LABORATORİYA İŞİ № 8
ƏYİLMƏ ÜSULU İLƏ YUNQ MODULUNUN TƏYİNİ
İşin məqsədi: Elastiki deformasiyanın öyrənilməsi, Yunq modulunun təyin edilməsi üsullarından biri ilə tanışlıq.
Ləvazimat: Yunq modulunu təyin etmək üçün istifadə olunan cihaz, ştangenpərgər və ya mikrometr, xətkeş, çəki daşları.
Qısa nəzəri məlumat
Bərk cismə edilən hər cür xarici təsir qüvvəsi o cisim daxilində hissəciklərin yerdəyişməsinə, bu da öz növbəsində cismin forma və ölçülərinin dəyişməsinə səbəb olur. Bu hadisəyə deformasiya deyilir.
Deformasiya elastik və plastik olur. Deformasiya etdirici qüvvənin təsiri kəsildikdən sonra cisim öz formasını bərpa edirsə deformasiya elastiki, əgər həmin qüvvə götürüldükdən sonra əvvəlki halına qayıtmazsa ona plastik deformasiya deyilir.
Plastik deformasiya zamanı uzanan cismin ölçüsünün artımına qalıq deformasiyası deyilir. Hər bir cisim üçün müəyyən elastiklik hüdudu vardır ki, o hüdudu keçəndən sonra elastiki deformasiya da plastik deformasiyaya çevrilir.
Huk müəyyən etmişdir ki, uzunluğu l0 , en kəsiyinin sahəsi S olan çubuq F qüvvəsinin təsiri altında l qədər uzanıbsa, elastik deformasiya üçün bu kəmiyyətlər arasında
(1)
münasibəti doğrudur.
kəmiyyəti vahid səthə düşən normal qüvvəyə bərabər olan mexaniki gərginlik, - kəmiyyəti isə nisbi uzanma adlanır. Bu kəmiyyətlərdən istifadə edərək Huk qanununu
Dostları ilə paylaş: |