M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə137/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   133   134   135   136   137   138   139   140   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI

Işin gedişi.

  1. Sarğacdan dəmir içliyi xaric edərək Aç açarı vasitəsi ilə dövrəni qapamalı.

  2. Reostatın sürgüsü vasitəsi ilə dövrədə cərəyanı dəyişərək gərginliyin və cərəyan şiddətinin müvafiq Ut və It qiymətlərini beş müxtəlif hal üçün ölçməli.

  3. Təcrübəni solenoiddə dəmir içlik olan hal üçün də təkrar etməli.

  4. (13) və (12) ifadələrinə əsasən hər iki hal üçün solenoidin tam müqavimətini və induktivliyini hesablayın.

  5. Sarğacın içlik olan və içliksiz halı üçün alınan induktivliklərin nisbətindən (5) ifadəsinə əsasən maqnit nüfuzluğunu təyin edin.

  6. Alınmış nəticələrə əsasən təcrübənin nisbi xətasını hesablayın.

Hesablama cədvəli

 Içliksiz

It , A

Ut ,V

Z, Om

L, Hn

1.













2.













:















Içlikli

It , A

 Ut , V

Z, Om

L, Hn

1.













2.













:













Laboratoriya işinə aid suallar. Elektromaqnit induksiya hadisəsi. Öz-özünə induksiya. Dövrənin açılma və qapanması zamanı yaranan ekstra cərəyanlar. Solenoidin daxilində və xaricində yaratdığı maqnit sahəsinin intensivliyi. Solenoidin induktivliyi. Dəyişən cərəyan.

LABORATORIYA İŞİ 25

HOLL EFFEKTININ ÖYRƏNILMƏSI

İşin məqsədi: Holl effektinin öyrənilməsi və yarımkeçiricilərdə yükdaşıyıcıların konsentrasiyasının təyini.

Ləvazimat: Tədqiq olunan Si yarımkeçirici nümunə, sabit maqnit, sabit cərəyan mənbəyi, mikroampermetr, milliampermetr.

Qısa nəzəri məlumat


Amerika alimi Holl 1879 ildə aparılan təcrübələr əsasında müəyyən etmişdir ki, maqnit sahəsində yerləşdirilən qızıl lövhədən sabit cərəyan axarsa, cərəyan və maqnit sahəsinin istiqamətinə perpendikulyar səthlərdə (lövhənin 1 və 2 səthləri üzərində) götürülmüş iki simmetrik nöqtə arasında potensiallar fərqi yaranır. Yaranan potensiallar fərqi lövhədən axan cərəyanın şiddətindən, maqnit sahəsinin induksiyasından və lövhənin qalınlığından asılıdır:

(1)

Burada, B - maqnit sahəsinin induksiyası, I - nümunədən axan cərəyan şiddəti, b - maqnit sahəsi istiqamətində nümunənin ölçüsü, R - mütənasiblik əmsalı olub Holl sabiti adlanır. Bu hadisə Holl effekti adlanır.

Sonrakı tədqiqatlar göstərdi ki, tərkibindən asılı olmayaraq bu effekt bütün metallarda və yarımkeçiricilərdə müşahidə olunur.


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin