M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»


Özəl  yığımların  sərmayəyə  yönləndirilməsi



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   ...   21   22   23   24   25   26   27   28   ...   32
k-rov-M-bariz

 Özəl 

yığımların  sərmayəyə  yönləndirilməsi.  Biznesdə  sferasının 

təkmilləşdirilməsi  biznes  eləcə  də  ev  təsərüfatlarının  yığımlarının  sərmayə  kimi 

iqtisadiyyatın təkmilləşdirilməsinə yönəldilməsinə şərait yaradar. 

• 

Xarici  maliyələsmə  mənbələrinin  artırılması.  Ölkəmizdə  məhkəmə-hüquq 



ixtisarlarına  sürət  qazandırılması,  qanunun  ali  zirvə  olmasının  təmin  olunması 

xarici  investorların  biznesə  təşəbbüs  göstərmələrinin  genişlənməsinə  stimul  ola 

bilər.  Həmin  bu  ixtisarların  aparılmasıyla  bərabər,  xarici  ölkələrdə  intensiv 

investisiya  yarmarkalarının  təşkil  olunması,  mühüm  sektorlara  sərmayə 

qoyuluşunda 

müəyyən  imtiyazlar  verilməsi  (daxildəki  investorlarlardan 

fərqlənməyən  şərtlər çərçivəsində)  yeni  artım  yanaşma  tərzinin  xarici  mənbələrin 

pulu hesabına maliyyələşdirilməsini yüngülləşdirə bilər. 

Yeni  artım  yanaşma  tərzinin  səmərəliliyinin  təmin  olunması  üçün  iqtisadi 

siyasətin, onun quruculuğu prosesinin və eləcə də icrası mexanizmlərinin daha da 

müasirləşdirilməsinə  və  mükəmməlləşdirilməsinə  ehtiyac  var.  Bunun  üçün 

aşağıdakı islahatları keçirmək tələb edilir: 

• 

Fiskal  siyasətin  effektivliliyinin  artırılması.  Bu  yeni  iqtisadi  yanaşma  tərzi  



fiksal  siyasətin  üstünlüyünü  minimuma  endirməklə  ötürücülüyün  yüksəldilməsi 

önəmli  sahələrdən  hesab  edilir.  Region  ölkələri  və  başlıca  ticari  tərəfdaşlar  ilə 




66 

müqayisə  edildikdə  rəqabət  qabiliyyətli  qeyri-neft  sahəsinin  daha  da 

genişləndirilməsi büdcənin vergi əldə etmə bazasın da genişləndirilməsinə kömək 

edir.  Bu  sahədə  gecikdirmədən  optimal  eyni  zamanda  rəqabətqabililiyyətli  biznes 

və  sərmayə  perspektivlərinin  genişləndirilməsinə  şərait  yaradan  çərçivənin 

yaradılması məsələsinin həllinə toxunla bilər. Başqa tərəfdən, fiskal idarəetmənin 

teknokratik  sərhədlərinin  inkişaf  etdirilməsi  tərəfdən  kontra-tsiklik  fiskal 

qaydaların  tətbiq  edilməsi,  hesabatlılıq  və  şəffaflıq,  dövlət  sərmayələrinin  idarə 

olunmasının keyfiyyətinin maksimum artırılması əsas prioritetlərdəndi.  

• 

Pul-məzənnə  siyasətində  effektivliyinin  artırılması.  Qeyd  edilən  yöndə  ən 



vacib  çağırış  maliyyə  siyasətinin  iqtisadiyyat  istiqamətinə  ötürülməsinin 

artırılmasıdır.  Effektiv  ötürücülüyü  təmin  etmək  üçün  bankların  arasında  pul 

bazarının  yaradılması,  maliyyə  siyasətinə  etimadın  yüksəldilməsi  yolu  ilə 

dollarlaşma  sahəsinin  zəiflədilməsi,  iqtisadi  gözləntilərin  adekvat  idarəetmə 

çərçivəsinin  yaradılması,  maliyyə  sabitliyi  siyasətiylə  koordinasiyanın  dahada 

gücləndirilməsinə ehtiyac duyulur. 

• 

Təxmin  edilə    bilən  iqtisadi  siyasətin  modeli.  İqtisadi  siyasətin  iqtisadi 



aqentlər  tərəfdən  təxmin  edilən  olması  adekvat  gözləntılərin  formalaşdırılmasına 

və bu əsasda da rasional qərarların qəbul olunmasına şərait yaradır. Bundan ötrü, 

iqtisadi 

siyasət  organlarının  təxminlərinin 

formalaşdırılması 

sistemini 

təkmilləşdirmək,  ictimaiyyətə  ötürülmüş  təhlillərin  və  informasiyaların  təsirini 

qabaqcadan  nəzərdə  tutmaq,  hökumətin  daxilində  ictimaiyətlə  əlaqələrə 

kordinasiya  edilmiş  qaydada  və  böyük  diqqətlə  yanaşılmağını  təmin  etmək 

gərəkdir.  Şəffaflığın  və  eyni  zamanda  da  hesabatlılığın  yüksək  səviyyədə 

qurulması,  biznes  ilə  dürüst  əməkdaşlıq  əlaqələrinin  möhkəmləndirilməsi 

islahatların və iqtisadi siyasətin səmərəliliyini yüksəldəcəyi nəzərdə tutulmuşdur. 

• Yüksəksəviyəli kordinasiyanın təmin olunması. Makroiqtisadi eləcə də struktur 

siyasətinin  formalaşdırılması  və  icra  edilməsi  anında  qurumların  arasındakı 

kordinasiya  institutunun  möhkəmləndirilməsnə,  səmərəliliyin  daha  da  yüksək 

səviyyəyə qalxmasına ehtiyac var. Bu istiqamətdə AR Prezidentinin 2016-cı il 15 

iyul  tarixli  Fərmanına  əsasən  Maliyyə  Sabitliyi  Şurası  qurulmuşdur.  Şuranın 



67 

fəaliyyətinin  get-gedə  geniş  vüsət  alması  iqtisadi  siyasətin  effektivliyinin 

artırılmasına şərait yaradacaqdır.  

Azərbaycanda  2025-ci  ilə  kimi  bazarlara,  maliyə  vəsaitlərinə  və  müasir 

texnologiyalara bərabər olan çıxış üçün imkanlar təmin edəcək rəqabət mühitinin  

yaradılması  nəzərdə  tutulmuşdur.  Xarici  sərmayədarların  dünya  standartlarına 

uyğun  fəaliyyət  göstərmələri  və  yerli  şirkətlərin  canlanmasına    imkan  verəcək 

biznes  mühiti  təmin  olunacaqdır.  Biznesin  reallaşdırılmasının  sadəliyi  3  başlıca 

sahəni  özündə  birləşdirir:  beynəlxalq  qiymət  zəncirlərinə  inteqrasiya  edilməsi, 

sərmayə  qoyuluşlarına  imkanların  yaradılması  və  biznes  əməliyatlarında  dünyəvi 

standartlara çatılması [49]. 

Azərbaycanın regionda qovşaq rolunda mövqeyinin daha da gücləndirilməsi 

üçün    effektiv  infrastruktur  üçün  maksimum  səviyyədə  sərmayə  qoyuluşunun 

davamı gələcəkdir. Azərbaycan iqtisadiyatı 2025-cı ildə ölkəmizin dəmir yollarının 

Türkiyə,  İran  və  Gürcüstanın  dəmiryol  şəbəkəsiylə  Bakı-Tbilisi-Qars,  Astara-

Astara  dəmiryol  layihələrinin  köməyilə  əlaqələndirilməsindən,  eləcə  də  Xəzər 

dənizi hövzəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını tikintisindən 

bəhrələnməsi  nəzərdə  tutulmuşdur.  Azərbaycanın  müxtəlif  qollara  ayrılmış 

nəqliyat-logistika  imkanları  ölkədə  ixracın  artmasında  mühüm  amil  olacaq, 

ümumilikdə isə biznes xərclərinin də qənaət olunmasında mühüm addım olacaqdır. 

Bununla yanaşı, yüksək inkişaf etdirilmiş nəqliyat infrastrukturu Azərbaycanın hər 

bölgəsinin  daha  da  yaxşı  inteqrasiyası  üçün  şərait  yaratmaqla,  regionlarımızda 

biznesin inkişafı üçün əlavə stimul olacaqdır. Müasir komunikasiya imkanlarından 

yararlanmaqla  surətli,  geniş  zolaqlı  şəbəkənin  köməyi  ilə  elektron xidmətlərin  (e-

səhiyyə,  e-ticarət,  e-təhsil,  e-bankçılıq  və  s.)  əhatə  dairəsi  daha  da 

genişləndiriləcək.  Xüsusən,  dövlət  idarəetməsində  rəqəmsalaşdırma  biznesə 

hesabatlı,  şəffaf,  səmərəli  və  proqnozlaşdırılan  perspektivlər  yaradacaq.  Elektron 

xidmətlərin  tətbiqi  istiqamətlərinin  inkişaf  etdirilməsi  Azərbaycan  ərazisində 

biznesin  beynəlxalaq  səviyyəli  olmasına  zəmin  yaradacaq.  Özəl  sahənin 

infrastrukturun qurulmasında 2025-ci ilin perspektivində daha da yaxından iştirakı 

təmin  olunacaq  ki,  bu  da  iqtisadi  effektivliyin  artması  üçün  fürsət  olacaqdır. 



68 

Bundan  başqa,  rəqabətli  qiymətlər  ilə  keyfiyyətli  komunal  xidmətlər  təklif 

olunacaq  və  bunun  nəticəsi  kimi  Azərbaycan  keyfiyyətli  kommunal  xidmətlər 

qiymətlərinə əsasən region ölkələri içərisində qabaq sıralarda yer tutacaqdır (qlobal 

sıralamaya əsasən hazırkı 65-ci yerdən təxmini 35-ci yerə qalxacaqdır). [49] 

Xüsusilə də mühüm  region ölkələri olan  MDB ölkələri Gürcüstan, İran və 

Türkiyə  kimi  ölkələrlə  əlverişli  ticarət  müqavilələrinə  əsaslanan  zəif  tarifdə  olan 

mühitdə  effektiv  gömrük  proseduraları  2025-ci  ilə  aid  Azərbaycanın  iqtisadi 

perspektivində regıonal ticari qovşaq kimi statusunu möhləmləndirəcək. Qeyri-neft 

malları  və  xidmətləri  sahəsində  ticarətin  başlıca  genişliyi  baxımından  regional 

inteqrasya  Azərbaycanın  iqtisadi  və  geosiyasi  mövqeyi  baxımından  önəmlidir. 

Misal üçün, Azərbaycanın demək olar ki, kənd təsərüfatı və ərzaq məhsullarından, 

90  %-i  Gürcüstan,  Rusiya  və  Orta  Asiya  ölkələrinə  yola  salınır.  [48]

 

Azərbaycan 



üçün xarici bazarlara xidmət və mal ixracatını  səmərəli şərtlərdə genişləndirməyə 

şərait  yaradacaq  səbəblərdən  biri  ticarət  sazişlərinin  qonşu  ölkələr  ilə  başa 

çatdırılmasıdır.  Həmçinin,  xarici  investorların  üçün  regional  inteqrasya 

Azərbaycanın ixraca yönələn investisiya cəlbediciliyini daha da artıracaq. 2025-ci 

ilə  kimi  regional  inteqrasyanı  dayanmadan  inkişaf  etdirib,  Azərbaycanda  dövləti 

tərəfindən  xüsusilə  yüksək  dəyərdə  məhsul  və  xidmətlərdə  qlobal  dəyər 

zəncirlərinə inteqrasya məqsədi ilə əlaqələr yaradılacaq və sazişlər imzalanacaq. 

Keyfiyyətin  dəqiq  qiymətləndirilməsivə  ticarətin  sadələşdirilməsi  üçün 

Azərbaycanda fəaliyyət göstərən şirkətlərdə sertifikatlar və beynəlxalq standartlar 

tətbiq  olunacaqdır.  2025-ci  ildən  öncə  beynəlxalq  standartlara  adaptasiya 

Azərbaycandan  ixrac  olunan  məhsulları  rəqabətə  davamlı  edəcək.  Beynəlxalq 

sertifikatları daha çox istifadə etmə etibarlı keyfiyyət ölçüsü yaradıb yerli istehlak 

səviyyəsini  artıracaqdır.  ÜTT  standartları  coğrafi  baxımdan  Azərbaycana  daha 

yaxın olan iki regional bazar – Avrasiya ittifaqı və Avropa ittifaqı əsas götürüldüyü 

üçün,  Azərbaycanda  da  həmin  bu  standartlara  müvafiq  xidmət  və  məhsullar  ilə 

qeyri-neft  ixracında  həcm  genişləndiriləcək.  Yerli  faəliyyət  göstərən  şirkətlər  öz 

istehsal etdikləri məhsullarının keyfiyətini artırmaqla yerli istehlakçıların get-gedə 

artan  keyfiyət  tələblərinə  cavab  verə  biləcəklər.  Bunun  nəticəsində  beynəlxalq 




69 

bazarlarda "Made in Azerbaijan” brendi keyfiyyət göstəricisinə çevriləcək. "Made 

in  Azerbaijan”  brendinin  dünyada  tanıdılmasına  yönəlmiş  görüləcək  işlərin 

səmərəliiyini  artırmaq  məqsədi  ilə  ölkədə  istehsal  edilən  məhsullar  və  həmin  bu 

malların  istehsalçıları  haqqında  məlumatları  özündə  cəmləşdirən  internet  portalı 

yaradılacaq.  Adı  çəkilən  bu  portalda  məlumatların  3  dildə,  yəni  Azərbaycan  dili, 

rus  dili  və  ingilis  dilində  yerləşdirilməsi  yerli  məhsulların  tanıdılması  baxımdan 

daha faydalı olmaqla yanaşı istifadəçilərin əhatəsini də genişləndirəcəkdir. Bunun 

nəticəsində,  rəqabətqabiliyətli  yerli  məhsulların  ixrac  edilməsinin  həcmi  artacaq, 

istehsalçı ilə istehlakçı arasında münasibətlər asanlaşacaqdır. 

2025-ci ilin perspektivində yeni bir başa xarici sərmayələrin cəlb olunması 

və  Azərbaycanda  investisiya  qoymuş  investorların  daha  da  çox  möhkəmlənə 

bilməsi  təmin  ediləcəkdir.  Xüsusən  də  rəqabətqabiliyyətli  olan  konkret  sərmayə 

layihələri  marağı  olan  xarici  sərmayədarlara  təqdim  ediləcəkdir.  Azərbaycanı 

bütün  qlobal  dəyər  zəncirlərinə  inteqrasya  etmək  imkanına  sahib  olan    önəmli 

investorların  yaxud  eyni  sahədə  fəaliyət  göstərən  şirkətlərə  ciddi  şəkildə  siqnal 

ötürən  sərmayədarların  cəlb  edilməsi  üçün  özəl  sərmayə  imtiyazları  və  təklifləri 

verilməsi  proqnozlaşdırılır.  potensial  və  mövcud  olan  investorlara  göstərilmiş 

xidmətlər inzibati  prosesləri  onlara  çevik  yekunlaşdırmağa  və  təhsil sektorundakı 

təşkilatlar, tikinti firmaları və ya təchizatçılarla ilə əlaqə qurmağa imkan verilməsi 

nəzərdə  tutulub.  Xarici  investorların  yerli  xidmətlərə  və  məhsullara  daha  çox 

ehtiyac və tələbatının yaradılmasında mexanizmlər qurulacağı perspektivi qarşıda 

dayanacaqdır [49]. 

Əlverişli  və  geniş  çeşiddə  maliyyə  xidmətlərini  təklif  edən  dərin  və 

dəyişməz  maliyyə  sistemi  formalaşdırılması  nəzərdə  tutulmuşdur  ki,  bu  da  ev 

təsərüfatlarının  və  iqtisadiyatın  müvafiq  ehtiyaclarını  ödəmək  yolu  ilə  iqtisadi 

inkişafa öz töhfələrini verəcəkdir. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin