63
kredit büronun mövcud olmaması səbəbindən ölkəmiz müvafiq kateqoriya üzrə hər
il geriləmişdir. Müqayisə üçün Avropa və Mərkəzi Asiya regionu, eləcə də İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) yüksək gəlirli ölkələri müvafiq
göstəricilərə nəzər salaq:
Cədvəl 3.2.
Kredit hesabatlığı indeksi üzrə ölkəmizin digər regionalarla müqayisəsi
İndikator
Azərbaycan Avropa və Mərkəzi Asiya
İ.Ə.İ.T
Qanunvericiliyin qüvvəsi
2
6.2
6
Kredit məlumatlarının genişliyi
6
6.3
6.5
Kredit reyestrinin əhatə aidəsi
33.6
23.8
11.9
Kredit büronun əhatə aidəsi
0
37.4
66.7
Mənbə: İqtisadi nəzəriyyə: mikroiqtisadiyyat. Bakı, 2008. s.84
Daha öncə qeyd edildiyi kimi, kredit büronun fəaliyyətini şərtləndirən əsas
amil kredit bürolarının fəaliyyətini tənzimləyən qanunun mövcudluğudur.
Ölkəmizdə “Kredit büroları haqqında” Qanun layihəsi uzun müddətdir ki,
Beynəlxalq
Maliyyə
Korporasiyasının
ekspertləri
ilə
birgə
işlənib
hazırlanmaqdadır. Müvafiq qanunun qəbul edilməsindən sonra ölkəyə bu sahədə
ixtisaslaşmış şirkətlərin maraq göstərəcəyi şübhəsizdir. Cənubi Qafqaz və Orta
Asiya regionunda hal-hazırda da fəaliyyət göstərən və bu bölgənin iqtisadi iqlimi
və biznes mühiti ilə yaxından tanış olan bir sıra qabaqcıl kredit büroları üçün
Azərbaycan bazarı daha cəlbedici sayıla bilər. Çünki, Azərbaycan iqtisadiyyatı
ümumilikdə Cənubi Qafqaz iqtisadiyyatının 68%-ni təşkil edir. Region
iqtisadiyyatına məcmu kredit qoyuluşunda isə ölkəmizin payı 55%-dir. Bununla
yanaşı, Asiya İnkişaf Bankı 2017-ci ildə ölkəmizin də daxil olduğu regionda
ümumi daxili məhsulun cari hesabat ilinə nisbətdə artaraq 2,8%, inflasiya
səviyyəsinin isə mövcud 10,8%-dən azalaraq 5,9% olacağını proqnozlaşdırır ki, bu
64
da regionda biznes subyektlərinin rentabelli və effektiv fəaliyyət göstərməsi üçün
münbit şərait deməkdir[58].
AR. Prezidentinin 13 İyul, 2016 tarixli sərəncamı ilə ölkənin biznes və
investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini
daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın
davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirməklə, biznes
mühitinin yaxşılaşdırılması üçün Komissiya yaradılmışdır. Komissiyanın
yaradılma məqsədi göstərilmiş hədəflərə nail olmaqdan ötrü dövlət tərəfindən
ardıcıl şəkildə dövlət-sahibkar əlaqələrinin inkişaf etdirilməsi, sahibkarlıq
fəaliyyətinə qeyri-qanuni müdaxilələrin və süni yaradılan maneələrin aradan
qaldırılması, rəqabət qabiliyyətliyinin, ixrac imkanlarının genişlənməsi,
sahibkarlara dövlətin dəstəyi və təşviqetmə mexanizmlərinin formalaşdırılması,
eləcə də beynəlxalq standartlara müvafiq elektron dövlət xidmətlərin göstərilməsi
sahəsində kompleks tədbirlərin həyata keçirilməsidir.
AR Prezidentinin 15 İyul, 2016-cı il tarixli fərmanı əsasında ölkənin
makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının
təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi,
habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması, o
cümlədən makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə AR
Maliyyə Sabitliyi Şurası yaradılmışdır. Maliyyə və fiskal siyasətlərin
uzlaşdırılması üçün daha çevik vahid plaforma yaratmaq məqsədilə şuranın
tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh olan qurumların rəhbərləri
daxil edilib. Maliyyə Sabitliyi Şurası bütün resursları mobilizasiya edərək makro
çərçivəni daha dəqiq müəyyənləşdirməyə, həmçinin fiskal və maliyyə
siyasətlərinin bir-birini tamamlamasına zəmin hazırlayır [48].
•
Biznesdə
dövlət
tənzimləməsi
mexanizmlərinin
səmərəliliyinin
yüksəldilməsi, vergi-gömrük idarəetməsində keyfiyyətin göstəricilərinin daha da
artırılması, bazara daxil olmaq istisnalarının ən aşağı səviyyəyə endirilməsi,
bununla yanaşı, azad rəqabət şəraitinin təmin olunması biznes mühitinin
təkmilləşdirilməsinə şərait yaradacaqdır. Eyni zamanda, dövlət sahəsində
65
kommersiya fəaliyyətini (maliyyə xidmətləri, nəqliyyat, rabitə, sənaye və
s.xidmətlərin)
məhdudlaşdırılması
ilə
özəl
təşəbbüskarlığa
imkanları
genişləndirmək vacib əhəmiyyət daşıyır.
Yeni artım yanaşmasında maliyyələşmə mənbələrini genişləndirmə
islahatlarının gündəliyində olan ən vacib məsələlərdən biridir. Birinci növbədə,
özəl və dövlət sektorda maliyyələşmə mənbələrinin perspektivlərini
dəqiqləşdirməyə, xaricdən sərmayə qoyuluşlarının ciddi olaraq təşviq olunmasına
ehtiyac var.
•
Dövlət maliyyələşdirməsi. Birinci növbədə, vacib olan inkişaf sahələri
müəyyən edilməlidir. Bundan sonar isə bu sahələrə Sahibkarlığa Kömək Milli
Fondunun və başqa maliyyə mərkəzlərinin pul vəsaitləri hesabına sektoral
kreditləşməni həyata keçirmək mümkündür.
•
Dostları ilə paylaş: