M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə120/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   116   117   118   119   120   121   122   123   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI

İşin gedişi.

  1. Sarğılar müstəvisini meridian müstəvisinə gətirməli. Bu halda maqnit əqrəbi sarğı müstəvisində yerləşəcək.

  2. Açarı qapayaraq cərəyan şiddətini maqnit əqrəbi 30-60° meyl edənə qədər artırmalı (45°-yə yaxın bucaqlarda daha yaxşı nəticələr alınır). Uyğun cərəyan şiddətini Iφ bucağını qeyd etməli.

  3. Sarğıların radiusu R və sayını n (adətən, bu rəqəmlər tangens-qalvanometrin üzərində göstərilir) bilərək (4) düsturuna görə HII - ın qiymətini hesablamalı.

  4. Təcrübəni cərəyan şiddətinin müxtəlif qiymətlərində aparmalı. Təcrübənin mütləq və nisbi xətasını hesablayın.


Hesablama cədvəli




I

φ

n

R

HII

1
















2
















3
















4

















Laboratoriya işinə aid suallar. Cərəyanlı naqilin maqnit sahəsi. Maqnit sahəsinin intensivliyi və maqnit induksiyası. Bio-Savar-Laplas qanunu. Dairəvi cərəyanın mərkəzdə və oxu üzərində yaratdığı maqnit sahəsinin intensivliyi.


LABORATORİYA İŞİ № 23

ELEKTRONUN XÜSUSİ YÜKÜNÜN MAQNETRON VASİTƏSİLƏ TƏYİNİ

İşin məqsədi: Yüklü zərrəciklərin elektrik və maqnit sahələrində hərəkətinin və elektronun xüsusi yükünün təyini üsullarından birinin öyrənilməsi.

Ləvazimat: 2Ü4S tipli elektron lampası, anod dövrəsi üçün 100-150V, selonoid üçün 20-30 V və katod dövrəsi üçün 1-2 V gərginlik mənbələri, sabit cərəyan milliampermetri, birləşdirici naqillər.

Qısa nəzəri məlumat

Yüklü zərrəciyi xarakterizə edən əsas kəmiyyətlər onun yükü və kütləsidir. Yüklü zərrəciyin elektrik və maqnit sahəsində hərəkət trayektoriyası bu sahələrin xarakteristikası və zərrəciyin xüsusi yükü ilə təyin edilir. Zərrəciyin yükünün q onun kütləsinə m nisbətinə (q/m) zərrəciyin xüsusi yükü deyilir. BS- də xüsusi yükün vahidi Kl/kq-dır.

Təcrübədə istənilən yüklü zərrəciyin xüsusi yükünü təyin edib, q-yükünü bilməklə böyük dəqiqliklə onun kütləsini tapmaq olar. Qeyd etmək lazımdır ki, vaxtilə təbiəti məlum olmayan zərrəciklərin xüsusi yükünün təcrübi yolla təyini elektronun özünün kəşfinə gətirib çıxarmışdır.

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin