hansı burunətrafı cibin xəstəliklərinə rast gəlinir:
A) əng
B) alın
C) xəlbir
D) əsas
E) eyni tezlikdə bütün ciblərdə
184. Xəlbir labirinti ön kəllə çuxurundan nə ilə ayrılır:
A) xəlbir səfhə ilə
B) kağız səfhə ilə
C) damaq sümüyünün üfüqi səfhəsilə
D) burun balıqqulağı ilə
E) perpendikulyar səfhə ilə
185. Xəlbir labirintinin hücrələri simmetrik yerləşib:
A) yox
B) hə
C) ancaq uşaqlarda
D) ancaq böyüklərdə
E) yaşlılarda
186. Xəlbir labirinti hansı kəllə çuxuru ilə həmsərhəddir:
A) ön
B) orta
C) arxa
D) ön və orta
E) orta və arxa
187. Böyüklərdə xəlbir hüceyrələrinin sayı nə qədərdir:
A) 8-10
B) 20-40
C) 40-60
D) 24
E) 3-5
Dostları ilə paylaş: |