kimi təyin olunur. Burada q - kondensatorun köynəklərindən birinin yükü, isə onlar arasındakı potensiallar fərqidir. Kondensatorların müxtəlif növləri mövcuddur: silindrik, sferik, müstəvi kondensatorlar. Kondensatorun tutumu onun həndəsi formasından, köynəklərinin ölçülərindən və onlar arasındakı məsafədən, köynəklərin arasını dolduran mühitin dielektrik nüfuzluğundan asılıdır. Məsələn, kondensatorların ən çox yayılmış növlərindən olan müstəvi kondensatorun elektrik tutumu
ifadəsi ilə təyin edilir.
Hər bir kondensator tutumdan əlavə kondensator lövhələrinə verilə bilən maksimal gərginliyin Umax (deşilmə gərginliyi) qiyməti ilə də xarakterizə olunur. Bundan böyük gərginliklərdə lövhələr arasında qığılcım əmələ gəlir, dielektrik deşilir və kondensator sıradan çıxır.
Elektrik tutumunu təyin etmək üçün dəyişən cərəyan körpüsündən istifadə etmək olar (Şəkil 1). Dəyişən cərəyan körpüsünə görə tutumun təyin olunma üsulunun mahiyyəti aşağıdakından ibarətdir: naməlum tutum körpünün qollarından birinə qoşulur və məlum tutum və müqavimətlərin köməyi ilə körpü tarazlaşdırılır.
Dördqollu körpünün tarazlıq şərti Z1Z4-Z2Z3= 0 (1)
şəklində yazılır. Burada, Zi - körpünün qollarının kompleks müqavimətləridir. Adətən dörd qollu dəyişən cərəyan körpüsünün iki qolu aktiv müqavimətdən təşkil olunur. Baxdığımız halda Z1 = R1 və Z2 =R2. Tarazlıq yaratmaq üçün körpünün bir qoluna məlum reaktiv müqavimət (tutum müqaviməti) Z3 = RC qoşmaq lazımdır. Nəzərə alsaq ki, tutum müqaviməti
ifadəsinə görə təyin olunur (v - dəyişən cərəyanın tezliyidir), onda (1) şərtindən istifadə edərək R1· RCx = R2·Rc və ya