(5) və (9) ifadələrindən göründüyü kimi U1–in qiyməti, maqnitləşdirici sahənin intensivliyi ilə, Uc – gərginliyi isə nümunədəki maqnit induksiyası ilə mütənasibdir. Əgər U1 gərginliyini ossiloqrafın üfüqi meyletdirici löhvələrinə versək, X oxu istiqamətindəki elektron şüası H intensivliyinə, Y istiqamətində isə B induksiyasına mütənasib olaraq meyl edəcək. Maqnit sahəsinin intensivliyinin tam bir dövr ərzində dəyişməsi zamanı ossiloqrafın elektron şüası qapalı histerezis ilgəyi cızır. Birinci sarğıya verilən gərginliyi dəyişməklə müxtəlif ilgəklər almaq olar. Hər bir ilgəyin uc nöqtəsi maqnitləşmə əyrisinin maksimim doyma halına uyğun nöqtədir. U1 və U2 gərginliklərini elektron şüasının X və Y oxları istiqamətində bir bölgüsünə uyğun gələn Ux və Uy qiymətlərini bilməklə tapmaq olar. Onda və alırıq. Burada nx və ny histerezis ilgəyinin uc nöqtəsinin kordinatlarıdır. Axırıncı ifadələri (5) və (9)-da yerinə yazsaq
və (10)
olar. Burada
; (11)
kimi ifadə olunur.
İşin gedişi. Generatoru və ossiloqrafı gərginlik mənbəyinə qoşmalı.
Elektron şüasını koordinat torunun mərkəzinə gətirməli.
Generatorun maksimal çıxış gərginliyində ossiloqrafın «şaquli istiqamətdə gücləndirmə» və «üfüqi istiqamətdə gücləndirmə» dəstəklərinin köməyi ilə histerezis ilgəyini almalı.
Generatorun çıxış gərginliyini azaldaraq sahəsi kiçilən müxtəlif histerezis ilgəkləri almalı. Onların hər biri üçün təpə nöqtələrinin nx və ny koordinatlarını təyin etməli.
(11) düsturuna əsasən kx və ky-i hesablamalı.
Alınan bütün ilgəklərin təpə nöqtələri üçün H=kxnx və B = kyny -i hesablamalı.
Alınan nəticələrə əsasən B=f(H) asılılığını qurmalı.