M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə152/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   148   149   150   151   152   153   154   155   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI

İşin gedişi

  1. Monoxromatik dalğa mənbəyi olan optik kvant generatorunu dəyişən cərəyan dövrəsinə qoşmalı.

  2. Ekranı difraksiya qəfəsindən müəyyən məsafələrdə yerləşdirməklə spektrlərin (spektrik hər bir tərtibinə uyğun gələn ayrı-ayrı maksimumların) aydın götürməsini əldə etməli

  3. Mərkəzi maksimuma nəzərən sağda və ya solda yerləşən 1,2 və s. tərtib maksimumların yerini qeyd etməklə onlara uyğun gələn x1, x2 və s. məsafələrini ölçməli.

  4. Ekrandan difraksiya qəfəsinə qədər olan L məsafəsini ölçməli.

  5. x,L,m və d- in məlum qiymətlərinə əsasən (3) ifadəsinə görə dalğa uzunluğunun qiymətini təyin edin.

  6. Təcrübəni spektrin hər bir görünən tərtibi üçün bir neçə dəfə aparmalı

  7. Təcrübənin nisbi və mütləq xətasını hesablayın.



Hesablama cədvəli




k

d, m

x, m

L,m

λ ,m

1
















2
















3
















4

















Laboratoriya işinə aid suallar. Işığın difraksiyası. Frenel difraksiyası. Bir, iki və çox yarıqdan difraksiya. Difraksiya qəfəsi.

LABORATORİYA İŞİ № 30

BUGER QANUNUN ÖYRƏNİLMƏSİ VƏ LAZER ŞÜALARININ MAYELƏRDƏ UDULMA ƏMSALININ TƏYİNİ

İşin məqsədi: Buger qanununun öyrənilməsi, mayelərin udma əmsalının təyini üsulu ilə tanışlıq

Ləvazimat: Lazer, müxtəlif konsentrasiyalı tədqiq olunan mayelər, eyni əksetdirici səthə malik, lakin müxtəlif qalınlıqlı küvetlər, fotoelment və mikroampermetr.

Qısa nəzəri məlumat

Elektromaqnit dalğasının, o cümlədən də işığın istənilən mühitdə yayılması zamanı onun intensivliyinin bu və ya digər dərəcədə azalmasının şahidi oluruq. Buna səbəb dalğanın elektrik və maqnit sahələrinin mühitin atom və molekulları ilə qarşılıqlı təsiridir. Bu qarşılıqlı təsir mühitin atom və molekullarının tərkibinə daxil olan elektronların həyəcanlanması ilə nəticələnir. Kvazielastiki qüvvənin təsiri ilə müəyyən tarazlıq vəziyyəti ətrafında hərəkət edə bilən elektrona mühitdə yayılan elektromaqnit dalğasının elektrik və maqnit sahələri təsir göstərir. Bu sahənin təsiri altında elektron periodik dəyişən qüvvənin təsirinə məruz qalır və məcburi rəqsi hərəkət icra edir. Elektron kvazielastiki qüvvənin təsiri ilə tarazlıq vəziyyətinə doğru meyl etdiyindən onu məcburi rəqs etdirmək üçün sahə müəyyən enerji sərf etməli olur. Düşən dalğanın tezliyi elektronun məxsusi rəqslərinin tezliyinə nə qədər yaxın olarsa düşən dalğanın enerji itkisi bir o qədər çox olur.

Beləliklə, mühitdə yayılan dalğanın intensivliyi zəifləyir və udulan enerji əsasən mühitin atom və molekullarının xaotik istilik hərəkətinin enerjisinə çevrilir. Bircins mühitdə işığın udulmasının əsas qanunu fransız alimi Pyer Buger tərəfindən müəyyən edilmişdir



(1)

Burada, I0 - mühit üzərinə düşən işığın intensivliyi, I -qalınlığı l olan mühiti keçən işığın intensivliyi, k- mühitin udma əmsalıdır.



Müxtəlif qalınlıqlara malik iki mühitdə işığın udulması üçün Buger qanununu tətbiq etsək

(2)

yazmaq olar. Bu ifadələri tərəf-tərəfə bölüb, loqarifmləsək





olduğu alınır. Buradan da

(3)

olar. Bu ifadələr göründüyü kimi udma əmsalı k-ın qimətini tapmaq üçün götrülmüş nümunələrin L1 və L2 qalınlıqlarını və onlardan keçən işıq intensivliyinin uyğun I1 və I2 qiymətlərini bilmək lazımdır.

Q
urğunun təsviri



Təcrübi qurğunun sxemi şəkil 1-də verilmişldir. Monoxromatik lazer şüası tədqiq olunan maddə ilə doldurulmuş L-qalınlıqlı küvetdən keçərək F- fotoelementi üzərinə düşür, oradan alınan siqnal isə M-mikroampermetrinə verilir. Bu halda mikroampermetrin göstərişi (i) onun üzərinə düşən işığın intensivliyi (I) ilə düz mütənasib olacaqdır. Odur ki, (3) ifadəsinə əsasən

(3)

yaza bilərik.



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin