236. Burun qızılyelinin müalicəsində nə istifadə olunmur:
A) göbələyə qarşı məlhəmlər
B) autohemoterapiya
C) antibakterial preparatlar
D) kvarsla şüalanma
E) vitamin terapiyası
237. Burun çəpərinin əyriliyi zamanı əməliyyata göstəriş:
A) burun tənəffüsünün çətinləşməsi
B) atrofik rinit
C) kəkin rinit
D) xroniki tonzillit
E) iybilmə pozulmaları
238. Burun çəpərinin selikli qişaaltı rezeksiyası zamanı nə xaric edilir:
A) dördbucaq qığırdağın və burun çəpərinin sümük
skeletinin əyilmiş hissələri
B) üçbucaq qığırdaq
C) sesamoid qıgırdaq
D) burun qanadı qigırdağı
E) burun çəpərinin burun arxasına yaxın olan qıgırdağı
239. Burun boşluğunun sinexiyaları nədir:
A) burun çəpəri ilə burunun lateral divarı arasındakı çapıqlı atmalar
B) burun boşluğunun selikli qişasının sklerozlaşmış hissələri
C) burun boşluğunun yuxarı hissələrindəki sümük atmalar
D) burun çəpərinin polipoz törəmələri
E) burun boşluğunun aşağı hissəsindəki qığırdaq atmaları
Dostları ilə paylaş: |