İşin gedişi.
Otaq temperaturunda yarımkeçiricinin müqavimətini Ommetr vasitəsilə təyin edib, istilik şkafını dövrəyə qoşmalı və hər 10°C-dən bir Ommetrin göstərişini qeyd etməli.
8-10 nöqtəni qeyd etməklə nəticələrə əsasən asılılıq qrafikini qurub (7) ifadəsinə əsasən meyl bucağının tangensini təyin etməli.
Meyl bucağının tangensi üçün alınan nəticədən istifadə edərək (9) düsturuna görə aktivləşmə enerjisini hesablamalı.
Təcrübənin mütləq və nisbi xətalarını hesablayın.
Hesablama cədvəli
Laboratoriya işinə aid suallar. Bərk cisimlərin zona nəzəriyyəsi. Yarımkeçiricilər, n-tip və p-tip yarımkeçiricilər.Məxsusi və aşqar keçiricilik.
LABORATORİYA İŞİ №22
YERİN MAQNİT SAHƏSİ İNTENSİVLİYİNİN ÜFÜQİ TOPLANANININ TƏYİNİ
İşin məqsədi: Yer maqnetizminin elementləri ilə tanışlıq, yerin maqnit sahəsi intensivliyinin üfüqi toplananinin təyini
Ləvazimat: Tangens-qalvanometr, sabit cərəyan mənbəyi, ampermetr, reostat.
Qısa nəzəri məlumat.
Yeri nəhəng kürəvi maqnit hesab etmək olar. Yerin maqnit qütbləri onun coğrafi qütblərinə yaxın yerləşir, lakin şimal coğrafi qütbü yaxınlığında onun cənub maqnit qütbü (S), cənub coğrafi qütbü yaxınlığında isə şimal maqnit qütbü (N) yerləşir. İstər Yer səthinin, istərsə də onu əhatə edən fəzanın hər yerində Yerin maqnit sahəsinin təsiri müşahidə olunur. Yerin maqnit qüvvə xətlərinin istiqamətini maqnit əqrəbi vasitəsilə müəyyən etmək olur. Ekvatorda Yerin maqnit sahəsi üfüqi istiqamətdə, qütblərdə isə Yerə normal istiqamətdə yönəlir. Yerin qalan nöqtələrində isə bu üfiqi müstəvi ilə müəyyən bucaq əmələ gətirir. Bu bucaq maqnit dönmə bucağı adlanır və φ ilə işarə olunur.
Maqnit sahə induksiyasının üfüqi müstəvi üzərindəki proyeksiyasına Yer maqnetizminin üfiqi toplananı (BII) deyilir. Bu toplananın istiqaməti isə maqnit meridianının istiqaməti kimi qəbul olunur. Bu meridiandan keçən şaquli müstəviyə maqnit meridian müstəvisi deyilir. Yerin coğrafi və maqnit meridianları arasında əmələ gələn bucağa maqnit meyl bucağı (maqnit inhirafı) deyilir. Deməli, Yer maqnetizmi əsasən onun BII - üfüqi toplananı, maqnit dönmə bucağı və maqnit meyl bucağı deyilən üç kəmiyyətlə xarakterizə olunur.
Yerin müəyyən nöqtəsində maqnit əqrəbinin dönmə bucağını və Yerin maqnit sahə intensivliyinin üfüqi toplananını bilməklə maqnit sahəsinin induksiyasının qiymət və istiqamətini təyin etmək olar. Bu işdə Yerin maqnit sahəsi intensivliyinin üfüqi toplananı HII təyin edilir. Bunun üçün Yerin maqnit sahəsi induksiya vektoru () ilə maqnit sahəsi intensivliyi arasındakı əlaqədən istifadə edilir. Burada, μ-mühitin maqnit nüfuzluğu, μ0 - maqnit sabiti olub, ədədi qiyməti -ə bərabərdir.
Dostları ilə paylaş: |