M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə147/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   143   144   145   146   147   148   149   150   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI


Cihazın quruluşu.

İ
FR-22 tipli refraktometr vasitəsilə sındırma əmsalları 1,33- 1,72 intervalında olan mayelərin sındırma əmsalını təyin etmək olar. Refraktometrin əsas optik hissəsi iki düzbucaqlı prizmadan (şəkil 2) və baxış borusundan ibarətdir.

Düzbucaqlı prizmalar bircinsli yüksək növlü şüşədən hazırlanıb, sındırma əmsalı 1,72-dir. Refraktometrin prizmalarında şüaların yolu Şəkil 2-də təsvir edilmişdir. Güzgüdən əks olunan işıq şüaları ABC prizmasının yan BC səthinə yönəldilir və oradan da tutqun AC səthi üzərinə düşür.Bu səthdən səpilən şüalar müxtəlif bucaqlar altında (0° - dən 90°-dək) prizmaların səthləri arasındakı ensiz aralıqdakı maye üzərinə düşür.

Düşmə bucağının i < i0 qiymətlərində işıq sınaraq mayeyə, oradan da ACD prizmasına keçir və onu işıqlandırır. Düşmə bucağının i ≥ i0, qiymətlərində isə tam daxili qayıtma baş verir və bu şüalar ACD prizmasını işıqlandırmır. Ona görə də ADC prizmasının yan AD səthi iki – işıqlı (i < i0) və (i≥i0) qaranlıq sahəyə ayrılır. Onlar arasında i=i0 münasibətinə uyğun gələn kəskin sərhəd müşahidə olunur (Şəkil 3). Görüş sahəsinin qaranlıq və işıqlı sahələrinin sərhəddi i0 limit bucağından, bu da öz növbəsində tədqiq olunan mayenin sındırma əmsalından asılıdır. Ona görə də görüş sahəsindəki MN sərhəd xətti mayenin sındırma əmsalından asılı olaraq müxtəlif yerlərdə alınacaq.




İşin gedişi.

  1. Prizmaları aralayaraq altdakı prizmanın səthinə tədqiq olunan mayedən bir neçə damcı damcıladaraq prizmaları bir-birinə yaxınlaşdırmalı.

  2. Baxış borusunun okulyarından baxaraq cihazdakı xüsusi vint vasitəsilə görüş sahəsində işıqlı və qaranlıq sahələr əmələ gələnə qədər onu fırlamalı.

  3. Cihazdakı xüsusi vintini fırlatmaqla MN sərhəd xəttini baxış borusundakı çarpaz xətlərin kəsişdiyi nöqtəyə salmalı.

  4. Baxış borusunda solda yerləşmiş şkaladan tədqiq olunan mayenin sındırma əmsalının qiymətini 0,001 dəqiqliyi ilə 3-4 dəfə götürməli.

  5. Prizmaları aralayaraq onların səthini pambıqla təmiz sildikdən sonra başqa mayedən 2-3 damcı götürərək təcrübəni yenidən təkrar etməli.

  6. Təcrübənin mütləq və nisbi xətasını hesablayın.



Hesablama cədvəli



I maye

II maye

III maye

n

n

n

1.










2.










3.






















Laboratoriya işinə aid suallar. Işığın sınma və qayıtma qanunları, nisbi və mütləq sındırma əmsalları, tam daxili qayıtma hadisəsi.


LABORATORİYA İŞİ № 28

NYUTON HƏLQƏLƏRİ VASİTƏSİLƏ ƏYRİLİK RADİUSU VƏ DALĞA UZUNLUĞUNUN TƏYİNİ.

İşin məqsədi: Nazik təbəqələrdə (linza ilə lövhə arasında qalan hava təbəqəsində) Nyuton həlqələri şəklində alınan interferensiya mənzərəsini müşahidə etmək və dalğa uzunluğunun Nyuton həlqələri vasitəsilə təyini metodu ilə tanışlıq.

Ləvazimat: Nyuton həlqələrini yaradan qurğu, projektorlu stolüstü lampa və lupa.

Qısa nəzəri məlumat.



Nyuton həlqələrini müşahidə etmək üçün istifadə edilən qurğu metal qutu içərisində yerləşdirilmiş paralel üzlü şüşə lövhə və onun üzərinə qoyulmuş müstəvi qabarıq linzadan (qabarıq tərəfi müstəvi lövhə üzərində olmaqla) ibarətdir (Şəkil 1).

Bu halda müstəvi şüşə lövhə ilə qabarıq linza arasında müxtəlif qalınlıqlı hava qatları əmələ gəlir. Linza üzərinə paralel istiqamətdə düşən hər bir monoxromatik işıq şüası linzanı keçərək hava qatının üst sərhəddində iki hissəyə bölünür: bir hissəsi hava qatının üst sərhəddindən əks olunur (1 şüası), digər hissəsi isə hava qatının alt sərhəddindən əks olunur (2 şüası). Linzanın əyriliyinin çox az olmasına görə onun qabarıq səthində demək olar ki, sınma baş vermir. Odur ki, əks olunan 1 və 2 şüaları eyni istiqamətdə yayılır. 1 və 2 şüaları eyni şüanın iki yerə bölünməsindən alindığı üçün koherentdirlər və onların görüşməsi interferensiya mənzərəsi yaradır. Linzanın müstəvi ilə toxunma nöqtəsindən eyni uzaqlıqdakı hn qalınlıqlı hava təbəqəsinin sərhədlərindən əks olunan bütün şüaların yollar fərqi eynidir. Ona görə də müşahidə olunan interferensiya zolaqlqrı eyni qalınlıqların interferensiyası adlanır. İnterferensiya mənzərəsi növbələşən

qaranlıq və işıqlı həlqələr şəklində olub Nyuton həlqələri adlanır.



Nyuton həlqəsi vasitəsilə işıq dalğasının uzunluğunu və ya linzanın əyrilik radiusunu təyin etmək olar. Hava təbəqəsinin bərabər qalınlığı konsentrik çevrə şəklində olduğundan, mərkəzdən başlayaraq birinci çevrənin radiusunu r1 , ikincinin radiusunu r2, n - ci çevrənin radiusunu rn və bu radiusları uyğun gələn hava qatının hündürlüklərini uyğun olaraq h1 h2, .... hn , linzanın əyrilik radiusunu isə R-lə işarə etsək, Pifaqor teoreminə əsasən Şəkil 1-dəki ABS uçbucağından yaza bilərik:



Mötərizəni açıb oxşar hədləri islah etsək və -ın çox kiçik kəmiyyət olduğundan onu nəzərə almasaq

Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin