e dəfə azalır.
Təcrübədə kondensatorun tutumunu təyin etmək üçün kondensatorun gərginliyinin loqarifminin zamandan asılılıq qrafikindən istifadə etmək daha əlverişlidir. (4) ifadəsini loqarifmləsək
(6)
alarıq. Bü asılılığın qrafiki Şəkil 1-də verilmişdir.
Bu xəttin meyl bucağının tangensini təyin edərək
(7)
alarıq. Digər tərəfdən də (6) ifadəsindən meyl bucağının tangensinin modulca
(8)
bərabər olmasına əsasən kondensatorun tutumunu
(9)
kimi təyin edə bilərik.Təcrübi qurğunun sxemi Şəkil 2-də təsvir edilmişdir. Cərəyan şiddətini məhdudlaşdırmaq üçün kondensatorun yüklənməsini Rx rezistoru vasitəsi ilə həyata keçirmək lazımdır. Cərəyan şiddətini və gərginliyi ölçmək üçün rəqəmli multimetrdən istifadə edilir (Şəkil 3). Rəqəmli multimetr cərəyan şiddəti, gərginlik və müqaviməti ölçməyə imkan verir. Multimetr üzərindəki işarələmələrin mənası aşağıda verilmişdir: DC - sabit cərəyan, AC - dəyişən cərəyan, A –cərəyan şiddəti, V –g ərginlik, -müqavimət, m – milli, -mikro. Rəqəmlər isə verilmiş rejimdəki ölçü həddini göstərir.
Dostları ilə paylaş: |