NƏTİCƏ VƏ TƏKLİFLƏR
Dissertasiya işində biznes infrastrukturunun inkişafının təşkilati-iqtisadi
mexanizminin hərtərəfli tədqiqi əsasında aşağıdakı nəticələrə gəlmək olar:
Biznes sisteminə işgüzar münasibətlərin subyektləri, biznes infrastrukturu,
idarəetmə sistemi, kontragentlərin öyrənilməsi (marketinq), fəaliyyətin
qiymətləndirilməsi (pullar) daxildir və özünün daxili inkişaf impulslarına malikdir.
İnfrastruktur - bu istənilən bütöv iqtisadi sistemin məcburi komponentidir.
Biznesin infrastrukturunun əsas elementləri aşağıdakılardır: istehsal infrastrukturu,
bazar infrastrukturu, maliyyə infrastrukturu və informasiya infrastrukturu.
İnfrastruktur - istənilən bütöv iqtisadi sistemin məcburi komponentidir.
(Ümumiyyətlə, bu söz özülü, fundamenti, daxili quruluşu ifadə edir). Kiçik biznesə
münasibətdə infrastruktur - işgüzar münasibətləri vasitəli ifadə edən, bu cürbəcür
və müxtəlif subyektli münasibətləri tam halında birləşdirən təşkilati-hüquqi
formaların məcmusudur.
Sahibkar, muzdlu işçi və İstehlakçılar arasındakı münasibətlərə bu
münasibətləri yoluna qoyan və adı çəkilən subyektlərə işgüzar münasibətlərini
reallaşdırmaqda kömək edən çoxlu sayda aralıq strukturlar daxil olur.
İnfrastruktur elementləri bunlardır:
-
kredit sistemi və kommersiya bankları;
-
emissiya sistemi və emissiya bankları;
-
əmtəə, xammal, fond və valyuta birjalarının təşkilati vasitəçiliyi;
-
auksion, yarmarka və biıj adan kənar vasitəçiliyin başqa formaları;
-
əhalinin məşğulluğunun tənzimlənməsi sistemi;
-
informasiya texnologiyaları və işçi kommunikasiya vasitələri;
-
vergi sistemi,
-
kommersiya, təsərrüfat riskinin sığortası və sığorta şirkətləri (dövlət və
qeyri-dövlət);
-
xüsusi reklam və informasiya agentlikləri, kütləvi informasiya vasitələri
(KİV-ləri);
-
ticarət palataları, digər ictimai və işçi aidələrin könüllü dövlət-ictimai
79
birlikləri;
-
gömrük sistemi,
-
muzdla işləyən peşəkar birliklər;
-
kommersiya sərgi kompleksləri;
-
ali və orta iqtisadi təhsil sistemi;
-
məsləhət (konsaltinq) şirkətləri,
-
auditor şirkətləri;
-
işgüzar fəaliyyətin stimullaşdırılması üçün nəzərdə tutulmuş ictimai və
dövlət ictimai fondları,
-
xüsusi azad sahibkarlıq zonaları.
İnfrastruktur nəinki işgüzar münasibətləri təşkil edir və onların
iştirakçılarının maraqlarının reallaşmasını asanlaşdırır, həm də müxtəlif iqtisadi
subyektlərin ixtisaslaşmasını, onlar tərəfindən doldurulan bazar “nişi”nin
diferensiallaşdırılması əsasında işin operativliyi və səmərəliliyinin yüksəldilməsini
təmin edir, hüquqi və ekoloji nəzarəti, iş təcrübəsinin dövlət və ictimai
tənzimlənməsini sadələşdirir.
Biznes infrastrukturunun birbaşa və dolayı iştirakçıları mövcuddur. Onların
hər birinin öz rolu vardır və tədqiqatda onların hamısına toxunulmuşdur
Bazara keçid dövrünü, məlum olduğu kimi, dünya ölkələrinin əksəriyyəti
yaşadı. Azərbaycan da həmçinin bazara keçid vəziyyətindədir. Keçid dövrü – bu
statistika deyil, dinamika, prosesdir. Bazara keçid dövrü, proses kimi, uzun illər
davam edəcək. O bir neçə mərhələdə həyata keçirilə bilər. Formalaşma və müasir
bazar infrastrukturunun inkişafı keçid dövrünün ən məsuliyyətli, zəhmətli və
kapital tutumlu mərhələsidir. Müəssisələrin və sahibkarlığın inkişafı Azərbaycanın
iqtisadi artımı Azərbaycanın ən dərin iqtisadi böhran vəziyyətindən çıxması üçün
həlledici mənaya malikdir. Təəssüf ki, bu gün sahibkarlar öz fəaliyyətində müxtəlif
problemlərlə və çətinliklərlə daim rastlaşırlar. Buna görə də, lazımi infrastrukturun
qurulması inkişafı təmin edə bilər.
İşdə öyrənilən və gəlinən nəticələrə əsasən aşağıdakı təkliflərin irəli
sürülməsini məqsədəuyğun hesab edirəm:
80
-
İlk növbədə elmin texnologiyanın inkişaf etdiyi bir dövrdə yeni
innovasiyalı biznes-layihələrin hazırlanması və bunun üçün müvafiq dövlət və
müvafiq təşkilatlar tərəfindən maliyyə dəstəyinin verilməsi infrastrukturunun
təkmilləşdirilməsinə kömək edə bilər
-
İnfrastruktur layihələrinə investisiyaların qoyulmasının artırılması
məqsədilə mövcud problemlərin araşdırılması və həll edilməsi ilə bağlı əlaqədar
qurumların fəaliyyətinin stimullaşdırılmasını və səmərəliliyini təmin etmək.
Bununla bağlı olaraq, səlahiyyətlərin bölgüsünə, səlahiyyətdən istifadənin
məhsuldarlığına və idarəetmənin işinin ölçülməsinə nəzarəti təşkil etmək fayda
verə bilər.
-
Dövlətin maliyyə imkanlarının və ya dəstəyinin cəlb olunması
mexanizmlərinin təkmilləşdirilməsi infrastrukturun səmərəli təşkil edilməsinə
şərait yarada bilər
-
Analoji tətbiqlər və ya layihələrin icrası ilə məşğul olmuş xarici
ölkələrin təcrübəsindən faydalanmaq da infrastrukturun təşkilati-iqtisadi
mexanizminin inkişafına təkan verə bilər.
|