Hesablama cədvəli
№
|
rm ,m
|
rn ,m
|
R, m
|
λ, m
|
1
|
|
|
|
|
2
|
|
|
|
|
3
|
|
|
|
|
Laboratoriya işinə aid suallar. Işığın interferensiyası. Nazik lövələrdən interferensiya, optik yollar fərqi.
LABORATORİYA İŞİ № 29
LAZER ŞÜALANMASININ DALĞA UZUNLUĞUNUN DİFRAKSİYA QƏFƏSİ VASİTƏSİLƏ TƏYİNİ
İşin məqsədi: Difraksiya qəfəsi vasitəsilə monoxromatik işığın difraksiyasının öyrənilməsi.
Ləvazimat: lazer, difraksiya qəfəsi, ekran, ölçü xətkeşi.
Qısa nəzəri məlumat
İşıq şüaları optik bircins mühitdə düz xətt boyunca yayılır. Lakin işıq öz yolunda optik qeyri-bircins maneə ilə rastlaşdıqda özünün əvvəlki düzxətli yayılma istiqamətini dəyişir, maneələri aşaraq həndəsi optikadan məlum olan kölgə oblastına yayılır.Bu hadisəyə işığın difraksiyası hadisəsi deyilir. Difraksiya hadisəsi o zaman daha aydın şəkildə müşahidə olunur ki, maneə üzərinə düşən işıq şüasının dalğa uzunluğu λ maneənin ölçüsü l tərtibində olsun λ~l.
Difraksiya qəfəsi eni eyni olan bir müstəvi üzərində bir-birinə paralel yerləşmiş çoxsaylı şəffaf yarıqlardan ibarətdir (Şəkil 1). Bu yarıqlar bir-birindən qeyri-şəffaf aralıqlarla ayrılırlar. Difraksiya qəfəsini adətən şüşə üzərinə paralel cizgilər çəkməklə hazırlayırlar. Tədqiq olunan şüalanma oblastından asılı olaraq 1 mm-dəki cizgilərin sayı 100 mm-1 -dən 1200 mm-1 –dək ola bilər.
Əgər yarıqların eni a qeyri-şəffaf aralıqların eni isə b-dirsə, onda a+ b = d -yə difraksiya qəfəsinin sabiti deyilir. Bütün yarıqlardan eyni istiqamətdə yayılan şüalanmaların amplitudları bərabərdir. Bu dalğaların interferensiyanın nəticəsi qonşu yarıqların eyni nöqtələrindən (məsələn, C və E ) buraxılan dalğaların fazalar fərqindən, yaxud C nöqtəsinə qədər olan yollar fərqindən asılıdır. Əgər
ED=d sin = k, k = 0,1,2..., (1)
şərti ödənilərsə qonşu yarıqlqrdan gələn dalğalar bir-birini qarşılqlı olaraq gücləndirir və Linzanın fokal müstəvisindəki C nöqtəsində difraksiyanın maksimumu müşahidə olunur.
İndi isə lazer şüasının dalğa uzunluğnun difraksiya qəfəsi vasitəsilə təyin üsuluna baxaq. Lazer şasının dalğa uzunluğunu təyin etmək üçün istifadə olunan qurğunun sxemi şəkil 2-də verilmişdir.
Optik kvant generatoru 1 vasitəsilə alınmış monoxromatik lazer şüası, onun yayılma istiqamətinə perpendikulyar istiqamətdə yerləşən difraksiya qəfəsi 2 üzərinə düşür. Qəfəsin arxasında yerləşən ekran 3 üzərində difraksiya mənzərəsi müşahidə olunur. Ekranı hərəkət etdirməklə əsas maksimumlar arasında olan məsafəni dəyişdirmək olar. Difraksiya qəfəsinin maksimumluq şərtindən istifadə edərək monoxromatik lazer şüası dalğa uzunluğunu təyin etmək olar.
( 1) ifadəsindən alırıq ki,
(2)
Şəkil 3 -dən göründüyü kimi - dir.
D ifraksiya bucağının çox kiçik qiymətlərində isə olduğunu (2)- də nəzərə alsaq, bu halda dalğa uzunluğu üçün
(3)
alarıq. Burada k - spektrin tərtibi, d - difraksiya qəfəsi sabiti, L - difraksiya qəfəsindən ekrana qədər olan məsafə, x – isə k tərtibli maksimumdan mərkəzi maksimuma qədər olan məsafədir.
Dostları ilə paylaş: |