Yarımkeçiricilərdə keçirici zonada elektronların konsentrasiyasının temperaturdan asılılığı eksponensial qanuna tabe olur.
(2)
Burada n0 - temperaturdan zəif asılı olan mütənasiblik əmsalı, Ea - isə aktivləşmə enerjisi və ya qadağan olunmuş zonanın eninə uyğun gələn enerji, -bir sərbəst yükdaşıyıcının yaranmasına sərf olunan enerjidir (Aktivləşmə enerjisi qədər enerji sərf olunanda iki yükdaşıyıcı – elektron-deşik cütü yaranır).
Bu səbəbdən də məxsusi keçiriciliyin temperaturdan asılılığını
(3)
kimi yazmaq olar. Buna uyğun olaraq yarımkeçiricinin müqavimətinin temperaturdan asılılığı