Yunq modulunu bir neçə üsulla təyin etmək olar. Bu üsullardan biri əyilmə üsuludur.
Əyilmə üsulu ilə Yunq modulunu təyin etmək üçün istifadə olunan cihaz ağır lövhə üzərinə şaquli olaraq bərkidilmiş iki dayaqdan və tədqiq ediləcək çubuqdan ibarətdir.
Tutaq ki, iti ucları arasındakı məsafə L olan iki prizma üzərinə bir çubuq qoyulmuş və bu çubuğun ortasından P yükü asılmışdır (Şəkil 1) .
Bu məqsəd üçün istifadə edilən cihaz Şəkil 2 –də təsvir edilmişdir. İki prizma üzərinə qoyulmuş yastı metal çubuğun ortasına yük asmaq üçün çəngəl bərkidilmişdir. Çubuğun əyilməsi güzgü və şkala vasitəsi ilə təyin edilir. O oxu ətrafında fırlana bilən A güzgüsünə B lingi bərkidilmışdir. Lingin ucu çubuğun üzərinə söykənmişdir (şəkil 3). Çubuq əyildikdə lingin ucu aşağı düşür və güzgünü müəyyən bucaq qədər O oxu ətrafında fırladır. Güzgünün fırlanması ilə işıq mənbəyindən güzgü üzərinə göndərilən və güzgüdən əks olunan işıq şüası şkala üzərindəki yerini dəyişir.