M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə157/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   153   154   155   156   157   158   159   160   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI

Təcrübi qurğunun təsviri

Bu işdə Stefan – Bolsman sabitinin təyini aşağdakı kimi aparılır. Temperaturu T olan cisimin vahid səthindən 1 saniyədə T0



temperaturlu ətraf mühitə şüalandırdığı enerji

(7)

olar. Odur ki, K məlum olarsa təyin etmək üçün , T0 və T – ni təyin etmək kifayətdir. Məsələn, əgər şüalanan cisim közərən spiral şəklindədirsə, onda süalanma enerjisini bu spiralı qızdırmaq üçün spiraldan keçən cərəyanın gücünə görə təyin etmək olar. Odur ki,

(8)

yaza bilərik. Burada, I - cərəyan şiddəti, U - spiraldakı gərginlik düşgüsü, P – cərəyanın gücü, d-spiralın diametri, -spiralın uzunluğudur. (7) və (8) ifadələrindən

(9)

alırıq. Bu ifadəyə əsasən də Stefan-Bolsman sabiti təyin edilir.



Təcrübi qurğunun sxemi Səkil 1-də təsvir edilmişdir.

4 cərəyan mənbəyindən 2 lampasına verilən cərəyanın gücü 3 vattmetri vasitəsilə ölçülür. Spiralın temperaturu 1 fotoelektrik pirometri vasitəsilə təyin edilir (Şəkil 2).



Burada 1- mühafizə şüşəsi, 2 - korpus, 3 - diafraqma, 4 – fotodiod, 5 –gücləndirici, 6 – ölçü cihazıdır (mА). Bu cihazın əsas elementi işıq siqnalını elektrik siqnalına çevirən fotodioddur. Fotodiod p-n keçidə malik müxtəlif tip keçiricilikli iki yarımkeçiricidən ibarətdir. n-tip yarımkeçirici üzərinə şüalanma düşəndə sərbəst elektronlar yaranır və p-tip yarmkeçiriciyə diffuziya edirlər. Nəticədə p və n hissələr arasında düşən işıgın intensivliyi ilə mütənasib olan potensiallar fərqi yaranır. Bu potensiallar fərqi gücləndirilir və ölçü cihazına verilir. Pirometr termocüt əsasında əvvəlcədən temperatura görə dərəcələnir.



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin