Hava qatından əks olunan zaman yarımdalğa artımının əlavə olunması aşağıdakı kimi izah olunur. Elektromaqnit dalğasında və işığın sürət vektorları sağ vint sistemi təşkil (Şəkil.2.2,а). İşığın qayıtması zamanı öz istiqamətini əksinə dəyişir. Bu zaman və ya vektorlarından hər hansı biri də öz istiqamətini dəyişməlidir. Təcrübələr göstərir ki, optik sıxlığı daha böyük olan mühitdən əks olunan işıqdavektoru öz istiqamətini dəyişir (Şəkil 2.2,b). və ya vektorlarından hər hansı birininistiqamətinin əksinə dəyişməsi onların rəqsinin fazasının qədər dəyişməsinə, başqa sözlə elektromaqnit dalğasında müvafiq komponentin məsafəsi keçməsinə ekvivalentdir.Gözə, fotolovhəyə, fotoelementə işığın təsiri vektoru ilə şərtləndiyi üçün optik sıxlığı böyük olan mühitdən əks olunan 2 şüasının optik yoluna əlavə edilir.