M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə156/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   152   153   154   155   156   157   158   159   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI


(2)

Burada dW -maddənin vahid səthinə vahid zamanda (v,v + dv) tezliklər intervalında düşən süalanma enerjisi, dWud - isə həmin intervalda udulan enerjinn miqdarıdır.



Temperaturdan asılı olmayaraq bütün tezliklərdə (dalğa

uzunluqlarında) üzərinə düşən şüa enerjisini tamamilə uda bilən cisimlərə mütləq qara cisimlər deyilir. (2) ifadəsindən göründüyü kimi dW=dWud olduqda Av,T =1 olur, yəni mütləq qara cisimlər üçün udma qabiliyyəti vahidə bərabərdir.



Kirxhof tərəfindən müəyyən olunmuşdur ki, termodinamik tarazalıqda olan cisimlərin şüalanma qabiliyyətinin Rv,T, şüaudma qabiliyyətinə Av,T olan nisbəti şüalanan cismin təbiətindən asılı olmayıb, yalnız temperatur və tezliyin universal funksiyasıdır və mütləq qara cismin şüalanma qabiliyyətinə bərabərdir.

(3)

Cismin vahid səthinin vahid zamanda bütün tezliklər intervalında və bütün istiqamətlərdə şüalandırdığı enerjinin miqdarı cisimin inteqral şüalanma qabiliyyəti adlanır.



(4)

1884-cü ildə Stefan və Bolsman termodinamikanın qanunlarına istinad edərək göstərmişdir ki, mütləq qara cisimin inteqral şüalanma qabiliyyəti mütləq temperaturun dördüncü dərəcəsi ilə düz mütənasibdir, yəni

(5)

Burada, σ - Stefan-Bolsman sabiti adlanır. Real cisimlər üçün də şüalanma qabiliyyəti mütləq temperaturun dördüncü dərəcəsi ilə düz mütənasibdir, lakin mütənasiblik əmsalı fərqlidir:



  

К əmsalına cisimin qaralıq əmsalı deyilir. Bu kəmiyyət verilmiş cisimin şüalanma qabiliyyətinin həmin temperaturdakı mütləq qara cisimin şüalanma qabiliyyətinə olan nisbətinə bərabərdir.




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin