M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   ...   19   20   21   22   23   24   25   26   ...   32
k-rov-M-bariz

SYX "; 

12.  "AR.da  kommunal  xidmətlər  sahəsinin  (istilik  və  elektrik  enerjisi,  qaz  və  su) 

inkişafına aid SYX ". 

Təsdiq  olunan  strateji  yol  xəritələrində  nəzərdə  tutulan  fəaliyyətlərlə 

əlaqədar 

qiymətləndirmə 

və 

komunikasiya 



tədbirlərini, 

monitirinqi 

Kommunikasiya Mərkəzi və İqtisadi İslahatların Təhlili reallaşdırır. 

AR.  Prezidenti  tərəfindən  2016-cı  il  26  may  tarixində  "Vergi  Məcəlləsində 

dəyişiklik  edilməsi  haqqında"  və  "Dövlət  rüsumu  haqqında"  Qanunda  dəyişiklik 

edilməsi  barədə  AR.nın  Qanunlarını  imzalanmışdır.  Dəyişikliklərə  əsasən  dəmir 

yolu  ilə  nəql  edilən  yüklər  Azərbaycan  ərazisindəki  son  dəmiryolu  stansiyasında 

xarici  dövlətlərin  yük  avtomobillərinə,  qoşqulu  və  yarımqoşqulu  avtonəqliyyat 

vasitələrinə  aşırılaraq  ən  yaxın  gömrük  sərhəd  buraxılış  məntəqəsindən 

keçirilməklə digər dövlətə daşındıqda və əksinə iyunun 1-dən 3 il müddətində yol 

vergisi və dövlət rüsumundan azad edilmişdir. 

AR.  Prezidenti  tərəfindən  1  iyun  2016-cı  il  tarixində  "AR.nın  Vergi 

Məcəlləsində  dəyişikliklər  edilməsi  haqqında",  "AR.nın  Miqrasiya  Məcəlləsində 

dəyişikliklər  edilməsi  haqqında",  "Sosial  sığorta  haqqında"  AR.nın  Qanununda 

dəyişiklik  edilməsi  barədə"  və"Gömrük  tarifi  haqqında"  AR.nın  Qanununda 

dəyişikliklər edilməsi barədə" Qanun imzalanmışdır. Ölkədə qeyri-neft sektorunun 

davamlı  inkişafının  təmin  edilməsi,  sahibkarlığın  dəstəklənməsi,  müasir 

texnologiyalara  əsaslanan  rəqabətqabiliyyətli  sənaye  istehsalının  təşkili  sahəsində 

fəaliyyət  göstərən  sahibkarlara  güzəştlərin  tətbiqi,  onların  inzibati  yükünün 



59 

azaldılması,  bu  sahənin  inkişafının  stimullaşdırılmasına  dövlət  dəstəyini 

göstərilməsi  qanunların  qəbul  olunmasının  əsas  məqsədi  olaraq  çıxış  etmişdir. 

Konkret  olaraq,  bu  dəyişikliklər  Qaradağ  Sənaye  Parkında  gəmiqayırma 

fəaliyyətinin  təşkilinə  dövlət  tərəfindən  verilən  böyük  islahat  dəstəyi  kimi  qəbul 

edilə  bilər.  Beləliklə,  Qaradağ  Sənaye  Parkının  ilk  rezidenti  statusu  almış  "Bakı 

Gəmiqayırma Zavodu" MMC-nin fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır [15]. 

AR. Prezidenti 4 avqust 2016-cı ildə "2016-cı ildə vergi sahəsində aparılacaq 

islahatların  istiqamətləri"nin  təsdiq  edilməsi  və  vergi  inzibatçılığının 

təkmiləşdirilməsi  haqqında  sərəncam  imzalamışdır.  Sərəncam  vergi  orqanları  ilə 

vergi  ödəyiciləriylə  arasındakı  şəffaflığın  və  qarşılıqlı  etimadın  daha  da 

çoxaldılması, ölkə iqtisadiyyatın davamlı inkişaf tempinə müvafiq olaraq real vergi 

potensialın  müəyyən  olunması  və  sahibkarlara  əlverişli  şəraitin  qurulması  üçün 

vergi  sistemində  olan  islahatların  uğurla  davam  etdirilməsini  və  vergi 

inzibatçılığının  daha  təkmilləşdirilməsini  təmin  edəcəkdir.  Vergi  ödəyiciləri  və 

vergi  orqanları  arasındakı  birbaşa  təmasın  aşağı  salınması  məqsədilə  elektron 

auditin  tətbiq  dairəsi  genişlənəcək,  Vergilər  Nazirliyi  Çağrı  Mərkəzində  son  illər 

beynəlxalq təcrübədə çox tətbiq edilən "Outbound Call Centre" (geriyə - müştəriyə 

zəng edilmə xidməti) funksiyası tətbiq olunacaqdır. 

AR.  Prezidenti  9  Noyabr,  2016-cı  il  tarixində  Milli  Elmlər  Akademiyası 

(AMEA)  Yüksək  Texnologiyalar  Parkının  yaradılması  haqqında  Sərəncam 

imzalayıb. Adıçəkilən parkda həyata keçirilən tədqiqatların nəticələrinin istehsal və 

xidmət sahələrində tətbiqi üçün lazım olan infrastruktur və maddi-texniki bazanın 

yaradılması  planlaşdırılmaqdadır.  Yaradılan  yüksək  texnologiyalar  parkı 

innovasiya məhsullarının və yüksək texnologiyaların işlənilməsi, hazırlanılması və 

ya  təkmilləşdirilməsi  məqsədiylə  təcrübə-konstruktor  və  eləcə  də  elmi  tədqiqatlar 

işlərinin  aparılmasına  töhfə  verəcək.  Bu  sahədə  səlahiyyətli  orqan  olan  AMEA 

parkın  ərazisində  sahibkarlıq  fəaliyyətinin  səmərəliliyini  təmin  etmək  üçün  digər 

xidmətlərin  göstərilməsini  də  təmin  edəcək.  Qanunda  nəzərdə  tutulan 

dəyişikliklərin  həyata  keçirilməsi  ölkədə  biznes  mühitinin  əlverişliliyi,  optimal 

vergi  dərəcələrinin  tətbiqi,  tranzit  yük  daşınma  sahəsində  bəzi  yeniliklər 



60 

baxımından da faydalı olacaq. Dəyişiklik həm avtomobil, həm də gəmi ilə tranzit 

yükdaşımalarının  həcminin,  eyni  zamanda  sahibkarlar  üçün  gəlirlərin  atması 

deməkdir [15]. 

AR.  Prezidentinin  2016-cı  il  24  noyabr  tarixli  fərmanı  əsasında  "Elektron 

ipoteka"  sistemi  barədə  əsasnamə  təsdiq  edilmişdir.  Elektron  sistem  "Elektron 

hökumət  portalı"da  qurulur  və  ona  inteqrasiya  olunur.  Elektron  sistemin  tətbiq 

edilməsinin  məqsədi  ipoteka  kredıtlərinə  çıxış  imkanlarını  sadələşdirilməsi, 

ipoteka  krediti  almaq  istəyənlər  üçün  bərabər  şəraitin  yaradılması,  müraciətlərə 

baxılması zamanı şəffaflıq və operativliyin təmin olunması, eləcə də informasiya-

kommunikasiya  texnologiyalarının  verdiyi  imkanlardan  faydalanaraq  tələb  edilən 

sənədləri  həqiqi  vaxt  rejimində  əldə  etmək,  sərf  edilən  vaxta  və  xərclərə  qənaət 

edilməsinə, göstərilən xidmətlərin keyfiyyət və səmərəliliyinin qaldırılmasına nail 

olmaqdan ibarətdir. 

İnvestisiya  fəaliyyətinin  genişləndirilməsi,  biznes  mühitinin  inkişaf 

etdirilməsi,  sənaye  istehsalının  artırılması  və  "AR.da  sənayenin  inkişafına  aid 

2015-2020-ci  illər  üçün  Dövlət  Proqramı"nın  həyata  keçirilməsi  üzrə  Tədbirlər 

Planınına  uyğun  olaraq  investisiyaların  təşviqi  ilə  bağlı  mexanizmin 

təkmilləşdirilməsi  məqsədilə  AR  Prezidentinin  2016-cı  il  18  yanvar  tarixli 

"İnvestisiyaların  təşviqi  ilə  bağlı  əlavə  tədbirlər  haqqında"  fərmanı  əsasında 

"investisiya təşviqi sənədi"nin verilməsi qaydaları təsdiqlənib. 

İnvestisiya  təşviqi  sənədi  -  sahibkarlara  “AR.nın  Vergi  Məcəlləsində  və 

"Gömrük tarifi haqqında” Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas 

verən  sənəddir.  Gömrük  tarifi  haqqında"  Qanunda  müəyyən  edilmiş  güzəşt  idxal 

olunan  texnika,  qurğuların  və  texnoloji  avadanlıqların  gömrük  rüsumundan  azad 

olunmasını  nəzərdə  tutur.  Vergi  Məcəlləsində  müəyyən  edilmiş  güzəştlər  hüquqi 

şəxslərin  mənfəət  vergisinin  və  (və  ya)  fiziki  şəxslərin  gəlir  vergisinin  50% 

güzəştlə  ödənilməsi;  hüquqi  şəxslərin  və  fərdi  sahibkarların  əmlak  və  torpaq 

vergisindən azad olunması; texnoloji avadanlıqların, texnika və qurğuların idxalda 

ƏDV-dən azad olunması ilə əlaqədardır. Təsdiqedici sənədi almaq üçün sahibkar 

"Lisenziyalar  və  icazələr  haqqında"  AR  Qanunununa  uyğun  olaraq,  AR.nın 



61 

İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməsi nəzərdə tutulur. 

Habelə,  ölkədə  dayanıqlı  iqtisadi  inkişafın  təmin  edilməsinin  əsas 

şərtlərindən  biri  olaraq  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  üçün  AR 

ərazisində yaradılmış qeyri-neft məhsullarının növünən, habelə, ixrac edilən həmin 

məhsulların  dəyərinin  xususi  çəkisindən  asılı  olaraq,  AR  ərazisində  qeyri-neft 

məhsullarının  ixracıyla  məşğul  olan  şəxslərə  AR-nın  dövlət  büdcəsinin  vəsaiti 

hesabına ixracın təşviqi ödənilməsini nəzərdə tutan 1 Mart 2016-cı il tarixli fərman 

imzalanmışdır. Eyni zamanda, Fərmanla müəyyən edilmşdir ki, ödəniləcək ixracın 

təşviqinin baza məbləği ixrac əməliyatlarına görə faktiki ixrac edilmiş malın ixrac 

gömrük  bəyannaməsındə  nəzərdə  tutulmuş  gömrük  dəyərinin  3  faizini  təşkil  edir 

[15]. 


İnformasiya  və  kommunikasiya  texnologiyalarının  sürətli  inkişafı  gündəlik 

həyatın  bütün  sferalarında  hiss  edilməklə  yanaşı,  müasir  iqtisadi  mühitdə  də 

əvəzsiz rola malikdir. İnformasiya, modern reallığa uyğun olaraq ən dəyərli aktiv 

hesab  edilməklə,  konkret  hədəflərə  istiqamətlənən  fəaliyyətlər  üçün  düzgün 

istifadə  edildikdə  istər  ona  sahib  olan  subyekt,  istərsə  də  ümumilikdə  cəmiyyət 

üçün  faydalı  nəticələr  hasil  edir.  Bank  sektorunda  kredit  məlumatlarının  effektiv 

mübadiləsi  kredit  risklərinin  minimallaşdırılmasına  xidmət  etməklə  yanaşı 

uzunmüddətli  perspektivdə  kredit  bazarında  faiz  dərəcələrinin  azalmasına  təkan 

verə  bilər.  Bu  məqsədlə,  məlumat  mübadiləsini  təmin  edən  kredit  hesabatlığı 

sisteminin formalaşması və inkişafı vacibdir. 

Mahiyyət  etibarilə  kredit  hesabatlığı  sistemləri  texnoloji  yeniliklərin  və 

innovativ  həllərin  tətbiq  olunduğu  və  əməliyyatların  icrası  proseslərinin  dəqiq 

hüquqi  çərçivələrlə  əhatə  olunduğu  məlumat  bazası  formasında  çıxış  edirlər.  Bu 

sistemlər əsasən 2 formada mövcud olur: 

 

özəl kredit bürosu (private credit bureau)



 

dövlət nəzarətində olan kredit reyestri (public credit registry)



Kredit büroları topladıqları məlumatların forması və məzmunu, o cümlədən 

təklif  etdiyi  xidmətlərin  miqyasına  görə  dövlət  nəzarətində  olan  kredit 

reyestrlərindən (bundan sonra – kredit reyestri) əhəmiyyətli dərəcədə fərqlənir.  



62 

Özəl  kredit  büroları  maliyyə  inkluzivliyinin  və  ümumilikdə  maliyyə 

sabitliyinin  təmin  edilməsində  əhəmiyyətli  rol  oynayırlar.  Eyni  zamanda, 

iqtisadiyyata  investisiya  cəlb  edilməsi  prosesində  də  kredit  bürolarının 

mövcudluğu  ciddi  təsirə  malikdir.  Belə  ki,  xarici  investorların  bu  və  ya  digər 

iqtisadiyyata  sərmayə  qoyuluşu  üçün  bazis  sənəd  sayılan  “Doing  Business” 

hesabatında  sərbəst  maliyyə  resurslarına  çıxış  imkanlarını  ölçən  “Kreditin  əldə 

edilməsi”  (Getting  credit)  indeksi  bilavasitə  ölkənin  kredit  hesabatlığı  sisteminin 

səviyyəsini qiymətləndirir. İndeks aşağıdakı alt parametrlərdən ibarətdir: 

1.  qanunvericiliyin qüvvəsi; 

2.  kredit məlumatlarının genişliyi; 

 



kredit reyestrinin əhatə aidəsi; 

1.  kredit büronun əhatə aidəsi. 

Ümumilikdə  “Doing  Business”  188  iqtisadiyyatı  əhatə  etməklə  11  parametr  üzrə 

qiymətləndirmə aparan hesabatdır. Ölkəmizin son 5 il üzrə kreditin əldə olunması 

indeksi üzrə reytinqi aşağıdakı kimi olmuşdur:[58] 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin